Məhkəmə qərarları › İş №3(3-9)-570/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-570/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-570/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə. ##.##.1997-ci il tarixdə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olan və yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə cərimə edilməsinə dair Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuiyyətə il ərzində cəlb olunmasına baxmayaraq, Astara Rayon Məhkəməsinin ##.##.2025-cİ il tarixli *(***)-***/**** saylı icra sənədini icra etməkdən yayınmışdır. Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6928 manat məbləğində dəymiş ziyanın və 88,30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Kamran Əmənov tərəfindən icraata başlanılmış və ona tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bundan sonra tərəfindən vaxtaşırı ödəmələr edilmişdir. Maddi imkanının olmadığından əksər aylarda 100 olmaqla ödənişlər etmişdir. Himayəsində azyaşlı uşaqları var, fəhlə işləyir, borcu birdəfəlik ödəməyə imkanı yoxdur, lakin qətnamənin icrasından yayınmır. Buna baxmayaraq Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-in 528.1 ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmiş. Bundan çox qısa zaman sonra, yəni bir ay sonra yenidən məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar 1000 manat cərimə olunmuşdur. Bu müddətdə də tərəfindən 200 manat ödəniş edilmişdir, 100 manat da cərimə məbləğindən ödəniş etmişdir. Qeyd olunalara əsasən Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv olunması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və Astara Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin qərarı belə əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Məhkəmə şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, bu ifadə ilə o, məsuliyyətdən yaxa qurtarmağa çalışmış, lakin, verdiyi ifadəsi ilə də məhkəmənin qərarına qərəzli münasibət göstərdiyini bir daha aydın şəkildə ifadə etmişdir. Maddi durumunun aşağı olması və bu səbəbdən ödəniş edə bilməməsinə isitnad etmək o icra vərəqəsinin icra olunmasına cəhd etmir. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan icra sənədinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət etmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6928 manat məbləğində dəymiş ziyan və 88.30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/****-*** saylı icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Apellyasiya baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd etmişdir ki, o, borclu olduğu məbləği tam ödəyə bilməsə də, hissə-hissə ödəməyə maddi imkanı çatır, lakin tələbkar pulunu tam tələb edir. Bir neçə gün əvvəl poçt vasitəsi ilə 300 manat ödəniş etmiş, bu gün isə 1500 manat ödəniş edəcəkdir. Hal-hazıradək borc məbləğini hissə-hissə ödəməməsinin səbəbi tələbkarın pul məbləğini tam tələb etməsi ilə bağlı olmuşdur. Hesab edir ki, ötən bir ay müddətində borcdan ödəməməsi göstərmiş olduğu səbəbə görə üzürsüz hal kimi qiymətləndirilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlar əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində üzürsüz hal müəyyən olunmamışdır, odur ki, şikayət təmin olunmalı, Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar