Məhkəmə qərarları › İş №3(3-9)-612/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-612/2026

29.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-612/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlu, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəhruz İbişli tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim Mədinə Rəsulova) İbişli Bəhruz İsabala oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Qeyd edilən qərardan narazı qalan Bəhruz İbişli tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, B.İbişli tərəfindən apellyasiya şikayəti verilərkən onun tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı halda cinayət-prosessual qanunvericiliyi analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq olunmaqla Bəhruz İbişli tərəfindən verilmiş şikayət Şirvan Apelyasiya Məhkəməsinin icraatına qəbul edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, “cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 387-ci maddəsində apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblər nəzərdə tutulmuşdur. O cümlədən CPM-in 387.3-cü maddəsinin tələbinə görə, apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. İşdə olan apellyasiya şikayətindən görünür ki, İbişli Bəhruz İsabala oğlu apellyasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ünvanlamış, həmçinin apellyasiya şikayəti onun tərəfindən imzalanmamaqla qanunun tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin onu təqdim edən şəxs tərəfindən imzalanması şikayətin prosessual forma tələblərinə uyğunluğunun zəruri şərtidir. İmzanın olmaması şikayətin məhz onu vermək hüququna malik şəxs tərəfindən təqdim edildiyini təsdiq etməyə imkan vermir. Bu halda apellyasiya şikayətinin imzasız olması yalnız prosessual forma tələbinin pozulması kimi deyil, həm də şikayəti verən şəxsin həmin prosessual hərəkəti həyata keçirmək iradəsinin və apellyasiya şikayəti vermək hüququna malik subyekt qismində çıxış etməsinin müəyyən edilməsinə mane olan hal kimi qiymətləndirilməlidir. Şikayətin kim tərəfindən və hansı hüquqi əsasla verildiyinin müəyyən edilməsi mümkün olmadığından, onun apellyasiya şikayəti vermək hüququ olan şəxs tərəfindən təqdim edildiyi qənaətinə gəlmək üçün prosessual əsas mövcud deyildir. Bu səbəbdən apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verilmiş hesab olunmalı və icraata qəbul olunmaqdan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Odur ki, apellyasiya məhkəməsi işin məhkəmə bахışınа təyin еdilməsi ilə bаğlı iş mаtеriаllаrını nəzərdən kеçirib yuxarıda qeyd olunan qanun normalarının tələblərini rəhbər tutaraq hеsаb еdir ki, Bəhruz İbişli tərəfindən Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış şikayət qanunvericilikdə apellyasiya şikayətinə dair tələblərlə uzlaşmadığı üçün inzibаti işin icraata qəbul edilməsindən imtinа оlunmаlı və inzibаti işin mаtеriаllаrı birinci instansiya məhkəməsinə qаytаrılmаlıdır. Belə ki, İXM-in 132.1.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud оlub-оlmаmаsı ilə bаğlı məsələ həll edilir. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq, qanunun analogiyası qaydasında CPM-in 391.5-ci maddəsinin və İXM-in 132-ci mаddəsinin tələblərini rəhbər tutаrаq, QƏRARA ALDI: Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Bəhruz İbişli tərəfindən vеrilmiş apellyasiya şikаyətinin icraata qəbul edilməsindən imtina olunsun. İnzibati xəta haqqında iş üzrə icraat materialı Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardаd qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardаddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar