Məhkəmə qərarları › İş №3(3-9)-581/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-581/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-581/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Biləsuvar Rayon Məhkəməsinə şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan * X2 və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev şikayət verərək, şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: * X2 və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən maddi sübut kimi təqdim edilmiş foto və video görünütüləri düzdün tədqiq etməmişdir. Halbu ki, direktor şikayətində və məhkəmə prosessində etiraf etmişdir ki, məktəbdən fotmalaşan tullantıları daşıyaraq zibil poliqonuna aparır. Əgər məktəbin tullantılarını tullantı poliqonuna daşıyırsa bu “Tullantılar Haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Məktəbin həyətində qazılmış xəndəkdə tullantılar mütəmadi yandırıldığı halda üzəri qurumuş otlarla məqsədili şəkildə örtülməsini videoçəklişlərlə qeydiyyata alınmış və məhkəmə tərəfindən hətta qərarında belə bu faktı təsdiqləmişdir. Istər inzibati orqanın apardığı araşdırma zamanı, istər məhkəmə baxışında direktor tərəfindən məktəbin təsərrüfat fəaliyyəti zamanı oradan formalaşan müxtəlif tullantıların idarə olunması üçün rəsmi müqavilə sənədini təqdim edə bilməmişdir. Artıq inzibati xətanın baş verməsi buradan yaranmışdır. Lakin məhkəmə qərəzli mövqe seçərək, işin hallarını tam araşdırmadan, sanki qarşı tərəfin hüquqlqrının müdafiəçisi qismində çıxış etmişdir Az.Respublikasının IXM-nin 271-ci maddəsinin şərhində bu inzibati xətanın obyektini X1 sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu normanın məqsədi insanların sağlamlığına və ətraf mühitə ziyan vura biləcək maddələrin və tullantıların yandırılması, qalaqlanması qaydalarına riayət etməkdən ibarətdir. Inzibati xətanın obyektiv cəhətini tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərini pozan aktiv hərəkətlər təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsində Ətraf Mühitin qorunmasının hər bir şəxsin borcu olduğu göstərilmişdir. Buradan aydın olur ki, hər bir şəxs vəzifəsinədən və tutduğu mövqeyindən aslı olmayaraq X1 tələblərinə əməl etməlidir. “Tullantılar haqqında” Azərbaycan Respublikasınının 30 Iyun 1998-ci il tarixli *** saylı qanunun 12-ci maddəsində göstərilmişdir- zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli Qərarının 3.1-ci bəndinə əsasən zərərsizləşdirimək məqsədilə məişət tullanrıları tutumlara-urnalara atılamlıdır. Bu tullantıların tutumlardan kənar yerlərə atılması və basdırılması qadağandır. 3.5-ci bəndinə əsasən hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. 3.9cu bəndinə əsasən tullantılar ancaq onlar üşün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Araşdırma materiallarına əlavə edilmiş fotoşəkillrədən görünür ki, həm istehsalat, həmdə məişət tullantıları yuxarıda qeyd olunan qanunların ziddinə olaraq mütəmadi halda ətraf mühitə atılaraq yandırılmışdır. Halbu ki, “Tullantılar haqqında” Az.Respublikasının Qanununa əsasən hər bir fiziki və hüquqi şəxs fəaliyyətləri zamanı formalaşan tullantıları qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə etməyə borcludurlar. Qeyd olunan qanunların normalarının və tələblərinin məhkəmə tərəfindən işə baxılarkən aşkar halda nəzərə alınmaması qərarın əsassız və qanunsuz olmasının birbaşa sübutudur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X2 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. ## ### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:50-də Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi məktəbin tullantılarını urnadan kənarda yerləşdirilərək qalaqlanması və yandırılması faktı müəyyən edilmiş, bununla da “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin tələblərinin pozulduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * X2 və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə rəhbərlik etdiyi məktəbin ərazisində tullantıları urnadan kənarda yerləşdirərək xəndəkdə qalaqlamaqla yandırdığı, bununla da “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, həmin əmələ görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, məktəbin ərazisində yerləşən xəndəkdə hər hansı məişət tullantısı, o cümlədən kağız, plastik və digər tullantılar mövcud olmamış, həmin ərazidə yalnız az miqdarda biçilmiş ot-ələf və bitki qalıqları olmuşdur. Videogörüntüdə tullantıların qalaqlanması və ya yandırılması faktı öz təsdiqini tapmamışdır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, məhkəmə iclasında baxış keçirilmiş video görüntü, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatı ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məktəbin ərazisində tullantılar urnadan kənarda qalaq şəklində yerləşdirilərək yandırılmamışdır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır ki, video görüntüdən məktəbin ərazisində yerləşən xəndəkdə kağız, plastik və digər məişət tullantılarının olmadığı, həmin ərazidə yalnız az miqdarda biçilmiş ot-ələf və bitki qalıqlarının mövcud olduğu görünür. Video görüntüdə tullantıların qalaqlanması və ya yandırılması, habelə belə bir əməlin məhz şikayətçi tərəfindən törədilməsi faktı müəyyən edilmir. Inzibati xəta haqqında protokolda göstərilən hallar əsasən ümumi ifadələrlə qeyd edilmiş, hadisənin baş vermə şəraiti və şikayətçinin təqsirini təsdiq edən faktiki məlumatlar kifayət qədər əsaslandırılmamışdır. Şikayətçi həm inzibati icraat zamanı, həm də məhkəmə iclasında məktəbdə yaranan tullantıların kisələrə yığılaraq şəxsi avtomobili ilə rayon mərkəzində tullantılar üçün ayrılmış sahəyə daşındığını, xəndəyə isə yalnız biçilmiş ot-ələfin töküldüyünü bildirmişdir. Onun bu izahatları məhkəmədə tədqiq edilmiş video görüntünün məzmunu ilə ziddiyyət təşkil etmir. Inzibati orqan tərəfindən isə həmin izahatları təkzib edən və şikayətçinin tullantıları qalaqlayaraq yandırdığını şübhədən kənar təsdiqləyən sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verməsi barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə foto-video çəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun fotovideo çəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda foto-şəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarəti həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “X1 haqqında” və “Tullantılar haqqında” qanunda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda ətraf mühitə zərər vuran halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı fotoçəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş və videoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və videoçəkilişlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Məhz, məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, məktəbin ərazisində yerləşən xəndəkdə hər hansı məişət tullantısı, o cümlədən kağız, plastik və digər tullantılar mövcud olmamış, həmin ərazidə yalnız az miqdarda biçilmiş ot-ələf və bitki qalıqları olmuşdur. Videogörüntüdə tullantıların qalaqlanması və ya yandırılması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. IXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X1 tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; 12-ci maddəsinə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla təkzib olunur. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində * X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verməsi qanuni, əsaslı olmuş və düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli inzibati orqan * X2 və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-115)-654/2026 nömrəli qərarı * X2 və Təbii Sərvətlər Idarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar