Məhkəmə qərarları › İş №3(3-9)-583/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-583/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-583/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Ellara Abbasova) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, ## #### 2026-cı il tarixdə saat 18:00-da yoxlamaya şərait yaratmamaqla suallara yazılı və ya şifahi cavab verilmişdir. Buna görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə razı deyil, qərar əsassız və ədalətsiz hesab edir. Belə ki, Masallı Rayon Məhkəməsi qərarında göstərmişdir ki, "## #### 2026-cı il tarixdə * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları * saylı Vergi Baş İdarəsinin ##.##.2016-cı il tarixli, ************** nömrəli qərar əsasında vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) sahibkarlığının həyata keçirdiyi Masallı rayonu, H.Əliyev ünvanında yerləşən “Qızılgül” restoran adlı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-64004) obyektində ##.##.2026-cı il tarixdə olmuşlar. “X6” tədbirlərinə başlayarkən vergi ödəycisinin obyektdə olmadığı müəyyən olunmuş, vergi ödəyicisi ilə telefon vasitəsilə əlaqə saxlaya bilməmişlər. Vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu yoxlama yerinə gələrək oğlunun Bakı şəhərində olması və yoxlaта yerinə gələ bilməyəcəyini bildirmişdir. Vergi ödəyicisinin rəsmi işçisi X1 vergi orqanının qərarı, digər rəsmi sənədlər və xidmət vəsiqələri ilə tanış olmuş “X6”i zamanı obyektdə 6 nəfər işçi müəyyən olunmuş, həmin işçilərdən bir nəfər X1 rəsmi əmək müqviləsi əsasında işləməsi müəyyən edilmiş, X18 (FİN: 14ZWXQT), Ələkbərova Hicran İman qızı (FİN: 1ELP6Q6) və X13 (FİN: 7T27LE9) kamera qarşısında həmin obyektdə işlədiklərini bildirsələrdə onlardan yalnız, X18 müvafiq izahat təqdim etmişdir. Vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu digər iki şəxsin izahat verməsi üçün gəlməsinə maneçilik törətmişdir. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan 2 nəfər X2 və X4 həmin obyektdə ofisiant işlədiklərini bildirsələr də onlar izahat almaq üçün dəvət edildikdə onların vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu tərəfindən obyektən göndərildiyi müəyyən edilmişdir. Bu səbəbdən onların kimliyini müəyyən etmək və müvafiq izahat almaq mümkün olmamışdır. Həmin işçilər barəsində rəsmi işçi X1 şifahi soruşduqda vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu icazə vermədiyi üçün bu suala cavab verə bilməyəcəyini bildirmişdir. ##.##.2026-cı il tarixli * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixli *-**-*-**-/*-*****/**** saylı baş idarəyə dəvət olunması və sənədlərin təqdim edilməsi barədə məktubla ##.##.2026-cı il tarixdə saat 10:00 radələrində * saylı Ərazi Vergi Baş İdarəsinin inzibati binasına dəvət edilmişlər. Dəvətlə əlaqədar səlahiyyətli nümayəndə Kərimov Hafiz Kərim oğlu qeyd edilmiş vaxtda baş idarəyə gəlmiş, inzibati binanın vətəndaşların qəbul otağında Hafiz Kərimov qəbul edilmişdir. Qəbul zamanı səlahiyyətli nümayəndə Kərimov Hafiz Kərim oğlu vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində (obyektlərində) 23 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan muzdlu işlərə cəlb edilmiş, şəxslərin vergi ödəyicisi tərəfindən dəvət olunması və onlara sənədlərin təqdim olunması barədə müvafiq izahat təqdim olunmasını bildirmiş, səlahiyyətli nümayəndə Kərimov Hafiz Kərim oğlu qeyd olunan şəxslərin vergi ödəyicisinə aid olmamasını bildirsə də tərəflərindən müəyyən edilmiş şəxslərdən bir qismi şadlıq sarayında işlədiklərini bununla bağlı müvafiq izahat təqdim etdiklərini, İskəndərov Əli cahangir oğlunun yoxlamaya müdaxilə edərək yazılmış izahatların geri qaytarılmasını əks təqdirdə toyu dağıdacaqlarını Hafiz Kərimova bildirmişlər. Hafiz Kərimov yoxlamaya dair izahatın yaza bilməməsini əsas gətirərək yazılı izahat verməmiş onun cavabları əsasında tərəflərində kompüter vasitəsilə izahatın yazılmasına izahatı oxuya bilməməsi səbəbindən qəbul etməmiş və yenidən hüquqşunasla gəlib onun iştirakı ilə müvafiq izahatlar təqdim ediləcəyini bildirmişdir. Şifahi danışıq əsasında verilən suallara qeyrisəmimi cavab verməklə hər hansı təsdiqedici sənədlər təqdim etməmişdir. ##.##.2026-cı il tarixli * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən * saylı Vergilər Baş İdarəsinin ##.##.2026-ci il tarixli, ********-****** nömrəli qərar əsasında ##.##.2026-cı il tarixdə vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) sahibkarlıq fəaliyyət həyata keçirdiyi “Qızılgül” restoran adlı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-64004) obyektində “X6” tədbirinin yekunlaşdırılması və müvafiq aktın tərtib edilməsi məqsədilə olmuşlar vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu obyektə gələrək ##.##.2026-cı il tarixdə saat 15:15 radələrində keçirilmiş X6 tədbiri zamanı müəyyən edilmiş 5 nəfərin obyektə muzdlu işlərə cəlb edilməsi ilə bağlı və həmçinin şəxsiyəti müəyyən edilməyən 2 nəfərin şəxsiyyəti barədə məlumatı təqdim etməmiş, eyni zamanda hər hansı izahat təqdim etməmiş yaranan suallara yazılı və şifahi əsaslandırıcı cavab təqdim etməmiş və bu 5 nəfərin əmək müqavioləsi və ya sabit qəbzin olması barədə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Əlavə olaraq bildirir ki, ##.##.2016-cı il tarixli, *-**- *-**-/*-*****/**** nömrəli məktubla vergi ödəyicisi baş idarəyə dəvət edilmiş və sənədlərin təqdim olunması bildirilmişdir.##.##.2026-cı il tarixdə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu baş idarəyə yoxlama ilə bağlı aşkar edilmiş əmək müqaviləsi olmayan 5 nəfər və həmçinin onlardan şəxsiyyəti müəyyən olunmayan 2 nəfər barəsində izahat istənildikdə yazıb oxuya bilmədiyini əsas gətirərək qəsdən müvafiq izahat verməmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Yenidən ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla ##.##.2026-cı il tarixdə saat 11:00-da baş idarəyə dəvət edilmiş və dəvətə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu gəlmiş məktubda göstərilən şəxslərlə (yoxlamada müəyyən edilən) bağl müvafiq sənədlər təqdim etməmiş və onlarla bağlı müvafiq izahatlar təqdim etməmişdir. Beləliklə vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından çıxış edən etibarnamə üzrə nümayəndəsi Kərimov Hafiz Kərim oğlu keçirilmiş yoxlama ilə bağlı yaranmış suallara dəfələrlə dəvət edilməsinıə baxmayaraq həmçinin obyektdə müvafiq yazılı hər-hansı izahat verməkdən yayınmış yoxlamya dair əsaslandırıcı həqiqəti əks etdirən yazılı və şifahi izahatlar verməkdən imtina etmişdir. Bununlada yoxlamanın gedişinə mane olmaqla şərait yaratmamışdır. X16 Nizammədinoviç (FİN: 80CASQU), X9 (FİN: 3FBP9TH) iştirakı ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildi və tərtib edilmiş protokolun vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu oğlunun imza etməkdən və 1 nüsxəsini götürməkdən imtina etmişdir. Bildirirəm ki, Masallı Rayon Məhkəməsi barəmdəki inzibati xəta haqqında qərarı tərtib edərkən, əsas kimi, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən birtəfəli qaydada toplanmış sənədlərə istinad etmişdir. Halbuki, məhkəmə mövcud inzibati iş üzrə bütün bilavasitə və bilvasitə xüsusatları araşdırılmalı olduğu halda bunu etməyəmişdir. Masallı Rayon Məhkəməsi ədalətli məhkəmə araşdırması aparmamış, tərəflərin məhkəmədə iştirakını təmin etməmiş, qeyri obyektiv mövqe nümayiş etdirərək, yekun nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayaraq qərar qəbul etmişdir. Belə ki, sözügedən şadlıq sarayında işləyənlərin sayının * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən müxtəlif rəqəmlərələ ifadə edilməsi həqiqəti əks etdirmədiyi ki, şadlıq sarayında məclislərin keçirilməsi ilə bağlı tərəfimizdən yalnız şadlıq sarayının günlük istifadə üçün icarəyə verilməsi bir həqiqətdir ki, bu zaman təşkilatı məsələrlə bağlı bütün məsuliyyət icarədarın üzərindədir (##.##.2016-cı il tarixli icarə müqaviləsinin surəti apellyasiya şikayətinə əlavə edilir). Yəni tərtib edilmiş sənədlərdə sayı və adları göstərilən şəxslər toy məclisini keçirən şəxslər tərəfindən, həmin məclisin təminatı, xidməti və aparılması üçün dəvət edilmiş şəxslərdir (aşpaz, qarson və sairə). Bundan əlavə nümayəndəsi Kərimov Hafiz Kərim oğlu oğlunun yoxlamanın aparılmasına, vətəndaşların dindirilməsinə maneçilik yaratdığı göstərilsədə, bu halın vergi əməkdaşlarının özlərinin tərtib etdikləri sənədlər əsasında təsdiqləndiyi görünür, halbuki, belə halların sübuta yetirlməsi üçün tərəfin iradə ifadəsi aydınlaşdırılmalı, həmçinin aidiovizual yazı və ya video görüntülər təqdim olunmalıdır. Həmçinin bütün sənədləşmələrdə nümayəndəm Kərimov Hafiz Kərim oğlu təqsirləndirilsədə, son nəticədə inzibati xəta törədən şəxs kimi inzibati tənbehə məruz qalan şəxs o olmuşdur. Göründüyü kimi Masallı Rayon Məhkəməsihəm şəxsə münasibətdə, həm də mövcud işə münasibətdə ədalətsiz və qeyri-obyektiv olmuşdur. Bu səbəbdən də Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının və ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Kərim Kərimovun ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları * saylı Ərazi Vergi Baş İdarəsinin ##.##.2026-cı il tarixli 26006010140574 nörməli qərar əsasında vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Masallı rayonu, H.Əliyev ünvanında yerləşən “Qızılgül” restoran adlı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-64004) obyektində ##.##.2026-cı il tarixdə olmuşlar.“X6” tədbirlərinə başlayarkən vergi ödəyicisinin obyektdə olmadığı müəyyən olunmuş, vergi ödəyicisi ilə telefon vasitəsilə əlaqə saxlaya bilməmişlər. Vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu yoxlama yerinə gələrək oğlunun Bakı şəhərində olması və yoxlama yerinə gələ bilməyəcəyini bildirmişdir. Vergi ödəyicisinin rəsmi işçisi X1 vergi orqanın qərarı digər rəsmi sənədlər və xidmət vəsiqələri ilə tanış olmuş “X6” zamanı obyektdə 6 nəfər işçi müəyyən olunmuş həmin işçilərdən bir nəfər X1 rəsmi əmək müqaviləsi əsasında işləməsi müəyyən edilmiş, şəxsiyyəti müəyyən edilmiş, X18 (FİN: 14ZWXQT), Ələkbərova Hicran İman qızı (FİN: 1ELP6Q6) və X13 (FİN: 7T27LE9) kamera qarşısında həmin obyektdə işlədiklərini bildirsələrdə onlardan yalnız X18 müvafiq izahat təqdim etmişdir. Vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu digər iki şəxsin izahat verməsi üçün gəlməsinə maneçilik törətmişdir. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan 2 nəfər X3 və X5 həmin obyektdə ofisiant işlədiklərini bildirsələr də onlar izahat almaq üçün dəvət edildikdə onların vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu tərəfindən obyektdən göndərildiyi müəyyən edilmişdir. Bu səbəbdən onların kimliyini müəyyən etmək və müvafiq izahat almaq mümkün olmamışdır. Həmin işçilər barəsində rəsmi işçi X1 şifahi soruşduqda vergi ödəyicisinin atası Kərimov Hafiz Kərim oğlu icazə vermədiyi üçün bu suala cavab verə bilmədiyini bildirmişdir. ##.##.2026-cı il tarixli * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən ##.##.2026- cı il tarixli *-**-*-**/*-*****/**** saylı baş idarəyə dəvət olunması və sənədlərin təqdim edilməsi barədə məktubla ##.##.2026-cı il tarixdə saat 10:00 radələrində * saylı Ərazi Vergi Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Dəvətlə əlaqədar səalahiyyətli nümayəndə Kərimov Hafiz Kərim oğlu qeyd edilmiş vaxtda baş idarəyə gəlmiş, inzibati binanın vətəndaşların qəbul otağında Hafiz Kərimov qəbul edilmişdir. Qəbul zamanı səalahiyyətli nümayəndə Hafiz Kərimov vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində (obyektlərində) 23 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan muzlu işlərə cəlb edilmiş, şəxslərin vergi ödəyicisi tərəfindən dəvət olunması və onlara dair sənədlərin təqdim olunması barədə müvafiq izahatı təqdim olunmasını bildirmiş, səlahiyyətli nümayəndə Hafiz Kərimov qeyd olunan şəxslərin vergi ödəyicisinə aid olmaması bildirilsədə tərəflərindən müəyyən edilmiş şəxslərdən bir qismi şadlıq sarayında işlədiklərini bununla bağlı müvafiq izahat təqdim etdiklərini İskəndərov Əli Cahangir oğlunun yoxlamaya müdaxilə edərək yazılmış izahatların geri qaytarmasını əks təqdirdə toyu dağıdacaqlarını Hafiz Kərimova bildirmişlər. Hafiz Kərimov yoxlamaya dair izahatın yaza bilməməsini əsas gətirərək yazılı izahat verməmiş onun cavabları əsasında tərəflərində komputer vasitəsilə izahatının yazılmasına izahatı oxuya bilməməsi səbəbindən qəbul etməmiş və yenidən hüquqşünasla gəlib onun iştirakı ilə müvafiq izahatlar təqdim edəcəyini bildirmişdir. Şifahi danışıq əsasında verilən suallara qeyrisəmimi cavab verməklə hər hansı təsdiqedici sənədlər təqdim etməmişdir. ##.##.2026-cı il tarixli * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda görünür ki, * saylı Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən * saylı Ərazi Vergi Baş İdarəsinin ##.##.2026-cı il tarixli, ********-****** nömrəli qərar əsasında ##.##.2026-cı il tarixdə vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) sahibkarlıq fəaliyyət həyata keçirdiyi “Qızılgül” restoran adlı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-64004) obyektində “X6” tədbirinin yekunlaşdırılması və müvafiq aktın tərtib edilməsi məqəsdilə olmuşlar vergi ödəyicisinin səalahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu obyektə gələrək ##.##.2026-cı il tarixdə saat 15:15 tarixdə keçirilmiş X6 tədbiri zamanı müəyyən edilmiş 5 nəfərin obyektə muzdlu işlərə cəlb edilməsi ilə bağlı və həmçinin onlardan şəxsiyyət müəyyən edilməyən 2 nəfərin şəxsiyyəti barədə məlumatı təqdim etməmiş, eyni zamanda hər hansı izahat təqdim etməmiş yaranan suallara yazılı və şifahi əsaslandırıcı cavab təqdim etməmiş və bu 5 nəfərin əmək müqaviləsi və ya sabit qəbzin olması barədə hər hansı təsdiqedici sənədlər təqdim etməmişdir. Əlavə olaraq bildirir ki, ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla vergi ödəyicisi baş idarəyə dəvət edilmiş və sənədlərin təqdim olunması bildirilmişdir. ##.##.2026-cı il tarixdə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu baş idarəyə gəlmiş yoxlama ilə bağlı aşkar edilmiş əmək müqaviləsi olmayan 5 nəfər və həmçinin onlardan şəxsiyyəti müəyyən olunmayan iki nəfər barədə izahat istənildikdə yazıb-oxuya bilmədiyini əsas gətirərək qəsdən müvafiq izahat verməmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Yenidən ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla ##.##.2026-cı il tarixdə saat 11:00-da baş idarəyə dəvət edilmiş və dəvətə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlu gəlmiş məktubda göstərilən şəxslərlə (yoxlamada müəyyən edilən) bağlı müvafiq sənədlər təqdim etməmiş və onlarla bağlı müvafiq izahatlar təqdim etməmişdir. Beləlilklə vergi ödəyicisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından çıxış edən etibarnamə üzrə nümayəndəsi Kərimov Hafiz Kərim oğlu keçirilmiş yoxlama ilə bağlı yaranmış suallara dəfələrlə dəvət edilməsinə baxmayaraq həmçinin obyektdə müvafiq yazılı hər hansı izahat verməkdən yayınmış yoxlamaya dair əsaslandırıcı həqiqəti əks etdirən yazılı və şifahi izahatlar verməkdən imtina etmişdir. Bununlada yoxlamanın gedişina maneə olmaqla şərait yaratmamışdır.X16 (FİN: 80CASQU), X9 (FİN: 3FBP9TH) iştirakı ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildi və tərtib edilmiş protokolun vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Kərimov Hafiz Kərim oğlunun imza etməkdən və 1 nüsxəsini götürməkdən imtina etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saylı VÖEN-i ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Kərim Kərimovun ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manatdan min beş yüz manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Kərim Kərimovu qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin ən aşağı həddini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar