Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-577/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, * saylı X8 Mərkəzinin Vizəzəmin meşəbəyliyinin ** saylı dolayında yerləşən "xxxx" istirahət mərkəzində 2 (iki) ədəd dəmir ağac cinsli ağacın kök boğazından qanunsuz kəsilməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə “xxxx” İstirahət Mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026 cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan İmişli Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov apellyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2026 tarixli, *(*-***)- ***/**** saylı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" İstirahət Mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Qərar ona poçt vasitəsilə ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Qərarı onunla əsaslandırmışlar ki, guya onun tərəfindən meşəqırma bileti olmadan meşə fondunda kök üstə yaş ağaclar və kollar qanunsuz kəsilərək, zədələnmişdir. Qəbul edilmiş həmin qərarla razı deyil və o, həmin qərarda qeyd edilmiş inzibati xətanı törətməmişdir. Qeyd edir ki, 2026-cı ilin yanvar ayında qeyd edilən ərazidə güclü qar yağışı olmuşdur. Həmin yağan qar kütləsi ağacların üstündə qalmaqla, onları aşırmışdır. O, çalışdığı qədər ağacların üstündən qar kütləsini təmizləmişdir ki, ağaclar qırılmasın, amma buna baxmayaraq işlətdiyi "xxxx" istirahət mərkəzinin ərazisində aktda qeyd edilmiş 2 ədəd dəmirağac ağacı da daxil olmaqla xeyli sayda ağac üzərinə yığılmış qar kütləsinin təsirindən qırılmışdır. Həmin ağacların qırılması ilə əlaqədar Aslan adlı meşə gözətçisinə məlumat vermiş, meşə gözətçisi qırılan ağacların onun tərəfindən təmizlənməsinə icazə vermişdir. Həmin meşə gözətçisi hal-hazırda da bu faktı təsdiq edir. Meşə gözətçisindən bunun üçün xüsusi icazə vərəqəsi almalı olduğu ona bildirilməmişdir. O da meşə gözətçisinin sözünə əsaslanaraq obyektin ərazisində olan iki ədəd qırılmış ağacı oradan götürmüşdür. O, həmin ağacları oradan təmizləyərkən ağaclar qarın təsirindən tamamilə yararsız hala düşmüş, qırılmış və qurumuşdur. Aktda qeyd edilən həmin 2 ədəd ağac da daxil olmaqla ətrafda qarın təsirindən qırılmış xeyli sayda ağac olmuşdur. Hətta qonşu obyektlərin ərazisində də bu səbəbdən xeyli sayda ağac qırılmışdır. O, həmin 2 ədəd ağacı oradan təmizləyərkən ağaclar qurumuş, yararsız halda olmuşdur. Bu barədə aidiyyəti vəzifəli şəxsi məlumatlandırmış və icazə ilə onların qırıq budaqlarını götürmüşdür. Onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir.Həmçinin qeyd edir ki, işlətdiyi həmin iaşə obyekti təbii qazla təmin edilmişdir. Bu baxımdan da onun qeyd edilən ağacları kəsərək, onlardan yanacaq kimi istifadə etməsi tamamilə məntiqli deyildir. İnzibati xəta haqqında icraat zamanı inzibati orqana yuxarıda qeyd etdikləri barədə məlumat versə də, həmin xüsusatlar araşdırılmadan qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən xahiş edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı, MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, ”xxxx ” istirahət mərkəzinin icarədarıdır. 2026-cı ilin yanvar ayında qeyd edilən ərazidə güclü qar yağışı olmuşdur. Yağan qar nəticəsində ağaclar aşmış, o, 2 ay 15 gün sonra meşə gözətçisinə məlumat verərək qırılmış ağacları ərazidən təmizləmişdir. Həmin 2 ədəd aşmış ağac onların fəaliyətinə mane olduğu üçün onları oradan götürərək bir yerə yığmışdır. Hazırda istirahət mərkəzinin görünməyən hissəsində həmin aşmış ağaclardan 8-10 ədəd var. O, istirahət mərkəzində ağac kəsməmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarnın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş ** saylı meşə dolayısının meşə gözətçisi X2 izahatında göstərmişdir ki, meşə gözətçisi vəzifəsində işləyir. Qar yağması nəticəsində “xxxx” istirahət mərkəzində getmiş, sözügedən 2 ədəd ağacı da daxil olmaqla xeyli sayda ağacın üzərinə yığılmış qar kütləsinin təsirindən qırıldığını görmüşdür. Həmin ağaclar 2 aydan çox həmin ərazidə qalmışdır. Sonra o, Qərardan şikayət verən orqan (şəxs) həmin qırılmış ağacları istirahət mərkəzinin ərazisindən yığışdıra biləcəyini bildirmişdir. Onun icazəsi ilə Qərardan şikayət verən orqan (şəxs) həmin ağacları ərazidə bir yerə yığmışdır. Həmin ağaclar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməmiş və oduncaq kimi istifadə edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir ağac kəsilməmiş və mənimsənilməmişdir. Həmçinin “xxxx” istirahət mərkəzi qazla təchiz olunmuşdur. Lerik Rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-***)-***/**** saylı qərarı düzgün deyil və ləğv olunmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinə uyğun və prosessual müddət pozulmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təb Sərvətlər İdarəsinin X11 əməkdaşları idarənin ##.##.2026-cı il tarixli **** saylı sərəncamı əsasında "Milli parklarda və X8 mərkəzlərində, təbiətdən istifadəyə (o cümlədən, icarə) dair hüquqi və fiziki şəxslərlə bağlanılmış, hazırda qüvvədə olan (və ya olmayan bütün növ müqavilələr (o cümlədən, mövsümi müqavilələr) üzr fəaliyyət göstərən obyektlərdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətini (fəaliyyətin qanunauyğunluğu, əsaslı tikintilərin olub-olmamas tullantıların idarə edilməsi, bitki örtüyünün mühafizəsi, torpaq zəbti, yanğın təhlükəsizliyi və s.) araşdırılması, aşkar olunmuş nöqsanların yerində aradan qaldırılması üçün müvafiq qaydada təxirəsalınmaz tədbirlərin görülməsi barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Xidməti tərəfindən daxil olmuş ##.##.2026-ci il tarixli ***/DETX-** saylı məktubla əlaqədar * saylı X8 Mərkəzinin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi X3 iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı Lənkəran-Lerik avtomobil yolunun 32-ci km-də, yolun sol tərəfində yerləşən “xxxx” istirahət mərkəzinin ##.##.2022-ci il tarixli *** qeydiyyat nömrəli torpağın icarə müqaviləsi əsasında 5 il müddətinə fəaliyyət göstərdiyi və müqavilə müddətinin ##.##.2027-ci il tarixinə qədər qüvvədə olduğu müəyyən olunmuşdur. İstirahət mərkəzinin rəhbərinin və “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisinin ünvan 2 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) olduğu müəyyən edilmişdir. Əraziyə keçirilən baxış zamanı dəmirağac cinsindən cinsindən 24-sm-də 1 ədəd və 28 sm-də 1 ədəd ağacın kəsilərək aparıldığı aşkar olunmuş və kəsilmiş ağaclar Vizəzəmin meşəbəyiiyinin meşəbəyisi Babək Hüseynovun n-*** nömrəli meşə damğası ilə damğalanmışdır. Qərardan şikayət verən orqan (şəxs) ağacların kəsilməsinə, zədəiənməsinə dair qanunvericiliyin müddəaları izah edilmiş və tərəfindən Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” qanunun və “Meşə məcəlləsi”-nin tələblərinin pozulduğu nəzərinə çatdırılmışdır. Nəticə olaraq araşdırma ilə bağlı ##.##.2026-cı il tarixli, ****** nömrəli akt və MN ******* nömrəli protokol tərtib olunmuşdur. Lakin məhkəmə işə baxarkən bunları nəzərə almamış, inzibati xəta hadisəsinin faktiki baş vediyini nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il ## ###### tarixli *** nömrəli Qərarın heçə alaraq meşə gözətçisinin səlahiyyəti çatmayan məsələ ilə bağlı göstəriş verdiyi barədə ifadəsini əsas tutaraq inzibati işə xitam vermişdir. Hansı ki, sənədləşmədən də görünür ki, yerində araşdırma 1 sayli X8 mərkəzinin əməkdaşının iştirakı ilə aparılmış, qanunsuz ağac kəsilməsi faktı aşkar edilərək sənədləşdirilmiş və *** nömrəli damğa vululmuşdur. İşə baxılarkən meşə idarəsinin rəsmi mövqeyi meşə idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) təbiətə vurulmuş ziyan hesablanması nəzərə alınmamışdır. Habelə meşə idarəsininin işçisinin idarənin mənafeyinə və bundan qabaq rəsmi münasibətinə zidd ifadə verməsi məhkmədə sual yaratmamışdır. Məhkəmə şahidlik edən şəxsin subyektiv fikir üstündə işi qurub, nəticədə inzibati işin ləğv edilməsi barədə qərar vermişdir Qeyd olunanlar Lerik Rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-***)-***/**** saylı qərarının birtərəfli olmasının birbaşa sübutudur. Məhkəmə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan sübutları nəzərə almamış, inzibati xətanın baş verdiyi faktı olmamış kimi qəbul etmişdir. Qərardan şikayət verən orqan (şəxs) hüquqi şəxs “xxxx” MMC-nin qanuni təmsilçisi olması, inzibati xəta hadisəsinin meşə ərazisində baş verdiyi nəzərə alınmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsas gətirilərək işə xitam verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, ”xxxx” istirahət mərkəzinin icarədarıdır. 2026-cı ilin yanvar ayında qeyd edilən ərazidə güclü qar yağışı olmuşdur. Yağan qar nəticəsində ağaclar aşmış, o, 2 ay 15 gün sonra meşə gözətçisinə məlumat verərək qırılmış ağacları ərazidən təmizləmişdir. Həmin 2 ədəd aşmış ağac onların fəaliyətinə mane olduğu üçün onları oradan götürərək bir yerə yığmışdır. Hazırda istirahət mərkəzinin görünməyən hissəsində həmin aşmış ağaclardan 8-10 ədəd var. O, istirahət mərkəzində ağac kəsməmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarnın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 şikayət ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, təbii fəlakət nəticəsində hər hansı sınmış, qırılmış ağacın öz başına götürülməsi qanunsuzdur. Qeyd edir ki, meşə idarəsi bu prosesi həyat keçirir. Meşə gözətçisi bu hal baş verdiyi zaman idarəyə yazılı müraciət etməlidir. Həmin kəsilmiş ağaclar köküstə yaş ağaclar hesab olunur. Ağacların Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsi barədə heç bir fotoşəkil mövcud deyildir. Lakin ağacların yerində çəkilən fotoşəkilləri vardır. Sözügedən ağacların Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsi barədə hər hansı bir sübutları yoxdur. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ** saylı meşə dolayısının meşə gözətçisi X2 izahatında göstərmişdir ki, meşə gözətçisi vəzifəsində işləyir. Qar yağması nəticəsində “xxxx” istirahət mərkəzində getmiş, sözügedən 2 ədəd ağacı da daxil olmaqla xeyli sayda ağacın üzərinə yığılmış qar kütləsinin təsirindən qırıldığını görmüşdür. Həmin ağaclar 2 aydan çox həmin ərazidə qalmışdır. Sonra o, Qərardan şikayət verən orqan (şəxs) həmin qırılmış ağacları istirahət mərkəzinin ərazisindən yığışdıra biləcəyini bildirmişdir. Onun icazəsi ilə Qərardan şikayət verən orqan (şəxs) həmin ağacları ərazidə bir yerə yığmışdır. Həmin ağaclar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməmiş və oduncaq kimi istifadə edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir ağac kəsilməmiş və mənimsənilməmişdir.Həmçinin “xxxx” istirahət mərkəzi qazla təchiz olunmuşdur. Bundan başqa, iş materiallarında olan * saylı X8 Mərkəzinin məsləhətçi müfəttişi Bəylər Hüseynovun * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlamış olduğu xidməti məruzəsindən görünür ki, idarənin ##.##.2026 cı il tarixli **** saylı sərəncamı əsasında "Milli parklarda və X8 mərkəzlərində təbiətdən istifadəyə (o cümlədən, icarə) dair hüquqi və fiziki şəxslərlə bağlanılmış, hazırda qüvvədə olan (və ya olmayan) bütün növ müqavilələr (o cümlədən, mövsümi müqavilələr) üzrə fəaliyyət göstərən obyektlərdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin (fəaliyyətin qanunauyğunluğu, əsaslı tikintilərin olub-olmaması, tullantıların idarə edilməsi, bitki örtüyünün mühafizəsi, torpaq zəbti, yanğın təhlükəsizliyi və s.) araşdırılması, aşkar olunmuş nöqsanların yerində aradan qaldırılması üçün müvafiq qaydada təxirəsalınmaz tədbirlərin görülməsi barədə" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Xidməti tərəfindən daxil olmuş ##.##.2026-ci il tarixli ***/DETX- ** saylı məktubla əlaqədar * saylı X8 Mərkəzinin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi X3 iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı Lənkəran-Lerik avtomobil yolunun 32-ci km-də, yolun sol tərəfində yerləşən "xxxx" istirahət mərkəzinin ##.##.2022-cü il tarixli *** qeydiyyat nömrəli meşə müqaviləsi əsasında 5 il müddətinə fəaliyyət göstərdiyi və müqavilə müddətinin ##.##.2027-ci il tarixinə qədər qüvvədə olduğu müəyyən olunmuşdur. İstirahət mərkəzinin rəhbərinin ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) olduğu və 2604185391 VÖEN ilə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Əraziyə keçirilən baxış zamanı dəmirağac cinsindən cinsindən 24-sm-də 1 ədəd və 28 sm-də 1 ədəd ağacın kəsilərək aparıldığı aşkar olunmuşdur. Kəsilmiş ağaclar Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Babək Hüseynovun n-*** nömrəli meşə damğası ilə damğalanmışdır. Qərardan şikayət verən orqan (şəxs) izahatında həmin ağacların 2026-cı ilin yanvar ayında yağan güclü qar nəticəsində aşaraq qırıldığını və həmin ağacların X8 tərəfindən qeydiyyata alındığını bildirmişdir. Qərardan şikayət verən orqan (şəxs) ağacların kəsilməsinin, zədələnməsinə dair qanunvericiliyin müddəaları izah edilmiş və tərəfindən Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" qanunun və "Meşə məcəlləsi"-nin tələblərinin pozulduğu nəzərinə çatdırılmışdır. Təbiətə dəymiş ziyan məbləğinin təşkil etdiyi müəyyən edilmişdir. Araşdırma ilə bağlı ##.##.2026-cı il tarixli ****** nömrəli akt və MN ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı X8 Mərkəzi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, İdarənin ##.##.2026-cı il tarixli **** saylı sərəncamı əsasında "Milli parklarda və X8 mərkəzlərində təbiətdən istifadəyə (o cümlədən, icarə) dair hüquqi və fiziki şəxslərlə bağlanılmış, hazırda qüvvədə olan (və ya olmayan) bütün növ müqavilələr (o cümlədən, mövsümi müqavilələr) üzrə fəaliyyət göstərən obyektlərdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin (fəaliyyətin qanunauyğunluğu, əsaslı tikintilərin olub-olmaması, tullantıların idarə edilməsi, bitki örtüyünün mühafizəsi, torpaq zəbti, yanğın təhlükəsizliyi və s.) araşdırılması, aşkar olunmuş nöqsanların yerində aradan qaldırılması üçün müvafiq qaydada təxirəsalınmaz tədbirlərin görülməsi barədə" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Xidməti tərəfindən daxil olmuş ##.##.2026-ci il tarixli ***/DETX- ** saylı məktubla əlaqədar * saylı X8 Mərkəzinin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi X3 iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı Lənkəran-Lerik avtomobil yolunun 32-ci kmdə,yolun sol tərəfində yerləşən "xxxx" istirahət mərkəzinin ##.##.2022-ci il tarixli *** qeydiyyat nömrəli meşə müqaviləsi əsasında 5 il müddətinə fəaliyyət göstərdiyi və müqavilə müddətinin ##.##.2027-ci il tarixinə qədər qüvvədə olduğu müəyyən olunmuşdur. İstirahət mərkəzinin rəhbərinin ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) olduğu və 2604185391 VÖEN ilə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Əraziyə keçirilən baxış zamanı dəmirağac cinsindən cinsindən 24-sm-də 1 ədəd və 28 sm-də 1 ədəd ağacın kəsilərək aparıldığı aşkar olunmuşdur. Kəsilmiş ağaclar Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Babək Hüseynovun n-*** nömrəli meşə damğası ilə damğalanmışdır. Qərardan şikayət verən orqan (şəxs) izahatında həmin ağacların 2026-cı ilin yanvar ayında yağan güclü qar nəticəsində aşaraq qırıldığını və həmin ağacların X8 tərəfindən qeydiyyata alındığını bildirmişdir. Qərardan şikayət verən orqan (şəxs) ağacların kəsilməsinin, zədələnməsinə dair qanunvericiliyin müddəaları izah edilmiş və tərəfindən Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" qanunun və "Meşə Məcəlləsi"-nin tələblərinin pozulduğu nəzərinə çatdırılmışdır. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, 2 ədəd 24 sm və 28 sm diametrli olan dəmir ağac cinsindən, ağacın həcmi 0.78 kub metr, nırx dəyəri 3.34 manat, zərər dəyəri *** manat olmaqla ümumilikdə 108.34 manat təşkil edir. İş materiallarında olan “xxxx” İstirahət Mərkəzinin icarədarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən olan * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə yazılaraq imzalanmış izahatından görünür ki, Lerik rayonunun 32-cu km kəndində yerləşən “xxxx” istirahət mərkəzi ona məxsusdur. İstirahət Mərkəzində gəzinti sahəsində aparılmış abadlıq işləri ilə bağlı meşə idarəsi tərəfindən təqribən 2015-2016-cı il tarixlərdə cərimə olunmuş, həmin vaxtlarda abadlıq işləri aparılmış istirahət mərkəzində 2026-cı ilin yanvar ayında yağan güclü qar nəticəsində ərazidə olan ağac aşmışdır. Həmin aşmış dəmir ağacıyla bağlı regional meşə idarəsi tərəfindən baxış keçirilmişdir. Ağaclar təbii fəlakət nəticəsində qırılmışdır. İstirahət Mərkəzinin yaxınlığından keçən çayda olan tullantılar sel nəticəsində əraziyə səpələnmişdir. Həmin tullantılar tərəfindən təmizlənmişdir. İş materiallarında olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, * saylı RMTM-nin Vizəzəmin meşəbəyliyinin** saylı dolayısında yerləşən “xxxx ” istirahət mərkəzində 2(iki ədəd ) dəmir ağac cinsli ağac kök boğazından qanunsuz kəsilmişdir.Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “xxxx” istirahət mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ## #### 2026-cı il tarixli Ç-BM/****-*** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar əsasında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərar ilə barəsində vəzifəli şəxs kimi 4500 (dörd min beş yüz) manat inzibati cərimə tətbiq edilmiş və həmin cəriməni 30 gündən gec olmayaraq * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödəməsi, ödəmədiyi təqdirdə icra olunması üçün tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq icra orqanına göndəriləcəyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, “Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi iş materialları ilə kifayət qədər təsdiq olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müəyyən edilməli olan əsas hallardan biri inzibati xəta hadisəsinin baş verib-verməməsi ilə yanaşı, həmin inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi və onun inzibati xətanı törətməkdə təqsirinin sübuta yetirilməsidir. Başqa sözlə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün yalnız müəyyən ərazidə ağacların kəsilməsi faktının mövcudluğu öz-özlüyündə kifayət etmir. Həmçinin həmin ağacların məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qanunsuz kəsilməsi və ya zədələnməsi, eləcə də onun təqsirinin mötəbər və bir-biri ilə uzlaşan sübutlar əsasında müəyyən edilməsi zəruridir. Hazırkı iş üzrə isə belə sübutetmə həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarından “xxxx” istirahət mərkəzinin ərazisində iki ədəd dəmir ağac cinsli ağacın kəsilmiş vəziyyətdə olması müəyyən edilsə də, həmin ağacların məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsini təsdiq edən hər hansı birbaşa sübut mövcud deyildir. Nə inzibati xəta haqqında protokolda, nə ## #### 2026-cı il tarixli ****** nömrəli aktda, nə xidməti məruzədə, nə də digər sənədlərdə ağacların Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hansı vaxtda, hansı şəraitdə və hansı hərəkətlərlə kəsilməsinin konkret olaraq müəyyən edildiyi görünmür. Əksinə, iş materiallarında olan məlumatlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) işlətdiyi iaşə obyektinin təbii qazla təmin edildiyini, oduncağa ehtiyacı olmadığını, ağacların 2026-cı ilin yanvar ayında baş vermiş güclü qar yağışı nəticəsində aşaraq qırıldığını bildirmiş və bu halı ardıcıl şəkildə həm yazılı izahatında, həm birinci instansiya məhkəməsində verdiyi izahatında, həm də məhkəmə baxışı zamanı müdafiə etmişdir. Onun bu izahatının müəyyən hissələri isə iş üzrə dindirilmiş şahidin ifadəsi ilə də təsdiq olunur. Belə ki, ** saylı meşə dolayısının meşə gözətçisi X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində sözügedən iki ağacın da daxil olduğu çoxsaylı ağacların qar kütləsinin təsirindən qırıldığını gördüyünü, həmin ağacların iki aydan artıq ərazidə qaldığını, sonradan həmin ağacların istirahət mərkəzinin ərazisindən yığışdırılmasına Qərardan şikayət verən orqan (şəxs) icazə verdiyini, ağacların onun tərəfindən kəsilmədiyini və oduncaq kimi istifadə edilmədiyini bildirmişdir. Şahidin ifadəsi yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə xarakterli izahatının təkrarı olmayıb, işin halları barədə bilavasitə məlumatlı olan şəxsin məhkəmədə verdiyi ifadədir. Bu ifadənin tamamilə kənara qoyulmasını şərtləndirən hər hansı mötəbər hal da müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 birinci instansiya məhkəməsində verdiyi izahat xüsusi əhəmiyyət daşıyır. Belə ki, inzibati tənbeh tətbiq etmiş orqanın nümayəndəsi özü də ağacların Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsi barədə hər hansı mötəbər sübutun olmadığını bildirmişdir. Belə olan halda, inzibati tənbeh tətbiq edən orqanın məhkəməyə təqdim etdiyi materialların Qərardan şikayət verən orqan (şəxs) məhz qanunsuz kəsmə hərəkətini törətməsini təsdiq etdiyini qəbul etmək mümkün deyildir. Apellyasiya şikayətində isə əsasən ## #### 2026-cı il tarixli ****** nömrəli aktın, inzibati xəta haqqında protokolun və əraziyə keçirilmiş baxışın nəticələrinin nəzərə alınmadığı irəli sürülmüşdür. Lakin qeyd olunan sənədlərin mövcudluğu onların özlüyündə Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsinin sübut edilməsi anlamına gəlmir. Həmin sənədlərlə yalnız ərazidə iki ədəd dəmir ağac cinsli ağacın kəsilmiş vəziyyətdə olduğu, ağacların diametrlərinin müəyyən edildiyi və bu faktın sənədləşdirildiyi görünür. Lakin ağacların kəsilmiş olması faktı ilə həmin ağacları konkret olaraq kəsən şəxsin müəyyən edilməsi arasında sübut edilməli olan ayrıca səbəb-nəticə əlaqəsi vardır ki, hazırkı iş üzrə bu əlaqə mötəbər sübutlarla müəyyən edilməmişdir. Başqa sözlə, ağacların kəsilmiş vəziyyətdə aşkar edilməsi inzibati xəta hadisəsinin müəyyən edilməsi baxımından əhəmiyyətli hal olsa da, həmin hal avtomatik olaraq bu hərəkətin “xxxx” istirahət mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi qənaətinə gəlməyə əsas vermir. Şəxsin müəyyən ərazidə obyekt rəhbəri və ya icarədar olması ilə həmin ərazidə baş vermiş hər bir hüquqazidd hərəkətin məhz onun tərəfindən törədilməsinin sübuta yetirilməsi eyniləşdirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, barəsində icraat aparılan şəxs şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə görə, inzibati məsuliyyətə cəlbetmə yalnız şəxsin təqsirinin qanunla müəyyən edilmiş qaydada toplanmış, mötəbər və kifayət edən sübutların məcmusu ilə tam sübuta yetirildiyi hallarda mümkündür. Buna görə də, hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən kifayət qədər və inandırıcı sübutlar təqdim edilmədiyi halda, yalnız ehtimallara və inzibati orqanın qənaətinə əsaslanmaqla şəxsin İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə görə, inzibati məsuliyyətə cəlb etmə haqqında qərarın qanuniliyi və əsaslılığı sübutlarla təsdiq olunmalı, şəxsin təqsiri isə inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşdüyü halda, mövcud iş üzrə bu vəzifənin yerinə yetirilməməsi, səlahiyyətli orqan tərəfindən iş üzrə hər hansı əlavə və inandırıcı sübutların təqdim edilməməsi həmin orqanın mövqeyinin və irəli sürülən ittihamın sübuta yetirilmədiyini göstərir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Mövcud iş üzrə isə inzibati xətanın baş verməsi və həmin xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) təqsiri şübhəsiz şəkildə müəyyən olunmamış, əksinə, aradan qaldırılmamış şübhələr mövcud olmuşdur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan ağacları qanunsuz olaraq kəsməsi faktını mötəbər şəkildə təsdiq etmir. Bu baxımdan apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMCnin qanuni təmsilçisi olması və hadisənin onun fəaliyyət göstərdiyi istirahət mərkəzinin ərazisində baş verməsi xüsusilə vurğulansa da, qeyd olunan hallar onun ağacları şəxsən kəsməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Əks yanaşma şəxsin yalnız obyektə rəhbərlik etməsi faktından çıxış etməklə onun təqsirinin müəyyən edilməsinə gətirib çıxarardı ki, bu da inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipinə uyğun olmazdı. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin “meşə gözətçisi X2 ifadəsinin idarənin rəsmi mövqeyinə zidd olduğu və bu səbəbdən həmin ifadənin şübhə doğurmalı olduğu” barədə dəlilinə münasibətdə qeyd edir ki, şahidin ifadəsinin yalnız onun işlədiyi qurumun digər əməkdaşlarının əvvəlki mövqeyi ilə üst-üstə düşməməsi həmin ifadənin avtomatik olaraq etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə hər bir sübutu onun məzmununa, işin digər halları ilə uyğunluğuna və əldə edilmə şəraitinə görə qiymətləndirməlidir. Hazırkı halda X2 ifadəsinin yalan olduğunu və ya həqiqəti əks etdirmədiyini təsdiq edən hər hansı konkret və obyektiv məlumat təqdim edilməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmu halında qiymətləndirilməsi zamanı müəyyən olunur ki, “xxxx” istirahət mərkəzinin ərazisində iki ədəd dəmir ağac cinsli ağacın kəsilmiş vəziyyətdə aşkar edilməsi və bununla əlaqədar akt, protokol və digər sənədlərin tərtib olunması mübahisəsiz olsa da, həmin ağacların məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunsuz kəsilməsi və ya zədələnməsi barədə nəticəyə gəlmək üçün kifayət edən, mötəbər və bir-birini tamamlayan sübutlar mövcud deyildir. Apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Səlahiyyətli orqan inzibati xəta hadisəsinin mövcudluğunu əsaslandırsa da, həmin hadisənin məhz Qərardan şikayət verən orqan (şəxs) təqsirli hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olduğunu təsdiq edən konkret və mötəbər sübut təqdim etməmişdir. Belə olan halda inzibati məsuliyyətin əsasını təşkil edən şəxsin əməli və təqsiri ehtimal və fərziyyələr əsasında müəyyən edilə bilməz. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun əməli ilə inzibati xəta arasında konkret və sübuta yetirilmiş əlaqə olmalıdır. Hazırkı iş üzrə isə bu əlaqə müəyyən edilmədiyindən, yalnız ağacların istirahət mərkəzinin ərazisində yerləşməsi və həmin ərazinin Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi obyektin istifadəsində olması faktından çıxış etməklə onun inzibati xətanı törətdiyini qəbul etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-577/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-577/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver