Məhkəmə qərarları › İş №3(3-9)-572/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-572/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-572/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Salyan rayon Polis Şöbəsinin Yol Patrux Bölməsinin yol patrul xidmətin inspektoru X1 iştirakı ilə. MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DIN Neftçala Rayon Polis X2 Bölməsinin yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixdə Neftçala rayonu, Birinci Qaralı kəndində 1-ci küçədə "Chevrolet cruze" markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman Neftçala rayon DYPB əməkdaşı tərəfindən barəsində əsassız olaraq IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki o, heç bir xəta etməmiş və polis əməkdaşına da xətanı sübut etməsini və hansı tələbi pozmasını izah etməsini bildirsə də, əsassız olaraq protokol tərtib edilmiş və barəsində TP ******* saylı qərar tərtib edilmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DIN Qərarından şikayət verilən orqanYPB-in yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş AR IXM-nin 327.2-ci maddəsinə aid hissədə yenidən baxılması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:20-də ünvan 1 83 ünvanında Qərardan şikayət verən orqan (şəxs) **-GT-*** dövlət qeydiyyat nişanlı Chevrolet markalı, Cruze modelli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasının təsdiqlənməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixə təyin olunan məhkəmə iclası barədə bildiriş, iclasın keçirildiyi gün, iclasdan sonra şöbəyə daxil olmuşdur. Bu səbəbdən də məhkəmə iclasına nəinki hazırlaşmaq üçün vaxt, heç iştirak etmək və müvafiq sübutlarını təqdim etmək imkanları olmamışdır. Belə ki, hazırkı şikayətə əlavə edilən iki ədəd video görüntüdən də görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:20-də ünvan 1 83 ünvanında **-GT-*** dövlət qeydiyyat nişanlı Chevrolet markalı, Cruze modelli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozur. Bu səbəbdən sürücü saxlanılarkən törətdiyi inzibati xətanı etiraf edir. BU səbəbdən də yol polis inspektoru ona barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilir və Qərardan şikayət verən orqan (şəxs) heç bir etiraz etmir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən məhkəmə iclasında iştirak etmək imkanları olmadığından sübutlarını təqdim edə bilməmişlər. Iş materiallarında sübutların məcmusu ilə təqsirliliyi birmənalı şəkildə sübuta yetirilən şəxs barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə olan inamı sarsıtmaqla yanaşı, cəmiyyətdə cəzasızlıq mühitinin formalaşmasına şərait yaradır. Bu cür əsassız qərarlar digər hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının, xüsusən də həyat və sağlamlıq üçün yüksək təhlükə törədən sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi faktının qanunla müəyyən edilmiş məsuliyyətdən kənarda qalması kimi qəbul edilə bilər ki, bu da yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində dövlət siyasətinin məqsədlərinə tamamilə ziddir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Iş materiallarından aydın olduğu kimi AR DIN Neftçala Rayon Polis X2 Bölməsinin yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar elektron qərar olmadığından və inzibati xəta Neftçala rayonu ərazisində törədildiyindən qanunvericiliyin tələblərinə əsasən Salyan rayon məhkəməsinin iş üzrə qərar qəbul etmək səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Neftçala Rayon Polis X2 Bölməsinin yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəişdirilmədən saxlanılması xahiş olunur. Məhkəmə iclasında Salyan rayon Polis Şöbəsinin Yol Patrux Bölməsinin yol patrul xidmətin inspektoru X1 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Işin hallarına əsasən məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1. və 133.2.8-ci maddələrinə əsasən, “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 18:20-də ünvan 1 83 ünvanında Qərardan şikayət verən orqan (şəxs) **-GT-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğundan onun AR IXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Apellyasiya baxışında şikayətə əlavə edilmiş videogörüntüyə baxış keçirilmiş və Ülvi Orusovun həmin inzibati xəta hərəkətini törətməsi aşkar müəyyən olunmuşdur. Hətta yol patrul xidməti əməkdaşına yaxınlaşaraq, onunla qeyri-prosessual söhbətlər aparmağa cəhd göstərmiş, bununla da törətmiş olduğu əmələ görə tədbir görülməməsinə nail olmağa çalışmışdır. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, AR DIN Neftçala Rayon Polis X2 Bölməsinin yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov tərəfindən verilmiş şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv olunsun. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın, AR DIN Neftçala Rayon Polis X2 Bölməsinin yol patrul xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərar qanuni hesab edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar