Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-607/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Protokolu tərtib edən orqan polis sahə rəisi Babaşlı Sənan Ağasəlim oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi vəkil2 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Füzuli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 İlyasxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Səkinəxanım Məmmədli) ilə ##.##.1988-ci il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Füzuli rayonu, Yuxarı Aybasanlı kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5 (beş) gün müddətinə inzibati həbs tətbiq olunması, qərarın icrası ilə əlaqədar onun ##.##.2026-cı il tarixdən saat 16:20-dən 5 (beş) gün müddətində inzibati həbsdə olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu ilk dəfə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə zəng edərək Zobucuq ərazisində baş verən yanğınlarla bağlı müraciət etmiş, ona məlumat olaraq müraciətinin qeydə alınması bildirilmişdir. Buna baxmayaraq, o, ##.##.2026-cı il tarixdə, saat 17 radələrində yenidən 168 çağrı mərkəzinə zəng edərək operatorun və nazirliyin ünvanına nalayiq ifadələr işlətmiş, iş rejimini pozmuşdur. Protokolu tərtib edən orqan polis sahə rəisi Babaşlı Sənan Ağasəlim oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İşə baxan Füzuli Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 İlyasxan oğlu apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməldə İXM-in 510-cu maddəsinin tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməli idi. Belə ki, protokol tərtib etmiş şəxsin məhkəmə zalında verdiyi izahatına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs telefonla qaynar xəttə zəng etməsi və operatora qarşı nalayiq ifadənin işlədilməsi həmin müəssisənin və ya idarənin iş rejimini pozmuşdur, hansı ki, həmin danışıq cəmi 23 saniyə sürmüşdür. Bu qısa müddət ərzində qeyd edilən idarənin iş rejiminin pozulmasının nədə ifadə olunduğu aydın deyil, ümumiyyətlə ağlabatan deyil. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nalayiq ifadə işlətməsi hüquqazidd əməl olsa da, bu əməl xırda xuliqanlıq kimi qiymətləndirilə bilməzdi. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, hətta Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibinin olduğunu hesab etsə belə, bu halda da verilən inzibati tənbeh tədbiri həddindən artıq ağırdır və işin hallarına uyğun gəlmir. Maddənin sanksiyasında cərimə də nəzərdə tutulmasına baxmayraq, hakim əsassız olaraq daha ağır inzibati tənbeh tədbirini seçmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən şəxsin törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, himayəsində azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə almamışdır. Bununla yanaşı bildirilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiə hüququ onun barəsində Protokolu tərtib edən orqan inzibati icraat aparılarkən kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati protokol tərtib etmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsində izahatını almış səlahiyyətli şəxs məhkəmə iclasında polis şöbəsində inzibati icraat aparılarkən şəxsə müdafiəçi dəvət etməyə ehtiyac olmadığını bildirmişdir. Ümumiyyətlə səlahiyyətli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək istəyib-istəməməsini aydınlaşdırmamış, bununla bağlı heç bir hərəkət etməmişdir. Füzuli Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləgv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Protokolu tərtib edən orqan polis sahə rəisi Babaşlı Sənan Ağasəlim oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, inzibati xəta törətmiş şəxsi dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsi, habelə iş materiallarında ola digər sübutları nəzərdən keçirib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 - çağrı mərkəzinə özünə məxsus 051-255-15-56 mobil nömrə ilə zəng edərək yaşadığı Füzuli rayonu * saylı Zobucuq qəsəbəsində məişət tullantılarının yandırılması nəticəsində iy-qoxunun yaratdığı narahatlıq və ağacların yanması barədə məlumat vermişdir. Müraciətinin qeydə alındığını bildirmişlər. Həmin məişət tullantılarının yandırılması ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə də müraciət etmişdir. Həmçinin bununla bağlı Mənzil İstismar Kommunal idarəsinin işçiləri Mətləb və Əbülfət adlı şəxslərə də müraciət etmişdir. Onlar məişət tullantılarının 17 aydan bir daşındığını bildirmişlər. ##.##.2026-cı il tarixdə spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Həmin tarixdə saat 18 radələrində yenidən məişət tullantıları yandırıldığı üçün təkrar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 - çağrı mərkəzinə zəng edərək Nazirliyinin rəhbərliyinin, 168 - çağrı mərkəzində olan operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Nalayiq ifadələr işlətməsinə səbəb ona qeyri-iş vaxtı olması bildirilməsi və müraciətinə baxılmaması olmuşdur. O, 168 - çağrı mərkəzi ilə əlaqə saxlayarkən telefona cavab verən operator ona iş rejimini pozduğunu və onu bu hərəkətlərini etməməyə xəbərdar etmişdir. Məhkəmədən himayəsində 2 azyaşlı uşağının olmasının və işsiz olmasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol əsasında müəyyən olunur ki, barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 17:39 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə zəng edərək operatorun və nazirliyin ünvanına nalayiq ifadələr işlətmiş, iş rejimini pozmuşdur. İş materiallarında olan videodisk vasitəsilə təqdim edilmiş səs yazıları əsasında müəyyən olunur ki, həqiqətən, barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə zəng edərək operatorun və nazirliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 İlyasxan oğlu bildirmişdir ki, işin faktiki halları əsasında müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağrı mərkəzi ilə əlaqə saxlayaraq onu narahat edən məsələ ilə bağlı müraciətini etmişdir. Bu hal idarənin iş rejiminin pozulması kimi qimətləndirilə bilməz. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret şəxsin ünvanına nalayiq ifadələr işlətdiyinə görə qanunvericiliyin tələbinə əsasən mülki məsuliyyət daşıyır. Bütün bunları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri onun çağrı mərkəzi vasitəsilə dövlət orqanına müraciət etmək hüququndan istifadə etməsi ilə məhdudlaşmamışdır. Müraciətin məzmunundan və səs yazısının məzmunundan görünür ki, o, 168 çağrı mərkəzinin nümayəndəsi ilə ünsiyyət zamanı qəbul edilmiş davranış qaydalarını bilərəkdən pozaraq nalayiq ifadələr işlətmiş, bununla dövlət orqanının normal fəaliyyətinə və çağrı mərkəzində xidmət göstərən operatorun xidməti fəaliyyətinə hörmətsiz münasibət nümayiş etdirmişdir. Bu hərəkətlər məhz telefon rabitəsindən istifadə edilməklə törədilsə də, həmin hal onun ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən davranışının hüquqi qiymətləndirilməsini istisna etmir. Əksinə, dövlət orqanının əhali ilə əlaqəsinin həyata keçirildiyi çağrı mərkəzindən təyinatına zidd olaraq nalayiq ifadələrlə istifadə edilməsi, xüsusilə operatorun xəbərdarlığına baxmayaraq, davranışın davam etdirilməsi, müəyyən edilmiş halların məcmusunda ictimai qaydaya və ümumi davranış normalarına aşkar etinasızlığı göstərir. Müdafiəçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağrı mərkəzinə yalnız onu narahat edən məsələ ilə bağlı müraciət etdiyi və bunun idarənin iş rejiminin pozulması kimi qiymətləndirilə bilməyəcəyi barədə dəlilinə məhkəmə tənqidi yanaşmışdır. Məhkəmə şəxsin dövlət orqanına müraciət etmək hüququnu şübhə altına almır və onun məişət tullantılarının yandırılması, iy-qoxu və ağacların yanması ilə bağlı müraciətlər etməsini də hüquqazidd hesab etmir. Lakin müraciət etmək hüququ həmin hüququn həyata keçirilməsi zamanı digər şəxslərin və dövlət orqanlarının ünvanına nalayiq ifadələrin işlədilməsinə, müəyyən edilmiş davranış qaydalarının pozulmasına hüquqi əsas vermir. Bu baxımdan inzibati məsuliyyətə səbəb olan hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət orqanına müraciət etməsi deyil, müraciət zamanı ifadə etdiyi və səs yazısı ilə təsdiqlənən davranışıdır. Başqa sözlə, şəxsin müraciətinin səbəbinin haqlı və ya haqsız olması onun müraciət zamanı yol verdiyi hüquqazidd davranışın hüquqi qiymətləndirilməsinə təsir etmir. Müdafiəçinin nalayiq ifadələrin konkret şəxsin ünvanına işlədildiyi halda bunun yalnız mülki məsuliyyət məsələsi olması barədə dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı işdə şəxsin yalnız şərəf və ləyaqətinin pozulması ilə bağlı xüsusi hüquqi münasibət deyil, dövlət orqanının çağrı mərkəzində ünsiyyət zamanı ictimai davranış qaydalarının pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətin törədilməsi araşdırılır. Buna görə də əməlin 510.1-ci maddə üzrə hüquqi qiymətləndirilməsi konkret ifadələrin ayrıca mülki-hüquqi mübahisənin predmeti olub-olmamasından asılı deyil. Eyni zamanda məhkəmə müəyyən edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmamışdır. Bu səbəbdən əməl 510.1-ci maddənin inzibati xəta tərkibinə uyğun gəlir və daha ağır hüquqi tövsif üçün əsas müəyyən edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında həmin ifadələri işlətməsini etiraf etməsi, habelə səs yazılarının onun izahatını təsdiq etməsi məhkəməyə onun əməli qəsdən törətdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 13cü maddəsinə əsasən şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etdiyi və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiyi halda inzibati xəta qəsdən törədilmiş hesab olunur. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 17:39 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə zəng etmiş, həmin zəng zamanı çağrı mərkəzinin operatoruna və dövlət orqanının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hal yalnız protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı ilə deyil, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazıları ilə də təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə yuxarıda göstərilən xüsusatları təkzib edən və işin faktiki halları ilə bağlı şikayətdə göstərilən halları təsdiq edən hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə sübutların məcmusu ilə müəyyən olunur ki, apellyasiya şikayətində göstərilən yuxarıdakı iddialar faktiki hallarla uyğunlaşmır. Odur ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan hərəkətləri İXM-in 510.1-ci maddə çərçivəsində xırda xuliqanlıq, cəmiyyətə açıq hörmətsizliyin nümunəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə müəyyən edilmiş xırda xuliqanlıq əməlinə təsir edən, həmin əməli aradan qaldıran və ya onun hüquqi tərkibini istisna edən hal kimi çıxış etmir. Beləliklə, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin iş üzrə icraata xitam veriıməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi onu da xüsusilə vurğulayır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillər yuxarıda qeyd olunan sübutlarla tam təkzib olunur, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmənin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün əsas vermir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbehlə də razılaşır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi əməli qismən etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, onun himayəsində iki azyaşlı uşağının olması, işsiz olması və törətdiyi əməlin nəticəsində hər hansı maddi zərərin vurulmasının müəyyən edilməməsi də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 5 gün həddində müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Füzuli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 İlyasxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-607/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-607/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver