Məhkəmə qərarları › İş №3(3-9)-576/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-576/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-576/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə. ##.##.2000-ci ildə Masallı rayonu Şatıroba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada 2000 manat dəyərində yataq dəsti, 1000 manat dəyərində kamot, 600 manat dəyərində 6 nəfərlik miz stolu, 600 manat dəyərində divan və qabaq stolu, 600 manaı dəyərində mətbəx mebeli, 100 manat dəyərində yük krovatı, 600 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində tozsoran, 200 manat dəyərində ətçəkən, blinder və ütü, 300 manat dəyərində 3 dəst serviz qarışıq qablar, 150 manat dəyərində çuqun tabaq vedrə, çaynik dəsti, 200 manat dəyərində tefal qazan dəsti, qaşıq çemodanı, 100 manat dəyərində qazan dəsti, dəst plastik qab, soğan çəkən, 150 manat dəyərində meyvə qabları, stəkan dəsti çaynik çuqun, 50 manat dəyərində paltar setkası, 300 manat dəyərində 2 ədəd xalça, 300 manat dəyərində 2 dəst pərdə və yataq dəstləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində 10 ədəd odeyal, 100 manat dəyərində şüşə samovar, 30 manat dəyərində dörd ədəd oxlov, 100 manat dəyərində boqema güldan, 400 manat dəyərində 10 dəst ev geyimi, 10 ədəd toy geyimi, 2 ədəd gödəkcə, 3 ədəd ayaqqabı, fen, kosmetika və geyim çemodanı, 200 manat dəyərində 1 ədəd çilçıraq, 2 ədəd korniz, sənədlər, şəkillər və disklər, 400 manat dəyərində 3 dəst yorğan döşək, balış və ya onların dəyəri olan 9030 manat alınaraq iddiaçı X2 verilməsi, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada 2100 manat dəyərində dəst qızıl boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət 585 əyyarlı qızıl-zinət əşyaları, 300 manat dəyərində 2 ədəd 585 əyyarlı sadə qızıl üzük və sırğa, 900 manat dəyərində 1 ədəd 585 əyyarlı qızıl üzük, həmin əşyalar naturada olmadıqda isə onların dəyəri olan ümumilikdə 3300 (üç min üç yüz) manat pul vəsaiti cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada tutularaq iddiaç X2 ödənilməsi və iddiaçı X2 tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 130 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumu və ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada tutularaq iddiaçı X2 ödənilməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Masallı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsindəAzərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ####### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Masallı Rayon Məhkəməyə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin həmin qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar inzibati xətalar və inzibati prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o qeyd olunan inzibati xətanı törətməmişdir. Belə ki, Şirvan Apellyasiya məhkəməsinin *(*-*)****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən ondan cəmi dəyəri 3300 manat məbləğində vəsait alınıb iddiaçı X2 verilməsi müəyyən edilmişdir. Həmin cərimə qərarı əsaslı və obyekltiv deyildir. Məhkəmənin icra sənədinin icrası ilə bağlı ona könüllü ödənişlə bağlı xəbərdarlıq bildirişləri göndərilməmişdir. Məhkəmə icraçısı tərəfindən könüllü icra üçin ona müddət verilməmişdir. Məhkəmə icraçısı qısa müddət ərzində onun əmlak vəziyyətini yoxlanılmadan, daşınar və daşınmaz əmlakım olması haqqında məlumat əldə etmədən, digər icra hərəkətləri etmədən təxirəsalınmaz vəziyyətdə məhkəməyə təqdimatla müraciət etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan cərimə olması barədə qərar qəbul etmişdir. Ünvanına rəsmi xəbərdarlıq məktubları gəlməmişdir. Qeyd olunanlara əsasən, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cü il tarixli, *(***)- ****/**** nömrəli qərarını ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətininin dəlillərini müdafiə edərək Masallı Rayon Məhkəməsinin ##.##.2026-cü il tarixli, *(***)-****/**** nömrəli qərarını ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq Masallı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili qeyd olunan icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi və əməlində inzibati xəta tərkibi olmadığı halda, onun əsassız və qanunsuz olaraq Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsidir. Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Iş materiallarında olan ## #### 2026-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada 2100 manat dəyərində dəst qızıl boyunbağiy qolbaq, sırğa və üzükdən ibarət 585 əyyarlı qızılzinət əşyaları, 300 manat dəyərində 2 ədəd 585 əyyarlı sadə qızıl üzük və sırğa, 900 manat dəyərində 1 ədəd 585 əyyarlı qızıl üzük#həmin .əşyalar naturada olmadıqda isə onların dəyəri olan ümumilikdə 3300 (üç min üç yüz) pul vəsaiti cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada tutularaq iddiaçı X2 ödənilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 ivra vərəqəsinin icra edilməsi barədə10 gün müddət verilməsi barədə icraat başlanılmışdır. Iş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı ildə rəsmi qaydada imzalamaqla qəbul etmişlər. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbi tam icra etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi X3 təqsirli bilməklə, eləcə də barəsində cərimə tənbeh tədbirini tətbiq etməkdə haqlı olmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunarkən səhhəti nəzərə alınmalıdır. Bu səbəblə barəsində məhz həbs inzibati tənbeh tədbirinin tətbiq olunması məqsədə uyğun deyil. Inzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». IXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. IXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinməsində dair Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə edilməsinə dair Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar