Məhkəmə qərarları › İş №3(3-9)-597/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-597/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-597/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə ## #### 1985-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Ağcabədi Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verillməsini və onun inzibati həbsdən azad edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normalannın tələblərinə uyğun deyil, iş üçün mühüm hallar tam araşdınlmadan, dəlillərinə əsaslandırılmış qiymət verilmədən və azadlıqdan məhrumetmə xarakterli tənbehin zəruriliyi göstərilmədən qəbul edilmişdir. Bu səbəbdən qərarın ləğv edilərək IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmaması ilə əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş edir. Mübahisəli qərarda göstərilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üç uşağın saxlanılması üçün aliment tutulur. Icra orqanının məlumatına əsasən aliment borcu 5 816 manat hesablanmış, onun sosial ödəniş kartından hər ay 126 manat tutulduğu bildirilmişdir. O, məhkəməyə izah etmişdir ki, əlilliyi olan şəxsdir, rəsmi və qeyri-rəsmi işləmir, yeganə gəliri aylıq 180 manat sosial müavinətdir və həmin vəsaitdən hər ay 126 manat tutulur. Təqdim olunan ##.##.2026-cı il tarixli e-Sosial arayışında ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyə görə 180 manat aylıq müavinət aldığı, təyinatın ##.##.2027-ci ilədək qüvvədə olduğu göstərilir. Tibbi-Sosial Ekspert Komissiyasının məlumatında keçirdiyi kəlləbeyin travmasının qalıqları, üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travması nəticəsində üzvi mənşəli psixi pozuntu, qayıdan depressiv pozuntu və digər nevrotik pozuntular qeyd olunur; ruhi gərginlik tələb edən işlərdə işləyə bilməməsi göstərilir. Birinci instansiya məhkəməsi bu halları qərarda sadalasa da, onların öhdəliyin icra edilməməsinin üzrlü səbəbi olub-olmamasını araşdırmamış, aylıq tutulmaların faktiki ödəniş kimi icra sənədinə aid edilməsini yoxlamamış və şəxsin qərəzli olaraq icradan boyun qaçırmasını təsdiqləyən konkret fakt müəyyən etməmişdir. Deməli, icra sənədinin mövcudluğu və borcun hesablanması özlüyündə inzibati xəta tərkibini yaratmır. Məsuliyyət üçün konkret qanuni tələb, onun borcluya rəsmi qaydada çatdırılması, icra müddətinin müəyyən edilməsi, borclunun real icra imkanının olması və buna baxmayaraq tələbi üzrsüz səbəbdən yerinə yetirməməsi sübut olunmalıdır. Qərarda icra məmurunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə vaxt, hansı məzmunda və hansı müddət müəyyən etməklə tələb verdiyi göstərilməmişdir.Tələbin ona rəsmi təqdim olunmasını təsdiq edən sənəd, borcun dövrlər üzrə hesablanması, sosial müavinətdən aparılan tutulmaların tələbkara köçürülməsi və şəxsin başqa gəlir və ya əmlakının olması barədə sübutlar qərarda təhlil edilməmişdir. Bu boşluqlar IXM-in 528.1-ci maddəsinin obyektiv və subyektiv əlamətlərinin sübuta yetirilmədiyini göstərir. Şəxsin 180 manatlıq yeganə sosial ödənişindən 126 manatın tutulması, onun öhdəlikdən tamamilə yayınması deyil, məhdud imkanı daxilində icranın aparıldığını göstərən haldır. Qərarda bir tərəfdən hər ay 126 manat tutulduğu, digər tərəfdən isə borcdan heç bir ödəniş edilmədiyi qeyd olunmuşdur. Bu iki nəticə arasındakı ziddiyyət aradan qaldırılmadan şəxsin üzrsüz və qəsdən iöra etmədiyi qənaətinə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi faktiki olaraq icra məmurunun izahatını və protokolu həlledici sübut kimi qəbul etmiş, lakin həmin məlumatları obyektiv sənədlərlə yoxlamamışdır. Borclunun gəlir və əmlak vəziyyəti, iş qabiliyyətinə təsir edən xəstəlikləri, sosial müavinətdən tutulmalar və alimentin tələbkara çatıb-çatmadığı araşdınimamışdır. Bu halda aradan qaldırılmamış şübhələr şəxsin əleyhinə şərh edilmişdir. Mübahisəli qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlilliyi, 180 manat müavinət alması, işləməməsi və müavinətdən aylıq 126 manat tutulması sadalansa da, bu faktların hüquqi qiyməti verilməmişdir. Qərann əsaslandırması ümumi qanun müddəalarının təkran və inzibati həbsin məqsədə müvafiq sayılması barədə nəticə ilə məhdudlaşır. Hansı konkret faktın üzrsüz səbəbi və qəsdən boyun qaçırmanı təsdiqlədiyi, habelə səkkiz gün müddətinin hansı meyarla müəyyən edildiyi izah olunmur. Hazırkı işdə şəxs gizlənməmiş, məhkəmədə iştirak etmiş, maddi və sağlamlıq vəziyyətini izah etmiş, sosial ödənişindən mütəmadi tutulma aparılmışdır. Bu şəraitdə inzibati həbsin icra sənədinin gələcək icrasına necə kömək edəcəyi və nə üçün ən sərt alternativin zəruri olduğu göstərilməmişdir. Əksinə, həbs müalicənin fasiləsizliyinə və şəxsin gələcəkdə gəlir əldə etmək imkanına əlavə maneə yarada bilər. Təqdim edilən tibbi sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sadəcə sosial müavinət alan şəxs olmadığını, kəllə-beyin travmasının uzunmüddətli nəticələri, üzvi mənşəli psixi pozuntular və depressiv vəziyyətlə bağlı müalicə aldığını göstərir. TSEK məlumatında ruhi gərginlik tələb edən işlərdə işləyə bilməməsi ayrıca qeyd edilmişdir. Bu məlumatlar həm icra imkanının, həm təqsirin dərəcəsinin, həm də azadlıqdan məhrumetmə şəraitinin sağlamlığa təsirinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir. Məhkəmə tibbi sənədləri tələb etməmiş, müalicənin və dərman qəbulunun davamlılığını, saxlanma şəraitində sağlamlıq risklərini və sosial-tibbi statusun tənbeh seçiminə təsirini yoxlamamışdır. Bu hal IXM-in 75.0.4, 75.0.6, 75.0.7 və 84.1-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini və onun inzibati həbsdən azad edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Ağcabədi Rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişdirlər və Ağcabədi Rayon Icra və Probasiya Şöbəsi nümayəndəsinin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin zərər çəkmiş şəxs X3 Apellyasiya Məhkəməsinə 24.09.206-cı il tarixli teleqram ünvanlayaraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzli şəkildə aliment borcunu ödəməkdən yayınır. Baxmayaraq ki iş qüvvəsi var. Uşaqlarına kəsilib yığılmış 5900 manat aliment borcunu tam ödəməyincə onun buraxılmamasını və ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və zərər çəkmiş şəxsin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, ##.##.2025-ci il tarixli, e-*(**)-****/**** nömrəli icra sənədindən, “Icraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan, ##.##.2026-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən, borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərər çəkmiş şəxsin, icra məmurunun izahatlarından görünür ki, IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsas dəlilləri kimi “Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının qanunsuz olması, onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi, III qrup əlil olması, heç bir yerdə işləməməsi, onun hər ay 126 manat aliment ödəməklə onun icradan boyun qaçırmaması, hazırki işdə gizlənməməsi, ona həbslə bağlı sərt cəza verildiyini, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-in 8, 9, 31-34-cü maddələrinin tələblərini pozulması” olaraq göstərdiyi apellyasiya şikayətinin dəlillərini formal, əsassız və barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin özünü müdafiə üsulu kimi qiymətləndirir. Belə ki, borclunun hazırda aliment öhdəliyini tam həcmdə yerinə yetirə bilməməsi onun işsiz qalması nəticəsində maddi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşması ilə şərtləndirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs III qrup əlil olması onun işləməməsinə mane olmur və onun işləməməsi də onu icrası məcburi olan aliment borcunu ödəməkdən azad etmir. Onun öhdəlikdən yayınmaması, gizlənməməsi ilə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, Ağcabədi Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş və borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərarı bu dəlilin təkzib edir ki, icra məmuru tərəfindən aparılan icra tədbirlərinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən edə bilməməsi səbəbindən axtarış elan edilmişdir. Yalnız ## ######## 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat alınması mümkün olmuşdur. Onun sosial müavinətindən aliment olaraq 126 manat tutulması əmək qabiliyyətli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qalan aliment borcunu ödəməkdən yayınmasına əsas vermir, Məhkəmə hesab edir ki, aliment öhdəliyini tam həcmdə yerinə yetirə bilməməsini işsiz qalması nəticəsində maddi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşması ilə şərtləndirən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruri olmasına əsas verir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini heç bir üzrlü səbəb təqdim etmədən icra etməmişdir, bununla da Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimum həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar