Məhkəmə qərarları › İş №3(3-9)-573/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-573/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-573/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə ##.##.1981-ci ildə Masallı rayonu, Şatıroba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Masallı Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixli, MN serialı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı razı deyil, onun əməlində inzibati xətanın tərkibini yoxdur. Həmin qərar inzibati xətalar və inzibati prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o qeyd olunan inzibati xətanı törətməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən ondan və oğlundan cəmi dəyəri 3300 manat məbləğində vəsait alınıb iddiaçı X3 verilməsi müəyyən edilmişdir. Ona qarşı cərimə qərarı əsaslı və obyekltiv deyildir. Məhkəmənin icra sənədinin icrası ilə bağlı ona və oğluna xəbərdarlıq bildirişləri göndərilməmişdir. Məhkəmə icraçısı tərəfindən könüllü icra üçin ona müddət verilməmişdir. Məhkəmə icraçısı qısa müddət ərzində onun əmlak vəziyyətini yoxlanılmadan, daşınar və daşınmaz əmlakının olması haqqında məlumat əldə etmədən, digər icra hərəkətləri etmədən təxirəsalınmaz vəziyyətdə məhkəməyə təqdimatla müraciət etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan tələsik cərimə olmağı barədə qərar qəbul etmişdir. Inzibati Xətalar məcəlləsinin 528-ci maddəsinə uyğun olaraq onun tərəfindən qərarın icra olunmaması qərəzli qaydada olmalı idi. Halbuki onların ünvanlarına rəsmi xəbərdarlıq məktubları gəlməmişdir. Məhkəmə qərarının qərəzli icra edilməməsi inzibati xətanın tərkibini yaradır. Məhkəmə icraçısı mümkün vasitələrdən istifadə etmədən protokol tərtib etmiş, hakim isə bu araşdırmanı ədalətli surətdə apardırmadan qərarını vermişdir. Məhkəmə icraçısı tərəfindən protokol təptib olunsa da ona protokolun surəti verilməmişdir. Məhkəmə cərimə qərarı qəbul edərkən Inzibati Xətalar məcəlləsinə uyğun olaraq müdafiəçi ilə təmin edilməsinə yardım etməmişdir. Savadsız olduğunu və latın dilində yaza bilmədiyindən istifadə olunaraq ona icraçı tərəfindən müəyyən sənədlərə imza etdirilmişdir. Sonradan o, Masallı vəkil burosuna müraciət edərək bir sıra hüquqlarının pozulduğunu görmüşdür. Onun hərəkətləri üzürsüz səbəbdən icra edilmədiyi halda inzibati xətanın tərkibi yaranmalıdır. Əlavə olaraq bildirir ki, məhkəmə qətnaməsinin icrasına hörmətlə yanaşılaraq iddiaçıya məxsus əmlaklar evindən götürülərək məhkəmə icraçısı vasitəsi ilə iddiaşıya ##.##.2026-cı il tarixdə verilmişdir. Bu barədə ona məhkəmə icraçısı tərəfindən akt verilməmişdir. Məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırsaydı evində olan əmlakın verilməsini yubadardı. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Masallı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ###### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ## ### 2026cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin tələbləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməmiş, bununla da onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin olduğu göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli icra vərəqəsindən görünür ki, iddiaçı X3 cavabdehlər X4 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktına əsasən cavabdehlərdən müxtəlif məişət və ev əşyalarının naturada, onlar olmadıqda isə onların dəyəri olan 9030 manatın, habelə qızıl-zinət əşyalarının naturada, onlar olmadıqda isə onların ümumi dəyəri olan 3300 manatın müştərək qaydada tutularaq X3 verilməsi müəyyən edilmişdir. Qızıl-zinət əşyaları sırasında 2100 manat dəyərində dəst qızıl boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət 585 əyarlı qızıl-zinət əşyaları, 300 manat dəyərində 2 ədəd 585 əyarlı sadə qızıl üzük və sırğa, 900 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzük, həmin əşyalar naturada olmadıqda isə ümumilikdə 3300 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq tələbkara ödənilməsi göstərilmişdir. Həmçinin dövlət rüsumu və mediasiya xərclərinin tutulması müəyyən edilmişdir. Icra vərəqəsi ## ### 2026-cı il tarixdə verilmişdir. ## #### 2026-cı il tarixli icraata başlama haqqında qərardan görünür ki, Masallı rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin *(*- *)-***/****-*** nömrəli, ## ### 2026-cı il tarixli icra sənədi icraata qəbul edilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. Qərarla borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4 icra sənədinin tələbini 10 gün müddətində könüllü icra etmələri təklif edilmiş, tələb könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin görüləcəyi, icra xərcləri və icra ödənişinin borcludan tutulacağı izah edilmişdir. Masallı rayon Icra və Probasiya şöbəsinin ## #### 2026-cı il tarixli məlumat məktubundan görünür ki, həmin sənədlə icraata başlama haqqında qərarın surətinin tələbkara, borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4, habelə icra sənədini vermiş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. ## #### 2026-cı il tarixli könüllü icra barədə bildirişdən görünür ki, borclulara icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmələri təklif edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda məcburi icra tədbirlərinin görüləcəyi, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı barədə xəbərdarlıq edilmişdir. Sənəddə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4 bildirişlə tanış olmalarına dair qeydlər və imzalar vardır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli icra sənədindən, “Icraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan, ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən, icra məmurunun və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “onun əməlində inzibati xətanın tərkibini yoxdur. Məhkəmənin qərarı inzibati xətalar və inzibati prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. O, qeyd olunan inzibati xətanı törətməmişdir. Məhkəmənin icra sənədinin icrası ilə bağlı ona və oğluna xəbərdarlıq bildirişləri göndərilməmişdir. Məhkəmə icraçısı tərəfindən könüllü icra üçin ona müddət verilməmişdir. Məhkəmə icraçısı qısa müddət ərzində onun əmlak vəziyyətini yoxlanılmadan, daşınar və daşınmaz əmlakının olması haqqında məlumat əldə etmədən, digər icra hərəkətləri etmədən təxirəsalınmaz vəziyyətdə məhkəməyə təqdimatla müraciət etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan tələsik cərimə olmağı barədə qərar qəbul etmişdir. Inzibati Xətalar məcəlləsinin 528-ci maddəsinə uyğun olaraq onun tərəfindən qərarın icra olunmaması qərəzli qaydada olmalı idi. Halbuki onların ünvanlarına rəsmi xəbərdarlıq məktubları gəlməmişdir. Məhkəmə qərarının qərəzli icra edilməməsi inzibati xətanın tərkibini yaradır. Məhkəmə icraçısı mümkün vasitələrdən istifadə etmədən protokol tərtib etmiş Məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırsaydı evində olan əmlakın verilməsini yubadardı” barədə apellyasiya şikayətinin dəlillərini əsasız hesab edir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra icraatında verdiyi izahatdan görünür ki, ona Şirvan Apellyasiya Məhkəməsinin icra sənədinin məzmunu, icraata başlama haqqında qərar və könüllü icra barədə bildiriş təqdim edilmiş, icra sənədinin tələblərinin icra edilməməsinin hüquqi nəticələri izah olunmuşdur. Həmçinin icra sənədinin icra edilməməsinin inzibati və sonrakı hallarda qanunda nəzərdə tutulan digər məsuliyyətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin izahatı imzalamaqla ona icra sənədinin məzmununun və icra edilməməsinin hüquqi nəticələrinin bildirildiyini təsdiq etmişdir. Bununla yanaşı, Icra sənədi üzrə icraata başlanmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun tələblərinin könüllü icrası üçün müddət verilmiş, icra sənədinin icra edilməməsinin hüquqi nəticələri ona izah edilmişdir. Buna baxmayaraq, icra sənədinin qızıl-zinət əşyalarına dair hissəsi icra edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkarın qızıl-zinət əşyalarını əvvəllər özü ilə aparmasına dair dəlilini onun məsuliyyətini istisna edən əsas kimi qəbul etmir. Ilk növbədə, həmin məsələ tərəflər arasında olmuş mülki mübahisənin predmetinə aid olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktında konkret qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq tələbkara verilməsi, həmin əşyalar naturada olmadıqda isə onların müəyyən edilmiş dəyərinin tutulması qərara alınmışdır. Bu baxımdan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı inzibati xəta haqqında iş üzrə tələbkarın həmin əşyaları mülki iş üzrə məhkəmə aktı qəbul edilməmişdən əvvəl özü ilə aparması barədə bildirdikləri mahiyyət etibarilə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmiş mübahisənin faktiki hallarını yenidən mübahisələndirməyə yönəlmişdir. Əgər tələbkar qızıl-zinət əşyalarını həqiqətən mülki iş üzrə məhkəmə aktı qəbul edilənədək özü ilə aparmış olsaydı, bu hal mülki işə baxılarkən cavabdehlər tərəfindən irəli sürülə və müvafiq sübutlarla təsdiq edilə bilərdi. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktının nəticəsi göstərir ki, həmin əşyaların tələbkara qaytarılması və onlar naturada olmadıqda dəyərinin ödənilməsi öhdəliyi məhz cavabdehlərin üzərinə qoyulmuşdur. Bundan başqa, icra sənədində öhdəliyin icrası üçün alternativ üsul müəyyən edilmişdir: qızıl-zinət əşyaları naturada mövcud olmadıqda onların ümumi dəyəri olan 3300 manat ödənilməlidir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızıl-zinət əşyalarının hazırda onda olmamasına istinad etməsi özlüyündə icra sənədinin icrasının obyektiv olaraq mümkünsüzlüyünü göstərmir və onu icra sənədinin tələblərini yerinə yetirmək vəzifəsindən azad etmir. Əksinə, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin mövcudluğundan, onun məzmunundan, könüllü icra üçün müəyyən edilmiş müddətdən və icra edilməməsinin hüquqi nəticələrindən məlumatlı olmuş, lakin icra sənədinin qızıl-zinət əşyalarına və alternativ olaraq onların dəyərinin ödənilməsinə dair hissəsini yerinə yetirməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, icra sənədinin digər tələblərinin icra edilməsi borclunun məhkəmə aktının və onun əsasında verilmiş icra sənədinin mövcudluğundan xəbərdar olduğunu əlavə olaraq təsdiq edir. Lakin icra sənədinin yalnız bir hissəsinin icra edilməsi onun icra edilməmiş digər hissəsinə münasibətdə qanuni öhdəliyi aradan qaldırmır. Beləliklə, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməməsinə dair mövqeyini iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə təkzib olunan, inzibati məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə dəlili kimi qiymətləndirir və həmin dəlili əsaslı hesab etmir. Iş materiallarında icra sənədinin müəyyən edilmiş müddətdə icra edilməməsinə haqq qazandıran və ya onun icrasını obyektiv olaraq qeyri-mümkün edən hər hansı üzrlü səbəbi təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. Apellyasiya şikayətinin “məhkəmə cərimə qərarı qəbul edərkən Inzibati Xətalar məcəlləsinə uyğun olaraq müdafiəçi ilə təmin edilməsinə yardım etməmişdir.” dəlilinə də qiymət verərək hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki iş üzrə müdafiəçiyə ehtiyacının olmadığını, məhkəmədə hüquqlarını özününün müdafiə edəcəyini, müdafiəçidən imtinasının maddi vəziyyəti ilə əlaqədar olmadığını nəzərz alınaraq işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini heç bir üzrlü səbəb təqdim etmədən icra etməmişdir və bununla da Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə təbiq edilməsi barədə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar