Məhkəmə qərarları › İş №3(3-9)-567/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-567/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-567/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 510-cu maddəsi ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Sabirabad Rayon Polis Şöbəsinin ITB-nin polis sahə rəisi, R X2 tərəfindən ## ###### 2026-cı il tarixli, MN seriyalı 2927427 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Qaratəpə kəndində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbsetmənin əvvəlinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tutulduğu ##.##.2026-cı il tarixdən saat 13:15-dən hesablanması qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan apellyasiya qaydasında şikayət verərək Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarını qanunsuz, əsassız və işin faktiki hallarına uyğun olmayan hesab edir və aşağıdakı əsaslarla ləğv edilməsini xahiş edir. Onun hərəkətlərində IXM-in 510.1-ci maddəsinin zəruri əlamətləri müəyyən edilməmişdir. Onun sosial şəbəkədə yazdığı rəy qərarda aşağıdakı formada göstərilmişdir: “Aylıq 200 AZN traktor sürənlərə salam olsun.” Bu ifadənin özündə heç bir şəxsi təhqir edən söyüş, nalayiq ifadə, zorakılıq, zorakılıq hədəsi, əmlaka zərər vurma və ya digər konkret ictimai qayda pozuntusu yoxdur. Hazırkı 510.1-ci maddə xırda xuliqanlığı ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət kimi müəyyən edir. Lakin mübahisələndirilən ifadənin hansı konkret hissəsinin ictimai qaydanı pozduğu və hansı səbəbdən cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi məhkəmə qərarında konkret və inandırıcı şəkildə göstərilməmişdir. O, polis rəisini təhqir etməmiş və ona qarşı ittiham irəli sürməmişdir. Məhkəmədə də izah etdiyi kimi, həmin rəyin polis rəisinin rüşvət alması ilə heç bir əlaqəsi yoxdur. O heç bir yerdə polis rəisinin rüşvət aldığını, qanunsuz əməl törətdiyini, korrupsiya ilə məşğul olduğunu və ya onun şərəf və ləyaqətini alçaldan hər hansı ifadə yazmamışdır. “Aylıq 200 AZN traktor sürənlərə salam olsun’ ifadəsinin polis rəisinə qarşı təhqir kimi qəbul edilməsi üçün məhkəmə həmin nəticəyə gətirən konkret faktiki və məntiqi əlaqəni göstərməli idi. Belə əlaqə isə qərarda əsaslandırılmayıb. Məhkəmə onun izahatını səhv qiymətləndirmişdir. Qərarın özündən görünür ki, o məhkəmədə ifadənin səhv anlaşılma nəticəsində yazıldığını bildirmiş və təqsirini qəbul etməmişdir.Buna baxmayaraq, qərarda sonradan 510.1-ci maddə üzrə xəta törətməyinin “özünün izahatı ilə tam sübuta yetirildiyi” nəticəsinə gəlinmişdir. Bu nəticə ilə razı deyil. Çünki onun ifadəsi hadisənin törədilməsini etiraf edən ifadə deyil. Əksinə, o konkret olaraq həmin rəyin polis rəisinə və rüşvət məsələsinə aid olmadığını izah etmişdir. Təqsirin etirafı olmayan izahatın təqsirin tam sübutu kimi qəbul edilməsi hüquqi baxımdan əsaslandırılmalıdır. 535.1-ci maddə üzrə məhkəmənin müəyyən etdiyi hal 510.1-ci maddə üzrə nəticə ilə ziddiyyət təşkil edir. Qərarın 2-ci səhifəsində məhkəmə 535.1-ci maddə üzrə onun polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamağı sübuta yetirilmədiyini açıq şəkildə qeyd etmiş və həmin hissədə icraata xitam vermişdir. Bu nəticə mühüm əhəmiyyət daşıyır. Çünki onun polis əməkdaşlarına qarşı qəsdən qanunsuz davranış göstərməyi barədə nəticə çıxarılmasına əsas ola biləcək mühüm hal məhkəmənin öz qəran ilə təsdiqini tapmamışdır. Belə olan halda 510.1-ci maddə üzrə hansı konkret hərəkətinin ictimai qaydanı pozduğu ayrıca və tam sübut edilməli idi. Məhkəmə “uca səslə etiraz” məsələsini konkret sübutlarla əsaslandırmayıb. Qərarın sonrakı hissəsində onun “uca səslə etirazımı ifadə etməklə ictimai qaydanı pozduğum” qeyd olunur. Lakin konkret hansı sözləri dediyi, həmin sözləri kimlərin eşitdiyi, hansı şəxslərin ictimai qaydasının pozulduğu, həmin hərəkətin cəmiyyətə açıqca hörmətsizlik təşkil etməsinin nədən ibarət olduğu və bunun hansı sübutlarla təsdiq edildiyi qərarda lazımi konkretliklə göstərilməmişdir.Bu səbəbdən məhkəmənin gəldiyi nəticə faktların tam və obyektiv araşdırılması tələbinə cavab vermir. Təqsirsizlik prezumpsiyası nəzərə alınmayıb. IXM-in 8.1-ci maddəsinə əsasən, şəxsin təqsiri qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə şəxs təqsirsiz hesab edilir. 8.2-ci maddəyə əsasən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, 8.3-cü maddəyə görə isə təqsirlə bağlı şübhələr onun xeyrinə həll edilir. O, öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Əksinə, inzibati xətanın bütün zəruri elementlərinin mövcudluğu sübut edilməlidir. Hazırkı işdə isə yazdığı bir cümlənin ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətə necə çevrildiyi kifayət qədər sübuta yetirilməmişdir. Söz və fikir azadlığı məsələsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Əlbəttə, söz azadlığı mütləq hüquq deyil və qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Lakin şəxsin ifadəsinə inzibati həbs tətbiq ediləcək səviyyədə müdaxilə edilərkən həmin ifadənin konkret olaraq qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratması müəyyən edilməlidir. Azərbaycan Respublikası Avropa Insan Hüquqları Konvensiyasının iştirakçısıdır və Konvensiyanın 10-cu maddəsi fikir ifadə etmək azadlığını qoruyur. Bu səbəbdən onun ifadəsinin məzmunu, konteksti və həqiqi məqsədi nəzərə alınmadan yalnız subyektiv yozum əsasında inzibati həbs tətbiq edilməsi qəbuledilməzdir. Iş materiailarındakı əsas sübutun özü apellyasiya instansiyası tərəfindən araşdırılmalıdır. Mübahisəli sosial şəbəkə rəyinin ekran görüntüsünün iş materiallarına əlavə edildiyi ona məlumdur. Hazırda həmin ekran görüntüsü telefonunda yoxdur. Bu səbəbdən apellyasiya instansiyasından xahiş edir ki, Sabirabad Rayon Məhkəməsinin iş materiallarında olan həmin ekran görüntüsü və digər elektron sübutlar tələb edilərək birbaşa tədqiq edilsin. Həmin görüntünün tam kontekstdə araşdırılması, ifadənin konkret kimə və nə məqsədlə yönəldiyini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X3 şikayətin dəlillərini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Inzibati protokolu tərtib etmiş şəxs Protokolu tərtib edən orqan ITB-nin polis sahə rəisi, R X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, qanuni və əsaslı olan Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı 2927427 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə Qaratəpə kəndində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Protokolu tərtib edən orqan tərəfindən daxil olmuş raport və şahid ifadəsi ilə təsdiq edilir. Belə ki, həmin ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 14:50 radələrində Qaratəpə kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona məxsus sosial şəbəkə hesabında polis əməkdaşlarının nüfuzuna xələl gətirəcək rəy yazan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Sabirabad rayonu Qaratəpə kəndində xidmətdə olarkən Protokolu tərtib edən orqan-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Ilqar Əmirliyə rast gəlmişdir. Qeyd edilən mövzu ilə bağlı profilaktik söhbət aparılması üçün onu RPŞ-nə dəvət etdikdə o, “rəy yazanıda polisə aparırlar, yazmışam yaxşı etmişəm özüm bilərəm” deyib əsəbiləşərək ünvanlı, həmçinin ünvansız nalayiq söyüşlər söyüb səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozdu. O, onu nizam intizama dəvət edib sakitləşdirmək istəsə də, onun qanuni tələbinə qəsdən tabe olmayaraq həmin ərazidən uzaqlaşmağa cəhd göstərdi. Daha sonra o onu saxlayıb barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə gətirib təhvil verdi. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, Protokolu tərtib edən orqan-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Onlara Qaratəpə kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sosial şəbəkədə polisi nüfuzdan salan böhtan xarakterli rəy yazması barədə məlumat daxil olmuş, ##.##.2026-cı il tarixində o, Qaratəpə kəndində yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin şəxsə yaxınlaşıb profilaktik söhbət aparılması və yazılmış böhtanın mənbəyinin haradan qaynaqlanmasının öyrənilməsi məqsədilə şöbəyə dəvət edilmiş, lakin vətəndaş ona “polislərin camaatı bezdirdiyini, yazıdığı rəyə görə nə məsuliyyətin olduğunu” bildirib nalayiq ifadələr işlətmiş və onunla şöbəyə gəlməkdən imtina etmişdir. Bundan sonra onun şöbəyə gətirilməsi təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının IXM-nin 510.1-ci maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində uca səslə etirazını ifadə etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşmüş və bunu arzu etmişdir. Bununla da o, IXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. Inzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad olunan IXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «Inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, …., şahidlərin izahatları ilə, digər sənədlərlə, …., ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətanı törətməməsini iddia etsə də, bu hal qeyd olunan sübutlarla tam təkzib olunur. Apellyasiya şikayətinin dəlilləri heç bir hüquqi əsası olmayan formal mülahizələrə əsaslanmaqla müdafiə xarakteri daşıyır. Ona görə də şikayətin dəlilləri əsassızdır. Inzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda qeyd olunan, eləcə də iş üzrə toplanmış digər sübutların məcmusu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, Sabirabad rayonu Qaratəpə kəndində ictimai qaydanı pozması təsdiq olunur. Bununla da şikayətdə irəli sürülmüş dəlilin əksinə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətanı törətməsi birinci instansiya məhkəməsində Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 510-c maddəsi ilə təqsirli və tənbeh olması barədə nəticə çıxarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli düzgün olaraq Inzibati Xətalar Məcəlləsi 510-cu maddəsi ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar