Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-575/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ## ###### 2025-ci il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətlə müraciət edərək, ## ###### 2025-ci il tarixli, EQ******** nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ## ###### 2025-ci il tarixli EQ******** nömrəli protokol əsasında qəbul edilmiş qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində xüsusi texniki vasitə ilə aşkar edilmiş və rəsmiləşdirilmiş ## ###### 2025-ci il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Bundan başqa, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli, *** nömrəli Fərmanının 4.8-2-ci bəndinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsinin birinci cümləsində, 122.1-1-ci maddəsində, 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində, 124.5ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1-ci və 126.3cü maddələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur. Göründüyü kimi, qanunverici xüsusi texniki vasitələrlə aşkar edilən və İXM-in 122.1-ci maddəsində sadalanan inzibati xətalar, o cümlədən həmin Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar üzrə inzibati tənbeh vermə haqqında elektron qərarın müvafiq informasiya sistemində səlahiyyətli əməkdaş tərəfindən rəsmiləşdirilməsini, habelə belə qərarlardan şikayət vermək hüququna malik olan subyektlərin dairəsini ayrıca və imperativ qaydada müəyyən etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qəbul edildiyi və məhz həmin informasiya sistemində rəsmiləşdirildiyi nəzərə alındıqda, həmin qərarın qanuniliyinin məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı prosessual hüquqların həyata keçirilməsi də qanunla müəyyən edilmiş səlahiyyət hədləri daxilində olmalıdır. İş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmişdir. Lakin apellyasiya şikayətinin məzmunundan və onu verən şəxsin statusundan görünmür ki, sonuncu hazırkı iş üzrə İXM-in 128.1-ci maddəsində sadalanan və inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququna malik subyektlərdən hər hansı birini təmsil edir və ya həmin şikayəti vermək üçün qanunla ayrıca səlahiyyətə malikdir. Xüsusilə qeyd edilməlidir ki, hazırkı inzibati xəta haqqında iş üzrə ilkin elektron qərar məhz Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində formalaşdırıldığından, həmin qərarla bağlı prosessual hüquqların həyata keçirilməsi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisinin vəzifəsindən irəli gələn səlahiyyət kimi qəbul edilə bilməz. Belə şikayətin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, yaxud həmin İdarənin adından və onun qanunla müəyyən edilmiş qaydada səlahiyyət verdiyi şəxs tərəfindən verilməsi zəruri olmuşdur. Eyni zamanda, iş materiallarında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin hazırkı iş üzrə apellyasiya şikayəti vermək səlahiyyətini təsdiq edən hər hansı sənəd, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin adından və ya onun səlahiyyətli nümayəndəsi qismində çıxış etməsinə əsas verən məlumat müəyyən edilmir. Belə olan halda, şikayətin məhz həmin vəzifəli şəxs tərəfindən verilməsi onun qanunla müəyyən edilmiş prosessual subyekt dairəsinə daxil olduğunu təsdiq etmir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tətbiqi baxımından qanunvericinin “müvafiq informasiya sistemi” anlayışını konkret olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi ilə əlaqələndirməsi təsadüfi xarakter daşımır. Bu, xüsusi texniki vasitələrlə aşkar edilən inzibati xətalar üzrə qərarların qəbul edilməsi və həmin qərarlarla bağlı prosessual səlahiyyətlərin həyata keçirilməsi zamanı aidiyyəti və səlahiyyət məsələsinin dəqiq müəyyən edilməsinə xidmət edir. Hazırkı işdə isə mübahisələndirilən elektron qərar məhz həmin Mərkəzi İnformasiya Sistemində qəbul edilmiş, lakin ondan şikayət verən şəxs həmin sistem üzrə qərarı qəbul edən və ya onun adından belə prosessual hərəkəti həyata keçirməyə səlahiyyətli şəxs olmamışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə hüququ olmayan şəxs tərəfindən şikayət verildikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128ci maddələrini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-575/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-575/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver