Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-582/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, MÜƏYYƏN ETDIM: ## ### 2026-cı il tarixdə R-47, Masallı-Yardımlı yolunun 10+800 km hissəsində "X15 Mərkəzi" MMC tərəfindən müvafiq icazə alınmadan avtomobil yolunun mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozaraq yəni müvafiq icazə almadan geoloji işlər aparmasına görə Protokolu tərtib edən orqan PHŞ-nin bölqə rəisi X7 tərəfindən "X15 Mərkəzi"nin barəsində Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materiallarla birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə “X15 Mərkəzi” MMC (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və hüquqi şəxs kimi barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru X6 məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Protokolda qeyd edilmişdir ki, hüquqi şəxsin nümayəndəsi izahat verməkdən imtina etmişdir. Bu isə həqiqətə uyğun deyildir. Bu barədə məlumatımımz olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. “X15 Mərkəzi” MMC-nin mühəndis geoloqu X1 verdiyi ## ### 2026-cı il tarixli izahatından göstərmişdir ki, o X1 ## ### 2026-cı il tarixdə Masallı-Yardımlı yolunun R-47 yolunun 10+800 km-də yolun sol çiynində onlara məxsus “Mercedes” markalı qazma qurğusu dövlət nişanı **- JH-*** nömrəli texnika ilə yolun çiyin hissəsində layihələndirilən istinad divarı ilə əlaqədar mühəndis geoloji quyusu qazmaq planlaşdırmışdır və işə başlayarkən Protokolu tərtib edən orqan əməkdaşları onlara yaxınlaşaraq görülən işləri dayandırmışlar. Həmin bu görülən işlər və həmin işlərin “X15 Mərkəzi" MMC-nin texnikası ilə aparılması onlara rəhbəri X11 tərəfindən tapşırılmışdır. X2 “X15 Mərkəzi” MMC-nin adından izahat vermək səlahiyyəti yoxdur. Çünki bunun üçün o, icraatı aparan orqana etibarnamə təqdim etməli idi. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "X15 Mərkəzi" MMC-yə R-47 Masallı-Yardımlı yolunun 10+800 km-də törədilmiş inzibati xəta ilə bağlı hadisənin araşdırılmasının ## #### 2026-cı il saat 15:00-a ünvan 1 ünvanında yerləşən ** saylı “xxxx” MMC-nin inzibati binasına təyin edilməsi barədə məlumat verilmiş, bildiriş ## #### 2026-cı il tarixdə "X15 Mərkəzi" MMC-yə çatdırılmışdır. Qeyd edilir ki, AAYDA Avtomobil Yollarının Mühafizə Xidməti tərəfindən göndərilən ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, "X15 Mərkəzi" MMC barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. "X15 Mərkəzi" MMC-yə ##.##.2026-cı il tarixli məktub göndərilmiş, nümayəndənin iştirakı təmin edilməmişdir. Yəni "X15 Mərkəzi" MMC barəsində ##.##.2026-cı il tarixində protokol tərtib olunmuş, bundan sonra ##.##.2026-cı il tarixli məktubla nümayəndənin iştirakı tələb olunmuşdur. Bu isə qanuna uyğun deyildir. Çünki hüquqi şəxsin nümayəndəsi protokol tərtib olunmamışdan əvvəl protokolun tərtib olunmasında iştirak üçün dəvət olunmalı idi. Bu isə proktokolun tərtib olunmasında qanun pozuntusu deməkdir. Qeyd olunalara əsasən, Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il qərarının ləğv edilməsi, inzibati xəta ilə bağlı icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları X9 X10 X3 nümayəndəsi nümayəndə2 şikayətin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış hüquqi şəxs "xxxx" MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Işin hallarına əsasən məhkəmə nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir. Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi göstərilmişdir. - Iş materiallarında olan ## #### 2026-cı il tarixdə Protokolu tərtib edən orqan X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ### 2026-cı tarixdə R-47 MasallıYardımlı avtomobil yolunun 10+800 km-də qoruma mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydaları pozularaq yəni müvafiq icazə alınmadan geoloji işlər aparılmışdır. Nəticədə "X15 Mərkəzi" MMC barəsində Azərbaycan Respublikası IXM-in 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - “X15 Mərkəzi” MMC-nin mühəndis geoloqu X1 verdiyi ## ### 2026-cı il tarixli izahatından göstərmişdir ki, o X1 ## ### 2026-cı il tarixdə Masallı-Yardımlı yolunun R-47 yolunun 10+800 km-də yolun sol çiynində onlara məxsus “Mercedes” markalı qazma qurğusu dövlət nişanı **-JH-*** nömrəli texnika ilə yolun çiyin hissəsində layihələndirilən istinad divarı ilə əlaqədar mühəndis geoloji quyusu qazmaq planlaşdırmışdır və işə başlayarkən Protokolu tərtib edən orqan əməkdaşları onlara yaxınlaşaraq görülən işləri dayandırmışlar. Həmin bu görülən işlər və həmin işlərin “X15 Mərkəzi" MMC-nin texnikası ilə aparılması onlara rəhbəri X11 tərəfindən tapşırılmışdır. - ## ### 2025-ci il tarixli **-*/*-***-**/**** saylı bildirişdən görünür ki, "X15 Mərkəzi" MMCyə R-47 Masallı-Yardımlı yolunun 10+800 km-də törədilmiş inzibati xəta ilə bağlı hadisənin araşdırılması ## #### 2026-cı il tarixə saat 15:00- a ünvan 1 ünvanında yerləşən “xxxx” MMCnin inzibati binasına təyin edilməsi barədə məlumat verilmiş, bildiriş ## #### 2026-cı il tarixdə "X15 Mərkəzi" MMC-yə çatdırılmışdır. - ## #### 2026-cı il tarixli Protokolu tərtib edən orqan X3in əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, ## #### 2026-cı il tarixdə R-47 Masallı-Yardımlı avtomobil yolunun 10+800 km-də baş vermiş inzibati xəta hadisəsi barədə ## #### 2026-cı il saat 15:00-da Masallı rayonu, Talışxanov küçəsində yerləşən “** nömrəli xxxx” idarəsinin binasında araşdırma təyin edilmişdir. Baş vermiş hadisənin obyektiv araşdırılması məqsədilə "X15 Mərkəzi" MMC-nin nümayəndəsinin iştirakı üçün rəsmi müraciət edilmişdir. Lakin inzibati xəta üzrə araşdırmada "X15 Mərkəzi" MMC-nin nümayəndəsi iştirak etməmişdir. - Iqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş Idarəsi Hüquqi Şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin ## #### 2026-cı il tarixli çıxarışından görünür ki, “X15 Mərkəzi” MMC-nin hazırkı adı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdir. - *** saylı yük avtomobili üçün yol vərəqəsindən görünür ki, "X15 Mərkəzi" MMC tərəfindən **-JH-*** qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün sürücü Məhərrəm Əliyevə icazə verilmişdir. - Iş materiallarında olan fotoşəkildən və CD diskdən görünür ki, “X15 Mərkəzi” MMC-yə məxsus **-JH-*** qeydiyyat nişanlı avtomobili geoloji işlər aparmışdır. Azərbaycan Respublikası IXM-nin 354.0.2-ci maddəsinə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Işin hallarından göründüyü kimi, “X15 Mərkəzi” MMC-nin ( Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) əməli IXM-nin 354.0.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası IXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə şikayətin dəlilləri yoxlanılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərar qəbul etmiş hakim işi tam və hərtərəfli araşdırmış, IXM-in 135-ci maddəsində qeyd olunan əsaslar müəyyən olunmamışdır, qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Odur ki, şikayət təmin olunmamalı, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. “X15 Mərkəzi” MMC (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-582/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-582/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver