Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-20/2026 10.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə Şəxs barəsində SİMDNX – nin 1 saylı Bakı RB-nin rəis müavini tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: SİMDNX – nin 1 saylı Bakı RB-nin rəis müavini X5 tərəfindən xx.xx.2026-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Sarıyev X3 rayonunda fəaliyyət göstərən avtoyumada formalaşan çirkab və tullantı sularını təyinatsız olaraq boş əraziyə axıtmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X1 Emin Tofiq oğlu barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Sarıyev X3 rayonunda fəaliyyət göstərən avtoyumada çirkab və tullantı sularını təyinatsız olaraq boş əraziyə axıtmışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 000388 saylı aktdan görünür ki,”... yoxlama zamanı Bakı şəhəri sakini Şəxs tərəfindən Gənclik küçəsində yerləşən qeyriyaşayış obyektində (avtoyuma) formalaşan çirkab və tullantı sularının təyinatsız olaraq axıdılması faktı aşkar edilmişdr. İş materiallarında olan Şəxs məxsus izahatdan görünür ki, Bakı şəhəri Pirallahı rayonunda ona məxsus qeyri-yaşayış obyektində (avtoyuma) formalaşan çirkab və tullantı sularının təyinatsız olaraq axıdılır. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(5-100)-20/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-20/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver