Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-566/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-151)-1384/2026 qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, şikayətinin təmin edilməsini və Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı əsassız və qanunsuzdur. Məhkəmə qərarı qüvvədə olan mövcud və müvafiq qanunvericiliyin tələblərini kobudcasına pozulmaqla çıxarılmışdır. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarında əsaslandırma hissəsi ilə nəticənin işin faktik hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir və barəsidə iş üzrə inzibati icraatın icrasına xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Şikayətində göstərmişdir ki, belə pozuntular yalnız yol polisi əməkdaşlarının planşet çəkilişi ilə həyata keçirilir. Hadisə yerinin sxemi tərtib edilməmiş və inzibati xəta törətməyinə dair heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də həmin protokol üzrə əsassız cəriməyə məruz qalmışdır. Məhkəmə işə baxarkən açıq-aşkar surətdə birtərəfli mövqe sərgiləmiş və birtərəfin qanunsuz mövqeyin və qərarını əsas kimi götürərək ədalətli olmayan qərar çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edib və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-in BDYPI-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsalandıraraq göstərmişdir ki, təqdim edilmiş fotogörüntü hazırda qərardan şikayət vermiş şəxsin barəsində tənbeh vermə haqqında qəbul edilmiş qərarda əksini tapmış inzibati xətanı törətməsini təsdiq edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, şikayət əsassız hesab edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş mаteriаllаrındаn görünür ki, birinci instаnsiyа məhkəməsinin hаkimi tərəfindən işdə olan sübutlar hərtərəfli, tаm və оbyektiv аrаşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli olan maddi-prosessual hüquq normalarına uyğun olmamış, inzibati xəta haqqında iş üzrə sübutetmə standartı, elektron qərarın hüquqi təbiəti və elektron icraatın imperativ prosedur qaydaları düzgün qiymətləndirilməmişdir. Məhkəmə yalnız inzibati orqanın təqdim etdiyi elektron qərara və texniki vasitələrin məlumatlarına formal istinad etməklə kifayətlənmiş, həmin məlumatların qanunvericiliyin tələb etdiyi prosedur çərçivəsində əldə olunub-olunmadığını, elektron qərarın real vaxt rejimində formalaşdırılması və “ICMAL” altsistemi vasitəsilə unikal nömrələndirmə mərhələsinin həyata keçirilib-keçirilmədiyini araşdırmamışdır. Halbuki, inzibati məsuliyyətin tətbiqi yalnız maddi tərkib əlamətlərinin deyil, eyni zamanda qanunla müəyyən edilmiş prosessual təminatların da dəqiq və şərtsiz gözlənilməsini tələb edir. Birinci instansiya məhkəməsi xüsusilə IXM-in 122-ci maddəsinin elektron icraatla bağlı imperativ müddəalarını düzgün tətbiq etməmişdir. IXM-in 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməzdən əvvəl unikal nömrə verilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsisteminə ötürülməli və yalnız həmin qərara real vaxt rejimində, avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün aidiyyəti informasiya sisteminə göndərilməlidir. Bu norma elektron inzibati icraatın texniki-prosessual legitimliyini təmin edən imperativ xarakterli normadır və onun məqsədi elektron qərarın sonradan dəyişdirilməsinin, manipulyasiyanın və qeyri-müəyyənliyin qarşısını almaqdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Iş materiallarından görünür ki, hadisə ## ###### 2026-cı il tarixdə, saat 12:44-də qeydə alınmış, elektron qərar isə yalnız ## ###### 2026-cı il tarixdə, saat 12:05-də qəbul edilmişdir. Beləliklə, inzibati qərarın real vaxt rejimində formalaşdırılması və “ICMAL” altsistemində avtomatlaşdırılmış qeydiyyat proseduru qanunun tələb etdiyi şəkildə həyata keçirilməmişdir. Elektron qərarın hadisə ilə eyni vaxt intervalında deyil, sonradan rəsmiləşdirilməsi IXM-in 122.1-1-ci maddəsinin birbaşa pozuntusudur. Bu pozuntu isə IXM-in 53.1.11-ci maddəsinin tətbiqini şərtləndirir. Həmin maddəyə əsasən, IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qanunverici burada məhkəməyə hər hansı diskresion səlahiyyət verməmiş, imperativ hüquqi nəticə müəyyən etmişdir. Yəni elektron qərarın real vaxt rejimində formalaşdırılmaması müəyyən edildiyi halda, inzibati orqanın qərarı hüquqi qüvvəsini itirir və icraatın davam etdirilməsi mümkün olmur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin norma inzibati məsuliyyətin formal ehtimallara deyil, hüquqi cəhətdən mötəbər və qanuni üsulla əldə edilmiş sübutlara əsaslanmalı olduğunu müəyyən edir. IXM-in 12.1-ci maddəsi inzibati xəta anlayışını müəyyən edərkən əməli hüquqazidd və təqsirli davranış kimi xarakterizə edir. Deməli, şəxsin məsuliyyətə cəlb olunması üçün yalnız texniki qeydin mövcudluğu kifayət etmir; həmin qeydin qanunla nəzərdə tutulmuş prosedur qaydalarına uyğun əldə olunması və hüquqi qüvvəyə malik sübut statusu qazanması zəruridir. IXM-in: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.1.11-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli və Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarları ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və IXM-in 53.1.11, 133, 134 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli və Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ******** nömrəli qərarları ləğv edilsin, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-566/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-566/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver