Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-571/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə. ## ###### 1996-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, X6 Idarəsində sürücü vəzifəsində işləyən, Sabirabad rayonu, Sabirabad şəhəri, Səməd Vurğun küçəsi, ev 71-də qeydiyyatda olan və orada yaşayan. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sabirabad rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində, saat 14:00 radələrində istifadəsində olan “Changan Oiyuan A05” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolayırıcını keçmə qaydalarını pozmasına görə ##.##.2026-cı il tarixində Azərbaycan Respublikasının IXM-nin 327.2-ci madədsi ilə barəsində 100 manat cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Lakin inzibati xəta haqqında iş materiallarında qayda pozuntusunu dinamikada sübut edən heç bir videogörüntü mövcud deyildir. Qərar yalnız tək kadr fotoşəkil əsasında çıxarılmışdır. Avtomobilin dinamik hərəkətini, yolayırıcına daxil olma anını və şəraitini əks etdirən videoyazı olmadan, yalnız bir fotoşəkillə şəxsin qayda pozduğunu iddia etmək IXMin sübutlar barədə tələblərinə ziddir. Xəta faktı üzrə təqdim olunan yeganə foto kadrdan aydın şəkildə görünür ki, sözügedən yolayırıcında 1,** saylı sarı torabənzər nişanlanma xətti yoxdur. (tamamilə silinmişdir). Sürücünün yolayırıcında dayanmasının qadağan olunmasını bildirən xüsusi sarı tor xətti mövcud olmadığı halda, sürücünün yol ayırıcında tıxac səbəbindən yubanmasına görə IXM-nin 327.2-ci maddəsi ilə cərimələnməsi hüquqi baxımdan yolverilməzdir. Fotoşəkildən də görünür ki, idarə etdiyi nəqliyyat vasitəsinin qarşısında və ətrafında nəqliyyat sıxlığı mövcuddur. Yerdə sarı xəbərdarlıq nişanlanmasının olmaması səbəbindən hərəkətin kəsişməsində intensiv sıxlıq alacağı öncədən görünməmişdir. Sabirabad rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin rəisi Rəşid Piriyev məhkəmənin bəhs olunan qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş fotoşəkillərdən və qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Oiyuan A05” markalı, 99-0L-261 dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə IXM-nin 327.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə, yəni operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə aşkar edilməmiş, qanunvericiliyə zidd olaraq təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Bu fakt həmçinin xətanın baş vermə günü və saatı ilə qərarın tərtib edildiyi gün və saat arasında olan fərqlə də öz təsdiqini tapır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli, *** nömrəli “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Qərarının 1-ci bəndində: Əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin videonəzarət sistemlərinin quraşdırılmasının konkret təyinatı göstərilir. Bakı şəhəri BPI X1 Idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada hər hansı bildiriş daxil ojmamışdır. Başqa sözlə, Idarə məhkəmə iclasının keçirilməsi barədə faktiki olaraq məlumatlandırılmamış və bu səbəbdən onun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi və şikayətə münasibət bildirilməsi də təbii olaraq mümkün olmamışdır. Həmçinin məhkəmə icraat iştirakçısının məhkəmə iclasına gəlməməsi faktını müəyyən etməklə kifayətlənməməli, ilk növbədə həmin şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb-məlumatlandırılmadığını, daha sonra isə gəlməməsinin səbəblərini araşdırmalıdır. Elektron qərarın real vaxt rejimində tərtib edilib-edilmədiyi yalnız müvafiq informasiya sisteminin texniki məlumatları, elektron.qeydiyyat məlumatları və digər obyektiv sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə isə həmin texniki məlumatları araşdırmadan yalnız qərarın üzərində göstərilən tarixə əsaslanmışdır. Elektron qərarın real vaxt rejimində tərtib edilib-edilmədiyi yalnız müvafiq informasiya sisteminin texniki məlumatları, elektron.qeydiyyat məlumatları və digər obyektiv sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə isə həmin texniki məlumatları araşdırmadan yalnız qərarın üzərində göstərilən tarixə əsaslanmışdır. X3 tərəfindən yol hərəkəti qayda pozuntusunun törədilməsi yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin səlahiyyətli şəxsi məhkəmə iclasına gəlməmiş, işin hallarına əsasən səlahiyyətli şəxsin iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 135.1.1. və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, həmçinin bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması onun apellyasiya qaydasında ləğv edilməsi əsaslarındandır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 114.4-cü maddəsinə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda, o cümlədən elektron qərar səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla).[150] Qeyd olunan Məcəllənin 114.5-ci maddəsində göstərilir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron qərarın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Bundan başqa qeyd olunan qərar IXM-in 122 və 124-cü maddələrinin də tələblərinə uyğun deyil. Belə ki, sübutlar baxımından hadisənin yalnız fotoşəkli təqdim olunmuş, həmin fotoşəkillə isə yol hərəkəti qaydasının qərarda göstərilən vəziyyətə uyğun pozulması müəyyən olunmur. Halbuki, IXM-in 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulmuş, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən isə həmin Məcəllənin 135.1.6-cı maddəsinə göstərilən pozuntuya yol verildiyini göstərir. IXM-in 134.1.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılmanın nəticəsi üzrə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, Sabirabad rayon Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin olunmalı, ##.##.2026-cı il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Sabirabad rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ 37522325 nömrəl inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Inzibati xəta haqqında başlanmış icraata Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsində yenidən baxılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-571/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-571/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver