Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-588/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məhsuliyyətli Cəmiyyətinin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ayrıayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Salyan Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı (hakim Rüstəm Alıyev) ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilmiş, “xxxx" MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetrilmədiyindən Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI Salyan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zeynalov Əliheydər İsmayıl oğlu inzibati xəta haqqında protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunaraq barələrində cərimə növündə inzibati tənbeh qərarın qəbul edilməsini xahiş etmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək, apelyasiya şikayəti təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 228ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, idarənin əməkdaşları tərəfindən keçirilən nəzarət tadbirləri zamanı müəyyən olunmuşdur ki, Salyan rayопu, Babazanan adlanan ərazidən dövlət nömrə nişanı **-AD-*** olan “SUMITOMO SH490LHD-6” yukləyici ekskavator vasitəsi ilə qazıntı işləri aparılaraq, dövlət nömrə nişanı **-UR-*** olan “İVECO” markalı yük avtomoblinə material yuklənərək daşınır. Aşkar olunan faktla baglı onlar tərəfindən blldirilmişdir ki, çıxarllan gil material yeni yol tikintisi üçün daşınır va işlərə Aqil adlı şəxs rəhbərlik edir. Telefonla əlaqə saxlanılaraq Aqil adlı şəxs əraziyə dəvət edilmiş və həmin şəxs qazlntl işlərini barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC şirkəti tərəfindən aparıldığını bildirmişdir. Aparılan araşdlrma zamanı muəyyən edilmişdir ki, qeyd olunan ərazidən toplanan materiallar "Qarabağ" layihəsi çərcivəsində sualtı boru kəməri dəstəsinin hazırlanması üçün istehsalat kompleksi ərazisinə gediş-gəliş məqsədilə Baş Şirvan Kollektorun sol sahili ilə xidməti yolun yenidən qurulmasına istifadə üçün daşınmışdır. Hamin yerdə 34 ayrı-ayri olmaqla hər biri 12 m³ həcmində cəmi 408 m³ həcmində gilin qalaqlanması aşkar edilmiş və bu faktlar foto və videogörüntüyə alınmışdır. Aparılan araşdırma zamanı qeyd olunan layihəni “xxxx” QSC tərəfindən hazırlandığı, və işlərin görülməsi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə sifariş məktubunun ünvanlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olmuş rəsmi məlumata əsasən, ərazidə qazıntı aparan **-AD-*** dövlət qeydiyyat nişanlı “Sumitomo” markalı ekskavator birbaşa barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin adına qeydiyyata alındığı göstərilmişdir. "xxxx” MMC tərəfinden təqdim edilmiş qondarma icarə müqaviləsi həmin işlərin onlara aid olmadığını və bununla məsuliyyətdən yayınmağa xidmət etsədə, “xxxx” QSC tərəfindən təqdim edilmiş məktub və ərazidə çəkilmiş videogörüntülər bunu birbaşa təkzib edir. Lakin məhkəmə tərəfindən işə birtərəfli yanaşmış, sanki qarşı tərəfin müdafiəçisi kimi çıxış edərək, təqdim edilmiş sübutları qəbul etməmiş və bununla obyektivlik və ədalətlik prinsipləri pozulmuşdur. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, idarəmiz tərəfindən həyata keçirilən tədbir əvvəlcədən planlaşdırılan sahibkarlıq yoxlaması deyil, yerindəcə aşkar edilmiş qanunsuz yer təkindən istifadə edilməsi ilə bağlı başlanmış təxirəsalınmaz nəzarət (araşdırma) tədbiridir və bundan əlavə həmin qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Göründüyü kimi İdarə tərəfindən bütün prosessual qaydalara riayət olunsada, Salyan rayon Məhkəməsi tərəfindən işə bir tərəfli yanaşmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, yalnız şikayətçinin ifadələrini qəbul etmiş və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlar Salyan rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutdur. Apelyasiya şikayəti təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 AR İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ****** saylı, ##.##.2026-cı il tarixli Aktdan görünür ki, 03-##.##.2026-cı il tarixlərində “Yerin Təki haqqında” Qanunun icra vəziyyəti ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu, Babazənən adlanan yerdən dövlət nömrə nişanı **-AD-*** olan yükləyici traktor vasitəsi ilə qazıntı aparılaraq, dövlət nömrə nişanı **-UR-*** olan İveco markalı yük avtomobilinə gil material yüklənərək daşınır. Aşkar olunan faktla bağlı onlara bildirilmişdir ki, çıxarılan gil material yeni yol tikintisi üçün daşınır və işlərə Aqil adlı şəxs rəhbərlik edir. Telefonla əlaqə saxlayaraq Aqil adlı şəxs əraziyə dəvət edilmişdir. Özünü Kəlbəcər rayonunda qeydiyyatda olan şəxs kimi təqdim edən X1 onlara məlumat vermişdir ki, qazıntı işlərini barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC şirkəti aparır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ərazidən toplanan gil materiallar Baş Şirvan Kollektorunun mühafizə zolağının bermasında yeni çəkilən yol tikintisi üçün daşınır. Həmin yerdə 34 ayrı-ayrı olmaqla hər biri 12 kub metr həcmində cəmi 408 kub metr həcmində gilin qalaqlandığı faktı aşakr edilmişdir. Həmin materiallarla hazırda aşkar olunan gil materialın tərkibi eynilik təşkil edir. Qeyd olunan araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, “Babazən dağı” adlanan ərazidən lazımi icazə alınmadan gil materialları çıxarılmaqla “Yerin Təki haqqında” Qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ****** saylı, ##.##.2026-cı il tarixli Akta əlavə edilmiş Salyan rayonu “Babazən” adlanan ərazidə yer təkindən qanunsuz istifadə ediməsi nəticəsindətəbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, gil adlı faydalı qazıntının 1 kub metrinə görə 30 manat müəyyən edilməklə vurulan ziyanın həcmi 408 kub metr müəyyən edilməklə, ümumilikdə 8568 manat məbləğində ziyan məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsinə ünvanlanan *-**-*/*-****/**** saylı, ##.##.2026-cı il tarixli “Texnikanın mülkiyyətçisi haqqında” cavab məktubundan görünür ki, AZ10AD-070 dövlət qeydiyyat nişanlı, SUMITOMO SH490LHD-6 markalı ekskavator Agentliyin daşınar əmlakın rəsmi reyestrinin elektron informasiya sistemində hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin (VÖEN: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2) adına dövlət qeydiyyatına alınmışdır. AZ110FX-988 dövlət qeydiyyat nişanlı ekskavator tərəfimizdən dövlət qeydiyyatına alınmadığından, həmin texnikanın mülkiyyətçisi və ya icarəçisi barədə məlumatın əldə edilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən başlanılmış inzibati araşdırma zərurəti ilə əlaqədar "İVECO" markalı **-UR-*** və "UAZ" markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi və ya etibarnamə əsasında idarə edən şəxs barədə məlumatların İdarəyə təqdim edilməsi üçün köməklik göstərilməsini Sizdən xahiş edirik. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə X1 arasında bağlanmış ****/**** saylı, ##.##.2026-cı il tarixli “İcarə” Müqaviləsindən görünür ki, ** AD *** qeydiyyat nişanlı, buraxılış ili 2019-cu il olan “Sumitomo” markalı ekskavator icarə müqaviləsi əsasında X1 icarə qaydasında istifadəsinə verilməsi barədə razılığıa gəlmişlər. İcarə haqqı kimi 12000 manat müəyyən edilmişdir. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xətalar qanunvericiliyinin müvafiq maddələrinə istinad edərək inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetrilmədiyindən xitam verilməsinə dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ## ###### 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır”. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi qanunvericliyin yuxarıda qeyd olunan normalarını tələbini nəzərə alaraq, səlahiyyətli orqanın apellyasiya şikayətinin ““Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 32, 35, 44 və 52-ci maddələrində yerin təkindən istifadənin ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənməsi və buna görə də ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilməsi” ilə bağlı dəlili ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş “icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə” İXM-in “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” üzrə fəslinə yox, “Mülkiyyət əleyhinə olan inzibati xətalar” (fəsil 24) üzrə fəslinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair ## ###### 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edibetməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2026-cı il tarixli Qərarında formalaşan hüquqi mpvqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Azərbaycan Respublikası “Yerin təki haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi; faydalı qazıntılar — yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri; 8-ci maddəsinə əsasən, yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. 35-ci maddəsinə əsasən, Sahibkarlara münasibətdə yerin təkindən istifadəyə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə hazırkı inzibati xətaya dair iş üzrə gəldiyi qənaəti belə əsaslandırır ki, hazırkı iş üzrə ilk növbədə inzibati məsuliyyətə cəlb etmənin əsasını təşkil edən yoxlamanın qanunla müəyyən edilmiş qaydada keçirilib-keçirilmədiyi müəyyən edilməlidir. Çünki yoxlamanın nəticələrinin hüquqi qüvvəsi həmin yoxlamanın özünün qanuniliyindən asılıdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində sahibkarlara münasibətdə yerin təkindən istifadəyə dövlət nəzarətinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməsi birbaşa təsbit edilmişdir. Beləliklə, yerin təkindən istifadə ilə bağlı sahibkarlıq fəaliyyətinin yoxlanılması xüsusi nəzarət səlahiyyətinin mövcudluğu ilə yanaşı, sahibkarlıq sahəsində yoxlamaların keçirilməsi üçün qanunla müəyyən edilmiş ümumi prosessual təminatlara da əməl edilməsini tələb edir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 4.2.3-cü maddədə yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı yoxlamanın əsas prinsiplərindən biri kimi müəyyən edilmiş, 13-cü maddə ilə isə yoxlamalar barədə məlumatların vahid məlumat reyestrində qeydiyyatını təmin edən mexanizm müəyyən edilmişdir. Bu tələblərin pozulmasının hüquqi nəticəsi isə 3.2-ci maddədə açıq və imperativ şəkildə müəyyən edilmişdir: o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və həmin yoxlama zamanı aşkar edilmiş qanun pozuntularına görə məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı iş üzrə inzibati orqanın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun vəzifəli şəxsinin sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama apardığı, lakin həmin yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən məlumatın iş materiallarında olmadığı müəyyən edilir. Bu halda yoxlama qanunun tələb etdiyi prosedurdan kənar həyata keçirildiyindən, onun nəticələrinə hüquqi əhəmiyyət verilə bilməz. Başqa sözlə, inzibati orqanın həmin yoxlama nəticəsində müəyyən etdiyini bildirdiyi hallar sonradan inzibati xəta haqqında protokolun və digər sənədlərin tərtib edilməsinə əsas verən hüquqi fakt kimi qəbul edilə bilməz. Məhkəmə üçün bu hal prinsipial əhəmiyyət daşıyır. Belə ki, qanunverici yoxlamanın reyestrdə qeydiyyata alınmasını sadəcə məlumatlandırma xarakterli formal tələb kimi deyil, yoxlamanın qanuniliyinin və onun nəticələrinin hüquqi qüvvəsinin şərti kimi müəyyən etmişdir. Bunun əks yanaşması 3.2-ci maddədə nəzərdə tutulmuş “hüquqi nəticəsi yoxdur” müddəasının faktiki olaraq əhəmiyyətsizləşdirilməsi ilə nəticələnərdi. Bu səbəbdən, reyestr qeydiyyatı olmadan keçirilmiş yoxlamanın nəticələri əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 yerin təkindən istifadə və ya sahibkarlıq fəaliyyəti sahəsində hər hansı məcburi tələbi pozduqları barədə nəticəyə gəlinməsi mümkün deyildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, yoxlamanın nəticələri hüquqi baxımdan nəzərə alına bilən hesab edilsə belə, inzibati orqan tərəfindən müəyyən edilmiş faktiki hallar şəxslərin təqsirini təsdiq edən kifayət qədər və mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə ki, hüquqi şəxslə X1 arasında mövcud olduğu bildirilən icarə münasibətlərinə hüquqi qiymət verilməmiş, yalnız texnikanın mülkiyyətçisinin müəyyən edilməsi ilə kifayətlənilmişdir. Halbuki texnikanın mülkiyyətçisi olmaq həmin texnikadan istifadə etməklə konkret hüquqpozmanı törətmiş şəxsin avtomatik müəyyən edilməsi anlamına gəlmir. Eyni zamanda, təbiətə vurulduğu iddia edilən ziyanın məbləğinin məhz barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən vurulduğunu təsdiq edən konkret sübutlar da müəyyən edilməmişdir. Gil materialının Baş Şirvan Kollektorunun mühafizə zonasının bermasında çəkilmiş yola tökülmüş materialla eyni tərkibə malik olması barədə nəticənin hansı laboratoriya tədqiqatına əsaslandığı iş materiallarından görünmür. Yüklərin daşındığı nəqliyyat vasitələrinin faktiki mülkiyyətçisi və ya istifadəçisi də müəyyən edilməmiş, bu istiqamətdə yalnız aidiyyəti orqana sorğu göndərilməsi ilə kifayətlənilmişdir. Yuxarıda qeyd olunanlardan başqa, apellyasiya baxışında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş video görüntülərə də baxış keçirilmiş, həmin görüntüdə olan şəxs özünü Amil kimi təqdim etmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də həmin ekskavatorun ona icarəyə verdiyini əvvəlcədən bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, hüquqi şəxs “xxxx" MMC tərəfindən törədilmiş İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-588/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-588/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver