Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-596/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Qərarı verən orqan müstəntiqi X3, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə və Saatlı rayon prokuroru, R Elnur Rüstəmov tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi) ilə ## ####### 1989-cu il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, həbs etmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən, saat 16:00 dəqiqədən hesablanması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə səhər saatlarında atası Məhərrəmov Rauf Aslan oğlu ilə birlikdə Sabirabad rayonu Qasımbəyli kəndində şəxsiyyəti araşdırmaya məlum olmayan şəxsin evindən kanalizasiya suyunu özünə məxsus olan **-BO-*** dövlət qeydiyyat nişanlı “Qaz 53” ATS xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə çəkmiş, daha sonra hər ikisi birlikdə ##.##.2026-cı il tarixdə saat 10:30 radələrində həmin kanalizasiya suyunu su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş rəsmi icazə olmadan Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində yerləşən xalq arasında “X1” adlanan təbii su hövzəsinə axıtmış, bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM nin 262.1.3-cü maddəsində göstərilən su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulması inzibati xətasını törətmiş, bu zaman onları görən Saatlı rayon Yeni Novruzlu kənd sakini Zərərçəkmiş şəxs onlara irad bildirib onların videogörüntülərini qeydə alarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan əsəbiləşərək Zərərçəkmiş şəxs qoluna yumruqla vurmuş, daha sonra onu yerdə süpürləyərək, qolunu boğazına keçirib boğaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ gicgah-alın nahiyəsində, sol dirsək oynağının ön səthində qançırlar, sağ dirsək oynağının bayır səthində, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol saidin yuxarı 1/3-də bayır səthdə sıyrıq xəsarətləri yetirərək sonuncunu qəsdən döyməklə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində göstərilən döymə inzibati xətasını törətmişdir. Qərarı verən orqan ## ######## 2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3 və 157-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Saatlı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək on beş gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. ##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qərardan, həmçinin Saatlı rayon prokuroru, R Elnur Rüstəmov apellyasiya protesti verərək, qərarın ləğv edilməsini, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə təqsirli bilinməsini və barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə səhər saatlarında atası Məhərrəmov Rauf Aslan oğlu ilə birlikdə Sabirabad rayonu Qasımbəyli kəndində şəxsiyyəti araşdırmaya məlum olmayan şəxsin evindən kanalizasiya suyunu özünə məxsus olan **-BO-*** dövlət qeydiyyat nişanlı "Qaz 53" ATS xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə çəkmiş, daha sonra hər ikisi birlikdə ##.##.2026-cı il tarixdə saat 10:30 radələrində həmin kanalizasiya suyunu su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozaraq müvafiq icra hakimiyyət orqanı tərəfindən verilmiş rəsmi icazə olmadan Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində yerləşən xalq arasında "X1" adlanan təbii su hövzəsinə axıtmış, bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 262.1.3-cü maddəsində göstərilən su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulması inzibatı xətasını törətmiş, bu zaman onları görən Saatlı rayon Yeni Novruzlu kənd sakini Zərərçəkmiş şəxs onlara irad bildirib onların videogörüntülərini qeydə alarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan əsəbiləşərək Zərərçəkmiş şəxs qoluna yumruqla vurmuş, daha sora onu yerdə süpürləyərək, qolunu boğazına keçirib boğaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ gicgah-alın nahiyəsində, sol dirsək oynağının ön səthində qançırlar, sağ dirsək oynağının bayır səthində, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol saidin yuxarı 1/3-də bayır səthdə sıyrıq xəsarətləri yetirərək sonuncunu qəsdən döyməklə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində göstərilən döymə inzibati xətasını törətmişdir. ##.##.2026-cı tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.1.3 və 157-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 10:30 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən yaşadığı evdən etibarnamə ilə idarə etdiyi ağ rəngli "Vaz 2107" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər şəxsin kanalizasiya sularını Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində yerləşən "X1" adlanan təbii su hövzəsinə axıtdığını görmüş, həmin kanalizasiya avtomobili "Qaz-53 markalı" **-BO-*** nömrəli avtomobil olmuş, həmin iki şəxsin sonradan Sabirabad rayon sakinləri olan Rauf Məhərrəmov və oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğunu öyrənmiş, avtomobilini yolun kənarına çəkib maşının şüşəsini endirməklə həmin kanalizasiya sularını təbii su hövzəsinə boşaldan Rauf və oğlu Aslana nəyə görə kanalizasiya sularını gölə axıtdıqlarını soruşmuş, o həmin vaxt avtomobildən düşməmiş, nəqliyyat vasitəsinin pəncərəsindən nisbətən yaşlı olan kişi ilə, yəni Aslanın atası Raufla söhbət etmiş, bir daha belə hal yaşanarsa şəkillərini çəkib aidiyyəti qurumlara məsuliyyətə cəlb edilmək üçün təqdim edəcəyini bildirmiş, bu vaxt arxada kanalizasiya suyu boşaldan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı nalayiq hərəkət etmiş, söyüş söyərək "hünərin çatır gəl şəklimizi çək" demiş və kanalizasiya suyunu boşaltmağa davam etmiş, o da bundan sonra aidiyyəti qurumlara məlumat vermək və sübut kimi təqdim etmək üçün avtomobilindən düşüb mobil telefonu ilə Aslan və Rauf Məhərrəmovu çəkməyə başlamış, bu vaxt Aslan onun üstünə hücum edib nalayiq sözlərlə onu təhqir edərək qoluna yumruqla vurmuş, əlindəki telefon avtomobilinin kapotunun üstünə düşmüş, daha sonra isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, o, atası Rauf Məhərrəmov ilə birlikdə rəsmi sənədlərlə özünə məxsus olan **-BO-*** dövlət qeydiyyat nişanlı "Qaz- 53" markalı kanalizasiya yük maşını ilə sifariş əsasında mülki şəxslərin evlərində olan çirkab kanalizasiya sularını çəkib müxtəlif yerlərə boşaltmaqla məşğul olmuş, atasının və özünün Vöen-i olmamış, kanalizasiya suyunu çəkib boşaltmaq ilə bağlı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, vəzifəli və ya hüquqi şəxs olmamış, sadəcə şəxsi yük avtomobili ilə sifariş əsasında evlərdən kanalizasiya sularını çəkib xüsusi ayrılmış yerlərə boşaltmışlar. ##.##.2026-cı il tarixdə səhər saatlarında Sabirabad rayonu Qasımbəyli kəndindən onlara sifariş daxil olmuş, sifariş atasına məxsus ***-***-**-** nömrəli mobil telefona daxil olmuş, həmin sifariş verən şəxsləri tanımamış, hazırda nömrəsi də telefonun yaddaşından silinmiş, atası ilə birlikdə Sabirabad şəhərindən yaşadıqları evdən ##.##.2026-cı il tarixdə səhər saatlarında çıxmış, həmin sifariş verilən evə gedib kanalizasiya suyunu çəkmiş, 25 manat ödənişi almış, daha sonra Sabirabad rayonu Bulaqlı kəndində onlar üçün xüsusi ayrılmış yerə kanalizasiya suyunu boşaltmaq üçün yola çıxmış, yük maşınını o idarə etmiş, Saatlı rayonu Yeni Novruzlu kəndində yük maşınının benzin nasosu hava çəkmiş, kanalizasiya maşınının mühərriki dayanmış, yük maşını boşda hərəkət etmiş, o, maşını sağa çəkib dayanmış, yük maşınının kapotunu açmış, benzin nasosunun hava çəkdiyini görmüş, elə bu vaxt ağ rəngli Vaz 2107 markalı avtomobil onun kanalizasiya maşınının arxasında saxlamış, avtomobilin içərisində olan şəxs sağ pəncərəsinin şüşəsini endirib atası Raufu yanına çağırmış, atası Rauf Məhərrəmov həmin avtomobilə yaxınlaşmış, o, həmin şəxsi tanımamış, hadisədən sonra Sabirabad RPŞ-də ərizə yazarkən həmin şəxsin Zərərçəkmiş şəxs adlı şəxs olduğunu, öyrənmiş, həmin şəxs atasına söyüşü söyüb təhqir edərək "siz bu kanalizasiya suyunu bura boşaltmaq istəyirsiniz?" sözlərini demiş, atası ona "mən yaşlı kişiyəm, məni niyə təhqir edirsən" demiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilindən düşmüş, "sizi çəkib Tik- Tok-da paylaşacam, sizi rüsvay edəcəm" sözlərini demiş, telefonunu çıxarıb onları çəkməyə başlamış, o da bundan əsəbiləşmiş, atasını söydüyü üçün və üstəlik onları videoya çəkib Tik-tokda paylaşacağını dediyi üçün hirslənmiş, nalayiq sözlərlə təhqir edib, əlindən yumruqla vurmuş, Zərərçəkmiş şəxs mobil telefonu öz avtomobilinin kapotunun üstünə düşmüş, daha sonra Zərərçəkmiş şəxs təpiklə onun sinəsinin sağ tərəfinə vurmuş, o, yerə yıxılmış, sonra sağ qolunu boynuna keçirib boğmağa başlamış, atası Zərərçəkmiş şəxs aralaşdırmaq üçün arxadan köynəyindən dartmış, lakin gücü çatmamış, yenidən əli ilə Zərərçəkmiş şəxs köynəyinin bel tərəfindən dartmış, bu vaxt Zərərçəkmiş şəxs çevrilərək sol əli ilə atası Rauf Məhərrəmovun sinəsinə yumruqla zərbə vurmuş, atası tarazlığını itirib oturulu vəziyyətdə yerə yıxılmış, sinəsindən qan açılmış, həmin vaxt yoldan keçən tanımadığı şəxslər onları aralayıb onu Zərərçəkmiş şəxs əlindən almış, daha sonra o atası ilə birlikdə özünə məxsus yük maşınına minib ***-***-**-** nömrəli mobil telefonu ilə 102 Xidmətinə zəng edib tanımadığı şəxs tərəfindən atasının və özünün döyüldüyünü demiş və Sabirabad RPŞ-yə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, kanalizasiya maşınının borusu aşağı sallandığından içində kanalizasiya suyu qalmış, o da borunun içindəki həmin kanalizasiya suyunu Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən "X1" adlı su hövzəsinə boşaltmış, boru yolda açılıb yolu batırar deyə elə oradaca borunun içindəki kanalizasiya suyunu boşaltmışdır. Məhərrəmov Rauf Aslan oğlu Saatlı RPŞ-də verdiyi izahatında göstərmişdir ki, o, ##.##.2026-cı il tarixdə təxminən saat 10:30 radələrində oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə Aslanın özünə məxsus "Qaz 53" markalı, **-BO-*** nömrəli dövlət qeydiyyat nişanlı kanalizasiya yük maşınından "X1" adlanan su hövzəsinə çirkab suları axıdan zaman əvvəllər tanımadığı, hadisədən sonra öyrəndiyi Zərərçəkmiş şəxs adlı şəxs öz avtomobili ilə onların yanında dayanmış və su hövzəsinə çirkab suları axıtdıqları üçün onları telefonla çəkərək "Tik-tok" sosial şəbəkəsində rüsvay edəcəyini bildirmiş, bu sözündən sonra Zərərçəkmiş şəxs avtomobilindən düşüb telefonu ilə onları çəkməyə başlamış, oğlu Aslan bundan əsəbiləşərək nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs qoluna yumruqla vurmaqla telefonunu yerə salmış, Zərərçəkmiş şəxs isə təpiklə oğlu Aslanın qarnına vurmaq istədikdə onlar yerə yıxılmış, o isə Zərərçəkmiş şəxs telefonunu kənara çəkərək onları ayırmağa çalışmış, daha sonra ətrafda olan tanımadığı şəxslər onları aralamışdır. Araşdırma materialında olan ##.##.2026-cı il tarixli diskə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, diskin içərisində 1 ədəd video və 2 ədəd fotoşəkildən ibarət cəmi 3 ədəd fayl olduğu müəyyən edilmişdir. Videoya baxış zamanı görünür ki, hadisə baş verən yer Saatlı rayonu Yeni Novruzlu kənd ərazisində olan "X1" və ya "Köhnə Araz yatağı" adlı su hövzəsinin kənarında olan asfalt yoldadır, video 00:05 saniyədən ibarətdir. Ağ rəngli qısaqol köynək, açıq rəngli cins şalvar geyinmiş, saçları və saqqalı qara rəngli olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edərək, nalayiq sözlər deyərək, Zərərçəkmiş şəxs sağ qoluna yumruqla zərbə vurur, zərbənin təsirindən Zərərçəkmiş şəxs mobil telefonu sonuncuya məxsus olan ağ rəngli Vaz 2107 markalı, 54 BX-330 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə düşür. 00:05-ci saniyədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası Məhərrəmov Rauf Aslan oğlu videonu dayandırır. Həmin videonun sürəti azaldılaraq yenidən baxış keçirilərkən 00:02:20-ci saniyəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı kanalizasiya maşınının borusunun "X1" adlanan təbii su hövzəsinə tərəf uzadıldığı müəyyən edilmişdir. Araşdırma materialında olan ##.##.2026-cı il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində xalq arasında "X1" adlandırılan təbii su hövzəsinin kənarı ilə gedən asfalt yolun üzəridir. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına icazə verir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Məcəllənin 77-ci maddəsinin maddəsinin birinci birinci hissəsində və 79-cu hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Rauf Məhərrəmov tərəfindən sözügedən su hövzəsinə tullantı sularının axıdılmasına icazə alınması ilə bağlı Agentliyin yanında Suların İstifadəsinə və X6 Xidmətinə hər hansı müraciət daxil olmamışdır. Bununla yanaşı, həmin şəxslərə Saatlı rayonu, Yeni Novruzlu kəndi ərazisində yerləşən "Köhnə Araz yatağı" adlanan su hövzəsinə tullantı sularının axıdılması məqsədilə su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilmədiyi və bu barədə müvafiq müqavilənin mövcud olmadığı müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Saatlı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli qərarı rəsmi qaydada Qərarı verən orqan ##.##.2026-cı il tarixdə verilmişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs araşdırma zamanı rayon prokurorluğunda, eləcə də inzibati xəta haqqında işə baxılması zamanı məhkəmədə eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Rauf Məhərrəmovun kanalizasiya sularını Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində yerləşən xalq arasında "X1" adlandırılan təbii su hövzəsinə axıtdıqlarını gördüyündən idarə etdiyi nəqliyyat vasitəsi ilə onlara yaxınlaşmış, bu hərəkətin yolverilməz olduğunu bildirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona söyüş söydükdən sonra o, nəqliyyat vasitəsindən düşərək hadisəni mobil telefonla qeydə almağa başlamışdır. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı fiziki zor tətbiq etmişdir. Lakin məhkəmənin qərarında Zərərçəkmiş şəxs verdiyi izahat təhrif olunaraq kanalizasiya suyunu rəsmi icazə olmadan axıtmaq istəyərkən onları görmüşdür..." kimi yazılmışdır. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs araşdırma zamanı rayon prokurorluğunda, eləcə də inzibati xəta haqqında işə baxılması zamanı məhkəmədə eyni məzmunlu izahat verərək kanalizasiya maşınının borusunun içindəki kanalizasiya suyunu Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən “X1" adlı su hövzəsinə axıtdığını bildirmişdir. Bundan başqa, Məhərrəmov Rauf Aslan oğlu araşdırma zamanı rayon polis şöbəsində verdiyi izahatında ##.##.2026-cı il tarixdə təxminən saat 10:30 radələrində oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə Aslanın özünə məxsus "Qaz 53" markalı, 54-BO- *** nömrəli dövlət qeydiyyat nişanlı kanalizasiya yük maşınından "X1" adlanan su hövzəsinə çirkab suları axıdan zaman hadisənin baş verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs hadisə vaxtı qeydə aldığı videoya baxış zamanı videonun 00:02:20- ci saniyəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı kanalizasiya maşınının borusunun "X1" adlanan təbii su hövzəsinə tərəf uzadıldığı müəyyən edilmişdir. Lakin məhkəmə qərarında videoda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı kanalizasiya maşınının borusunun "X1" adlanan təbii su hövzəsinə tərəf uzadıldığı, lakin mayenin axıdılmadığının göründüyü qeyd edilmişdir. Təqdim edilmiş videodan görünür ki, kanalizasiya maşınının borusu yerdə olmaqla gölə tərəf uzadılmışdır, Zərərçəkmiş şəxs videonu əks istiqamətdən arxadan çəkdiyi üçün borunun ağzından gölə tökülən kanalizasiya suyunun videoya düşməsi mümkün olmaya bilər. Lakin təqdim edilmiş "canlı" rejimli fotoşəkildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisədən sonra borunu yığaraq kanalizasiya maşının yanına bağladığı, arxada isə gölün içərisində çirkab kanalizasiya suyu göründüyü müşahidə edilir. Məhkəmənin isə məhz kanalizasiya suyunun tökülməsinin faktiki olaraq 00:05 saniyəlik videoya düşməməsinə əsaslanaraq şəxsin əməlinə qiymət verməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticədə mühüm əhəmiyyət kəsb edən ziddiyyətlərdən biri də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsinin guya texniki nasaz olması barədə verdiyi izahatla bağlıdır. Belə ki, o, izahatında kanalizasiya maşınının xarab olduğunu və həmin səbəbdən yol kənarında dayanaraq nasazlığı aradan qaldırmağa çalışdığını bildirmişdir. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərdiyi kimi maşının kapot hissəsini açaraq yük avtomobilini təmir etməyə çalışırdısa, belə olan halda Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq niyə irad bildirməsi, mübahisənin hansı situasiyada yaranması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs qəzəblənərək döyməsi fonunda hansı hadisənin dayanması məsələsi sual doğurur. Eyni zamanda hadisədən dərhal sonra həmin nəqliyyat vasitəsinin rahat şəkildə işə düşərək ərazidən hərəkət etməsi, nəqliyyat vasitəsinin hansı qaydada və necə hərəkət etdiyi, guya mövcud olan nasazlığın bir neçə dəqiqə çəkən mübahisədən dərhal sonra necə aradan qaldırılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşını işə salıb hadisə yerindən uzaqlaşması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Əgər nəqliyyat vasitəsinin hərəkət etməsinə mane olan texniki nasazlıq həqiqətən mövcud olmuşdursa, hadisədən dərhal sonra onun ərazidən hərəkət etməsinin hansı səbəbdən mümkün olduğu, eləcə də ön hissədə texniki nasazlıq olduğu halda nəyə görə kanalizasiya maşınının borusunun gölə doğru uzadıldığı aydınlaşdırılmalı idi. Nəqliyyat vasitəsinin heç bir texniki müdaxilə və ya təmir olmadan bir neçə dəqiqə çəkən mübahisədən dərhal sonra ərazidən uzaqlaşması halı şəxsin "maşın xarab olmuşdu, ona görə gölün kənarına çəkmişdim" məzmunlu izahatının doğruluğunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış və məhkəməyə sübut qismində təqdim edilmiş video və fotoşəkillərdə nəqliyyat vasitəsinin ön (kapot) hissəsinin açıq olmadığı aydın görünür. Həmçinin, su obyektinə axıdılan tullantı sularının miqdarı, axıdılmanın üzrlü səbəblərinin olub-olmaması AR İXM-nin 262.1.3-cü maddəsinin tərkib əlaməti kimi qiymətləndirilmir. Beləliklə, hadisənin yalnız kanalizasiya suyunun videogörüntüdə faktiki olaraq su hövzəsinə borudan axıb töküldüyünün görünməməsi səbəbindən bu cür qiymətləndirilməsi düzgün yanaşma hesab edilə bilməz. Nəqliyyat vasitəsinin su hövzəsinin yanında yerləşməsi, kanalizasiya borusunun su hövzəsinə doğru uzadılması, zərərçəkmiş şəxsin məhz bu hərəkətə etiraz etməsi, hadisənin bundan dərhal sonra mübahisəyə və fiziki qarşıdurmaya çevrilməsi, nəqliyyat vasitəsi xarab olduğu halda hadisədən dərhal sonra heç bir müdaxilə olmadan işə düşüb hadisə yerindən uzaqlaşması, eləcə də iş üzrə digər izahat və video-foto materiallar birlikdə qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalananlar məhkəmənin kanalizasiya suyunun borudan su hövzəsinə tökülməsi, axıdılması anının videogörüntüdə birbaşa əks olunmamasını həlledici sübut kimi qəbul etməsi ilə yanaşı, yuxarıda göstərilən digər faktların və ziddiyyətlərin tam araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam müəyyən edilməməsinə səbəb olmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə iclasında: Qərarı verən orqan müstəntiqi X3 apellyasiya protestinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib, protestin təmin olunmasını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib, şikayətin təmin edilməsini, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda onun İXM-nin 262.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X2 Şəxsin ## #### 2026-cı il tarixli *** saylı rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı verən orqan ## ######## 2026-cı il tarixli qərarı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərarı verən orqan ## ######## 2026-cı il tarixli qərarı, DVD diskdəki videomaterial və fotoşəkillər, habelə iş materiallarında olan digər sübutları nəzərdən keçirib İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs edilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetmişdir. Bununla yanaşı, məhkəmə, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib aşağıda göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ## ######## 2026-cı il tarixli ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin apellyasiya baxışı zamanı da zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1–ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında barışıq əldə edildiyindən İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında olan sübutların məcmusu birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq, həmin inzibati xətanın hadisəsinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu əməldə təqsirinin mövcudluğunu kifayət qədər təsdiq edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 262.1.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulması inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. Bu baxımdan, iş üzrə araşdırılmalı əsas məsələ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tullantı sularını su obyektinə axıtması və belə axıdılmanın müvafiq icazə olmadan həyata keçirilməsi hallarının müəyyən edilməsidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı verən orqan ## ######## 2026-cı il tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 315-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157, 262.1.3 və 264.0.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması, Məhərrəmov Rauf Aslan oğlu barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasının nəzərə alınması, Məhərrəmov Rauf Aslan oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 262.1.3 və 264.0.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərarı verən orqan ## ######## 2026-cı il tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.1.3 və 157-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ######## 2026cı il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Rauf Məhərrəmov tərəfindən Saatlı rayonu, Yeni Novruzlu kəndi ərazisində yerləşən “Köhnə Araz yatağı” adlanan su hövzəsinə tullantı sularının axıdılmasına icazə alınması ilə bağlı Agentliyin yanında Suların İstifadəsinə və X6 Xidmətinə hər hansı müraciət daxil olmamış, həmin şəxslərə sözügedən su hövzəsinə tullantı sularının axıdılması məqsədilə su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməmiş və bununla bağlı hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən və Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsindən irəli gələn tələblər nəzərə alındıqda, tullantı sularının yerüstü və yeraltı su hövzələrinə axıdılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazənin alınması tələb olunur. Deməli, iş üzrə sözügedən su hövzəsinə tullantı sularının axıdılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq icazəyə malik olmaması yalnız ehtimal xarakterli hal olmayıb, səlahiyyətli dövlət orqanının məlumatı ilə təsdiq edilmişdir. Bununla yanaşı, iş materiallarında olan sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin su hövzəsinə tullantı sularını faktiki olaraq axıtması halının da mövcudluğunu təsdiq edir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istər araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, ## #### 2026-cı il tarixdə saat 10:30 radələrində “X1” adlanan təbii su hövzəsinə kanalizasiya sularının axıdıldığını görmüş, bununla əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun atası Rauf Məhərrəmovun hərəkətlərinə irad bildirmiş, daha sonra həmin hadisəni mobil telefonu ilə qeydə almağa başlamış və məhz bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun üzərinə hücum edərək fiziki zor tətbiq etməsi ilə bağlı hadisə baş vermişdir. Zərərçəkmiş şəxs bu xüsusatlarla bağlı verdiyi izahatlar işin müxtəlif mərhələlərində mahiyyət etibarilə eyni məzmunu daşımaqla, onun hadisəni bilavasitə müşahidə etdiyini göstərir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında verdiyi məlumatlar da iş üzrə əhəmiyyətli sübutlardan biri kimi qiymətləndirilməlidir. Belə ki, o, kanalizasiya suyunu Sabirabad rayonu Qasımbəyli kəndində çəkdikdən sonra həmin suyu Bulaqlı kəndində xüsusi ayrılmış yerə apararaq boşaltmaq niyyətində olduğunu bildirsə də, eyni zamanda “X1” adlanan su hövzəsinin kənarında kanalizasiya maşınının borusunda qalan kanalizasiya suyunu həmin su hövzəsinə boşaltdığını açıq şəkildə göstərmişdir. Onun izahatında boruda kanalizasiya suyunun qaldığı və həmin suyun məhz “X1”nə boşaldıldığı barədə verdiyi məlumat hadisənin mexanizmini izah edən mühüm xüsusatdır. Eyni zamanda, Məhərrəmov Rauf Aslan oğlunun izahatında da ## #### 2026-cı il tarixdə saat 10:30 radələrində oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla birlikdə “Qaz- 53” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı kanalizasiya yük maşınından “X1” adlanan su hövzəsinə çirkab suların axıdılması zamanı hadisənin baş verdiyi göstərilmişdir. Beləliklə, iş üzrə yalnız kənar şəxsin müşahidəsinə deyil, həm də hadisənin iştirakçılarından birinin verdiyi izahata əsaslanan sübut mövcuddur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli diskə baxış keçirilməsi haqqında protokol da qeyd olunan sübutlarla uzlaşır. Həmin protokola əsasən, videomaterialda hadisə yerinin Saatlı rayonu, Yeni Novruzlu kəndi ərazisində “X1” və ya “Köhnə Araz yatağı” adlanan su hövzəsinin kənarında yerləşən asfalt yol olduğu, videoda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edərək onun qoluna yumruqla zərbə vurması, zərbənin təsirindən mobil telefonun avtomobilin ön hissəsinə düşməsi əks olunmuş, videonun sürəti azaldılmaqla aparılmış baxış zamanı isə **-BO-*** dövlət qeydiyyat nişanlı kanalizasiya maşınının borusunun “X1” adlanan təbii su hövzəsinə tərəf uzadıldığı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillər də hadisənin digər sübutlarla birlikdə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, fotoşəkillərdən kanalizasiya maşınının borusunun sonradan yığılaraq nəqliyyat vasitəsinin yanına bağlandığı, həmin nəqliyyat vasitəsinin arxa hissəsində isə su hövzəsində çirkab suyun olduğu görünür. Bu hal kanalizasiya maşınının borusunun su hövzəsinə doğru uzadılması ilə bağlı videomaterialdakı görüntü ilə birlikdə qiymətləndirildikdə, borunun məhz su hövzəsinə tullantı suyunun axıdılması məqsədilə həmin istiqamətə yönəldilməsi barədə nəticəyə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq yalnız videomaterialda kanalizasiya suyunun borudan su hövzəsinə axıdılması anının birbaşa görüntülənməməsinə əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, belə yanaşma iş üzrə toplanmış sübutların məcmusunun düzgün qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Belə ki, sübutların qiymətləndirilməsi zamanı yalnız hər hansı bir sübutun müəyyən hadisəni bütün təfərrüatı ilə birbaşa əks etdirib-etdirməməsi deyil, həmin sübutun digər sübutlarla qarşılıqlı əlaqəsi, onların bir-birini tamamlaması və birlikdə iş üzrə hansı faktiki halları təsdiq etməsi nəzərə alınmalıdır. İş üzrə videomaterialın cəmi bir neçə saniyə davam etməsi, hadisənin bir hissəsini əks etdirməsi və kanalizasiya suyunun məhz borunun ağzından su hövzəsinə axdığı anın görüntüyə düşməməsi özlüyündə həmin axıdılmanın baş vermədiyini təsdiq edən hal kimi qəbul edilə bilməz. Əksinə, videoda kanalizasiya maşınının bilavasitə “X1” adlanan su hövzəsinin yanında olması, maşının borusunun su hövzəsinə doğru uzadılması, bundan sonra həmin maşının yanında olan şəxslə Zərərçəkmiş şəxs arasında mübahisənin yaranması, sonuncunun hadisəni mobil telefonla qeydə almağa başlaması və dərhal bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı fiziki zor tətbiq etməsi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, hadisələrin təsadüfi xarakter daşımadığını göstərir. Xüsusilə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs həmin əraziyə yaxınlaşmasının səbəbi məhz kanalizasiya sularının su hövzəsinə axıdılmasını müşahidə etməsi olmuş, onun öz izahatına görə, bu hərəkətə etiraz etdikdən və hadisəni qeydə almağa başladıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Bu ardıcıllıq həm hadisənin səbəbi, həm də hadisənin sonrakı inkişafı baxımından iş üzrə digər sübutlarla uzlaşır. Digər tərəfdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsinin texniki nasaz olması səbəbindən həmin ərazidə dayandığı barədə izahatı da iş üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Belə ki, onun sözlərinə görə, kanalizasiya maşınının mühərriki dayanmış, o, nəqliyyat vasitəsinin kapotunu açaraq nasazlığı aradan qaldırmağa çalışmışdır. Lakin iş materiallarında olan video və fotoşəkillərdə nəqliyyat vasitəsinin kapotunun açıq vəziyyətdə olması görünmür. Bununla yanaşı, hadisədən sonra həmin nəqliyyat vasitəsinin ərazidən hərəkət etməsi də müəyyən edilmişdir. Bu baxımdan, nəqliyyat vasitəsinin guya texniki nasazlıq səbəbindən həmin ərazidə dayanması barədə izahatın hadisənin digər halları ilə nə dərəcədə uzlaşması ayrıca qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi həmin xüsusata lazımi hüquqi qiymət verməmişdir. Halbuki, avtomobilin məhz su hövzəsinin kənarında dayanması, kanalizasiya borusunun su hövzəsinə doğru uzadılması və sonradan nəqliyyat vasitəsinin hadisə yerindən uzaqlaşması iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, şəxsin hadisə yerində olmasının və borunun su hövzəsinə istiqamətləndirilməsinin səbəbləri barədə verdiyi izahatın inandırıcılığının yoxlanılması üçün əhəmiyyətli olmuşdur. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kanalizasiya suyunun borusunda müəyyən miqdarda su qaldığı və həmin suyu “X1”nə boşaltdığı barədə izahatı ilə birinci instansiya məhkəməsinin “kanalizasiya sularının su hövzəsinə axıdılmasına macal tapılmaması” qənaəti arasında da uyğunluq yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün verdiyi izahatda borunun içərisində qalan kanalizasiya suyunun həmin su hövzəsinə boşaldıldığı bildirildiyi halda, məhkəmənin bu izahatın həmin hissəsinə hansı səbəbdən əhəmiyyət vermədiyi qərardan aydın görünmür. Eyni zamanda, iş materiallarında olan sübutlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs su hövzəsinə tullantı sularının axıdılması ilə bağlı hərəkəti onun digər qanunazidd davranışından təcrid olunmuş şəkildə baş verməmişdir. Əksinə, zərərçəkmiş şəxsin həmin hərəkətə etiraz etməsi, hadisəni mobil telefonla qeydə almağa başlaması, bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı fiziki zor tətbiq etməsi hadisələrin ardıcıl inkişafını təşkil edir. 157-ci maddə üzrə yaranmış qarşıdurmanın səbəbinin məhz su hövzəsinə tullantı sularının axıdılması ilə bağlı irad bildirilməsi olması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu hallar birlikdə qiymətləndirildikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kanalizasiya sularını “X1” adlanan təbii su hövzəsinə axıtması faktının yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə deyil, onun öz izahatı, atası Məhərrəmov Rauf Aslan oğlunun izahatı, video və foto materiallar, hadisə yerinə baxış protokolu və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq icazənin mövcud olmaması barədə məktubu ilə qarşılıqlı surətdə təsdiq olunduğu nəticəsinə gəlmək mümkündür. Beləliklə, iş üzrə sübutların hər biri ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirildikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə **-BO-*** dövlət qeydiyyat nişanlı “Qaz-53” markalı kanalizasiya maşını ilə daşınan tullantı sularını Saatlı rayonu, Yeni Novruzlu kəndi ərazisində yerləşən “X1” adlanan təbii su hövzəsinə axıtması, bunu müvafiq icazə olmadan həyata keçirməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bütün zəruri əlamətlərini özündə ehtiva edən əməli törətməsi barədə apellyasiya məhkəməsində kifayət qədər əsaslı qənaət formalaşır. İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamışdır. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 262.1.3-cü maddəsinin sanksiyasına əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbə olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı, nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 262.1.3-cü maddəsinin sanksiyası ilə müəyyən edilmiş 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Saatlı rayon prokuroru, R Elnur Rüstəmov tərəfindən verilmiş apellyasiya protesti, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməli, o, məhkəmə iclas zalından dərhal inzibati həbsdən azad edilməli və bu hissədə qərarın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə olunmalı, eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmalı, qərarın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Saatlı rayon prokuroru, R Elnur Rüstəmov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal inzibati həbsdən azad edilsin və bu hissədə qərarın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-596/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-596/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver