Məhkəmə qərarları › İş №3(3-9)-569/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-569/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-569/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Elçin Bağırov tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cavad İbrahimov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti olan 36111,60 (otuz altı min bir yüz on bir avro altmış sent) avro məbləğinin 20 faizi miqdarında, yəni 7222,32 (yeddi min iki yüz iyirmi iki avro otuz iki sent) avro məbləğində (ödəniş gününə avronun Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilmişdir. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 81175,12 avro məbləğində olan vəsaiti bank hesabından ## #### 2024-cü il tarixdə avans olaraq ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 36111,60 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati icraat və məhkəmə işləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Elçin Bağırov apellyasiya şikayəti verərək, Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında icraata xitam verilməsi və İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin və tərkibinin mövcud olmadığı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Laçın Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti olan 36111,60 (otuz altı min bir yüz on bir avro altmış sent) avro məbləğinin 20 faizi miqdarında, yəni 7222,32 (yeddi min iki yüz iyirmi iki avro otuz iki sent) avro məbləğində (ödəniş gününə avronun Axərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilmişcir. Cərimə edilməsi onunla əlaqələndirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 81175,12 avro məbləğində olan vəsaiti bank hesabından ## #### 2024-cü il tarixdə avans olaraq ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 36111,60 avro məbləğ ndə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati icraat və məhkəmə işləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxı ması üçün məhkəməyə göndərilmişdir. Laçın Rayon Məhkəməsin hakimi ## ##.2026-cı il tarixli, EР ******* saylı inzibati xəta haqqında protokolu, “xxxx” ASC-nin məktublarını araşdıraraq belə bir qənaetə gəlib ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 81175,12 avro məbləğində olan vesaiti bank hesabından ## #### 2024-cü il tarixdə avans olaraq ölkəcən kənara köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 36111,60 avro məbləğində vəsait hesabına alınan mallar (xidımət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmışdır. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır vƏ ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarı madıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərir) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Bildirmək istəyir ki, Laçın rayonunda keçirilən məhkəmə prosesində iştirak edə bilmədiklərindən gömrük bəyannamələrini, mal arın idxalı ilə bağlı sənədləri məhkəməyə təqdim etmək imkanı olmamışdır. Qeyd edim ki, barəsində inzibati cəramə qərarı verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Finlandiyadan Azərbaycana gübrə və pestisidlərin idxalı ilə məşğul olur və illik dövriyyyə hər il üçün 1.000.000-2.000.000 arası olur. Təbii ki, bu qədər malın idxalı zamanı da texniki xətaların olması qaçılmazdır. Hazırkı iş üzrə də bəyannamələr üzrə malın ödənişinin həyata keçirilməsi yaranmış texniki xətalardan baş verib. ## #### 2024-cü il tarixdə avans olaraq ölkədən kənara köçürülmüş 81175,12 avro məbləğində olan vəsaitin demək olar ki, hamısı üçün nəzərdə tutulmuş mal azərbaycana gətiri mişdir. Ancaq işçilərdən birinin səhvi ucbatından həmin mal üzrə bəyannamə bağlanması əvəzinə başqa bir bəyannamə bağlanmışdır. Nəticədə 36111,60 avro məbləğində vəsaitə görə hazırda tərəflərindən iki ödənişin olması görsənir. Bu texniki xətanı göstərən gömrük bəyannamələri, invoys və müqavilələr Laçın Rayon Məhkəməsində təqdim etmək imkanları olmadığından, Şirvan Apelyasiya Məhkəməsinə təqdim ediləcək. Laçın Rayon Məhkəməsi yalnız bank məlumatlarında mövcud olan uyğunsuzluğa əsaslanmış, malların faktiki olaraq Azərbaycan Respublikasına idxal edilib-edilməməsi məsələsi tam və hərtərəfli araşdırılmamışdır. Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, 10 avqus 2026-cı il tarixli qərarı ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında icraata xitam verilməsi və İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin və tərkibinin mövcud olmadığı barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan, “xxxx” ASC-nin məktublarından və digər sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 81175,12 avro məbləğində olan vəsaiti bank hesabından ## #### 2024-cü il tarixdə avans olaraq ölkədən kənara köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 36111,60 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməsinin işdə olan sənədlərlə tam təsdiq edildiyini qeyd edib sonuncunun İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti olan 36111,60 (otuz altı min bir yüz on bir avro altmış sent) avro məbləğinin 20 faizi miqdarında, yəni 7222,32 (yeddi min iki yüz iyirmi iki avro otuz iki sent) avro məbləğində (ödəniş gününə avronun Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində) cərimə edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə səthi qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın obyekti dedikdə onun zərər yetirdiyi ictimai münasibətlər başa düşülür. İnzibati xəta obyektiv cəhətdən hərəkət və ya hərəkətsizlikdə ifadə olunur. Şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə yol verdiyi əməllər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulduğu hallarda inzibati xəta hesab olunur. İnzibati xəta subyektiv cəhətdən təqsirin qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi ## #### 2026-cı il tarixdə baş vermişdir. Göründüyü kimi Laçın Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etdiyi tarixdə, yəni ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş 4 aylıq müddət başa çatmışdı. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı bir mötəbər sübutun mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Elçin Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar