Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-579/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən - Şirvan Apellyasiya Məhkəməsinin hakimi X3 MÜƏYYƏN ETDIM: Şikayətin apellyasiya mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, şikayət hüququ olmayan hüquqi şəxs tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd edilən normasının tələbinə görə hüquqi şəxs barəsində inzibati tənbeh təyin etmə haqqında məhkəmənin qərarından apellyasiya şikayəti yalnız həmin hüquqi şəxsin, yəni barəsində icraat aparılan hüquqi şəxs tərəfindən verilə bilər. Lakin, iş materiallarında olan apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qərarından barəsində icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 publik hüquqi şəxs deyil, hazırkı inzibati xəta haqqında işə aidiyyəti olmayan X2 Sistemlərinin Istismarı Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda həmin apellyasiya şikayətini imzalayan şəxsin adı, soyadı, ata adı, digər insialları, apellyasiya şikayətini imzalamağa səlahiyyətli olması kimi məlumatlar da həmin apellyasiya şikayətinin giriş, təsviri-əsaslandırıcı və ya nəticə hissəsində ümumiyyətlə qeyd edilməmişdir. Bundan başqa işdən görünür ki, inzibati xəta haqqında icraat barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 publik hüquqi şəxs barəsində aparılsa da və məhz həmin hüquqi şəxs barəsində inzibati tənbeh təyin edilsə də, apellyasiya şikayəti verməsi qeyd edilən X2 Sistemlərinin Istismarı Idarəsinin hazırkı inzibati xəta haqqında icraata hər hansı aidiyyətinin olması müəyyən edilmir, yaxud apellyasiya şikayəti vermiş sonuncu hüquqi şəxsin adına etibarnamə olması və həmin etibarnamdə apellyasiya şikayəti vermək səlahiyyəti aşkar edilməmişdir. Ona görə də hesab edirəm ki, hazırkı apellyasiya şikayəti inzibati xəta haqqında icraata aidiyyəti olmayan, yəni hüququ olmayan hüquqi şəxs tərəfindən verilmiş, həmçinin apellyasiya şikayətinin forma və məzmununa dair tələblərə də əməl edilməmişdir. Belə olan halda hesab edirəm ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 128-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 publik hüquqi şəxsin Azərbaycan Respublikası IXM-in 352.1.10-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X2 Sistemlərinin Istismarı Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-579/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-579/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver