Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-10/2026 21.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞ-nin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı X3 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞnin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadə inzibati protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı X3 döyərək ona xəsarət yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Aysel Ağayevanı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Pirallahı RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X1 xx.xx.2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, Şəxs barəsində İXMnin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qərarın surəti Pirallahı RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmin qərar əsasında xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı X3 döyərək ona xəsarət yetirməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 6(5-100)- 1/2026 saylı xx.xx.2026-cı il tarixli qərarı ilə Şəxs şikayəti təmin edilmiş, Pirallahı RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi və toplanmış materiallar əlavə yoxlama və təhqiqat aparılması üçün Pirallahı RPİ-nin Təhqiqat bölməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, təhqiqatçı Şəxsnu izahatını nəzərə almamış, ona hüquqi qiymət verməmiş, işi tam araşdırmamış və A.Ağayevanın Şəxs tərəfindən döyüldüyü, sonuncunun əməlində İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi əlamətlərinin mövcud olması qənaitinə gəlmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixli, 118 saylı rəydə vət. A.V.Ağayevanın bədəni üzərində xəsarətlərin olduğu qeyd olunsa da həmin xəsarətlərin yaranma mexanizmi barədə məlumat və ya sual öz əskini tapmamışdır. Həmçinin, iş üzrə lazım olan sübutlar toplanılmadan qərar qəbul edilməsi, material üzrə iş tam, obyektiv və hərtərəfli aparılmamış kimi hesab edilmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(5-100)-10/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-10/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver