Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-578/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti * saylı Lənkəran-X2 nümayəndəsi Həsənov İbrahim Əliməmməd oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə tərtib olunmuş MN saylı ******* nömrəli, ##.##.2026cı il tarixli protokol üzrə qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Aysel Mehdiyeva) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti * saylı Lənkəran-X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Beyləqan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini, barəsində İXM-in 262.2.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, o halda ki, məhkəmə əməlində inzibati xəta tərkibinin olduğunu hesab edərsə, onun hüquqi statusunun vəzifəli şəxs deyil, “fiziki şəxs” olduğunu nəzəre alaraq qərarın dəyişdirilməsini və İXM-in 262.2.3-cü maddəsinin fiziki şəxslər üçün tətbiq nəzərdə tutulmuş cərimə sanksiyası müddəalarına uyğun olaraq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qərar qanunsuz, əsassızdır, iş üzrə faktiki hallar tam və maddi/prosessual hüquq sübutlara düzgün hüquqi qiymət verilməmiş və normaları ciddi şəkildə pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 3(5-144)- 672/2026 tarixdə çıxarılsa nömrəli qərarı ## ###### 2026-cı il məhkəmə portalına da, qərarın elektron imzalanmış nüsxəsi “E-Məhkəmə” vahid həmin tarixdə yalnız ## ###### 2026-cı il tarixində yüklənmiş və tərəfimizə verilmişdir. Məhkəmə qərarında onu fərdi sahibkar (VÖEN: **********) kimi “vəzifəli şəxs” statusunda məsuliyyətə cəlb edərək 800 manat cərimə tətbiq etmişdir. O isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxsdir (fərdi sahibkar). Məhkəmə onun hüquqi statusunu düzgün qiymətləndirməmiş, fiziki şəxs kimi deyil, birbaşa vəzifəli şəxs kateqoriyasına aid edərək sanksiyanın ən yüksək həddi üzrə qanunsuz olaraq məsuliyyət müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tullantı sularının təyinatsız axıdılması olmaması faktı üzrə hər hansı ekoloji ekspertiza rəyi və ya suların tərkibinin zərərli olub-barədə laboratoriya analiz sənədi işə əlavə olunmamışdır. Tərəfindən fəaliyyət göstərən təbii mineral/müalicəvi su axını ilə mətbəx tullantı suları eyniləşdirilmişdir. Mərkəzdə yaranan tullantı sularının axıdılması üçün xüsusi şambo (su anbarı) quyusu qazılmış və suların ora yönəldilməsi təmin edilmişdir. Ərazidə aparılan təmir işləri zamanı yaranan müvəqqəti qiymətləndirilmişdir. Monitorinq günü (##.##.2026) müfəttiş X1 tərəfindən əraziyə baxış keçirilərkən hər şeyin qaydasında olduğu, heç bir problem yaşanmadığı bildirilmiş və yalnız formal prosedur kimi sənədlərə imza atmağı xahiş edilmişdir. Hüquqi savadsızlığından və etibarından sui-istifadə edilərək aydın şəkildə və etibarımdan sui-istifadə edilərək izahatın məzmunu ona aydın şəkildə izah olunmamışdır. Məhkəmədə bu xüsusat barədə etiraz etməyinə baxmayaraq birinci instansiya məhkəməsi bu hallara obyektiv qiymət verməmişdir. Bu səbəbdən də Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, barəsində İXM-in 262.2.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini,o halda ki, məhkəmə əməlində inzibati xəta tərkibinin olduğunu hesab edərsə, onun hüquqi statusunun vəzifəli şəxs deyil, “fiziki şəxs” olduğunu nəzəre alaraq qərarın dəyişdirilməsini və İXM-in 262.2.3-cü maddəsinin fiziki şəxslər üçün tətbiq nəzərdə tutulmuş cərimə sanksiyası müddəalarına uyğun olaraq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti * saylı Lənkəran-X2 nümayəndəsi Həsənov İbrahim Əliməmməd oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, apellyasiya şikayətində o hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxs olduğunu, (fərdi sahibkar). məhkəmə onun hüquqi statusunu düzgün qiymətləndirmədiyini, fiziki şəxs kimi deyil, birbaşa vəzifəli şəxs kateqoriyasına aid edərək sanksiyanın ən yüksək həddi üzrə qanunsuz olaraq məsuliyyət müəyyən edərək yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti * saylı Lənkəran-X2 aparıcı məsləhətçi-müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus İbadi istirahət mərkəzində tullantı sularının təyinatsız axıldılması müəyyən edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təqdim edilmiş izahat, akt və fotoşəkillər ilə təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti * saylı Lənkəran-X2 əməkdaşları aparıcı məsləhətçi-müfəttiş Təhməz Cəfərov və rəis müavini Mahmud Məmmədov tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** №-li Aktdan görünür ki, ADSEA yanında Suların İstifadəsinə və X5 Xidmətinin * saylı Lənkəran-X2 ## #### 2026-cı il tarixli *** saylı sərəncamına əsasən, ## #### 2026-cı il tarixində Lənkəran rayonu, Haftoni qəsəbəsiində yerləşən “İbadi” istirahət mərkəzində monitorinq aparılmış, araşdırma ilə müəyyən olunmuşdur ki, “İbadi” istirahət ərazisi fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sərhəddin oğluna (VÖEN: **********) məxsusdur. Aparılmış müşahidə və baxış zamanı istirahət ərazisində yerləşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus çayxana obyektinin mətbəxində formalaşan tullantı sularının təyinatsız olaraq torpağa, oradan da çirkab sularının yaxınlıqdakı dərəyə axdığıldığı aşkar edilmişdir. Həmin pozuntu ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahat alınmışdır. İzahata əsasən, o, törətdiyi əməli etiraf etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Aktla tanış olması və bir nüsxəsinin almasını imzası ilə təsdiq etmişdir. ##.##.2026-cı il tarixli izahatdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzini o, işlədir. Obyektə onun iştitrakı ilə əməkdaşlar tərəfindən monitorinq aparılmış, istirahət mərkəzində fəaliyyət göstərən çayxanada formalaşan tullantı suları təyinatsız olaraq kənara, ordan da dərəyə axdığıldığı müşahidə olunmuşdur. Tullantı sularının axıdılması üçün obyektin ərazsində şanbu anbar tikilməmişdir. Qısa müddət ərzində anbarın tikilməsini öhdəliyinə götürür və monitorinqin keçirilməsinə etiraz etmir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin * saylı Lənkəran-X2 tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) məxsus İbadi istirahət mərkəzində tullantı suları bir neçə istiqamətlərdə təyinatsız kənara, həmçinin birbaşa axar su hövzəsinə - çaya axıdılır, həmçinin bölmənin əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin * saylı Lənkəran-X2 tərəfindən təqdim edilmiş içində videogörüntülər olan diskə tərəflərin iştirakları ilə baxış keçirilərək müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) məxsus İbadi istirahət mərkəzində tullantı suları bir neçə istiqamətlərdə təyinatsız kənara, həmçinin birbaşa axar su hövzəsinə - çaya axıdılmışdır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs kimi (VÖEN: **********) vergi ödəyicisidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş səkkiz ədəd fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus sözügedən istirahət mərkəzində tullantı suları bir neçə istiqamətdə borular vasitəsilə torpağa yönəldilmişdir. Eyni zamanda boruların birindən tərkibi tam olaraq aydın olmayan su torpaqda qazılmış, ölçüləri təxminən 2x3 metr olan hövzəyə axıdılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq İXM-in 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinib məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzbati xəta haqqında protokol tərtib edilərkən pozuntuya yol verilməsi ilə bağlı dəlilini də formal mülahizəyə əsaslanmış dəlil kimi qəbul edərək onunla razılaşmağı mümkün hesab etmir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-578/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-578/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver