Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-21/2026 10.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X23 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı rayon prokurorluğunun nümayəndəsi X7 iştirakı ilə, Şəxs barəsində Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə) qərara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə) qərara əsasən Şəxs kənarlarında qoruyucu məhəccəri olmayan, döşəmədən 6,5 m hündürlükdə yerləşən iş sahəsində qoruyucu kəmərdən istifadə etmədən işləməsinə yol verildiyinə görə, İİİ-4-80“ "Tikintidə təhlükəsizlik texnikası Tikinti Norma və Qaydaları”nın 2.26-cı bəndinin tələbi, İİİ-4-80“ “Tikintidə təhlükəsizlik texnikası” “Tikinti Norma və Qaydaları"na 1 saylı Əlavənin 12-ci bəndinin “b”, “j” bəndlərinin tələblərini pozmaqla xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə götürdüyü X15 “X17”nın ərazisində yerləşən, həmin Sənaye Parkına məxsus ərazidə əczaçılıq məhsullarının istehsalı zavodunun “C” blokunun ikinci mərtəbəsindən yıxılaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Hadisə ilə bağlı Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən xx.xx.2026-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Pirallahı rayon prokurorluğunun nümayəndəsi X13 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, 10/7848 saylı ekspert rəyindən görünür ki, tikintisi həyata keçirilən “X17”nın “C” blokunda döşəmədən 6.5 m hündürlükdə iş zamanı işçinin qoruyucu kəmərdən istifadə etməməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası Tikinti Norma və Qaydaları”nın 2.26-cı bəndinin tələbi pozulmuşdur. “X17”nın “C” blokunda işçi X1 qoruyucu məhəccəri olmayan, döşəmədən 6,5 m hündürlükdə yerləşən iş sahəsində qoruyucu kəmərdən istifadə etmədən işləməsinə yol verildiyinə görə, İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası Tikinti Norma və Qaydaları”nın 2.26-cı bəndinin tələbi, lİİİ-4-80" “Tikintidə təhlükəsizlik texnikası” “Tikinti Norma və Qaydaları"na 1 saylı Əlavənin 12-ci bəndinin “b”, “j” bəndlərinin tələblərinə əsasən həmin işlərin görülməsinə təyin olunmuş iş icraçısı tərəfindən pozulmuşdur (konkret şəxst(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar keçirilmiş işçi X2 qoruyucu məhəccəri olmayan, döşəmədən 6,5 m hündürlükdə yerləşən sahədə iş zamanı, materialda olan məlumatlara görə fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərlə təmin edildiyi halda ondan istifadə etmədiyinə görə, İİİ-4-80“ “Tikintidə təhlükəsizlik texnikası Tikinti Norma və Qaydaları”nın 2.26-cı bəndinin tələbi onun özü tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. İş materiallarında olan müqavilə razılaşması N-PQDZ 10/06/24 podrat müqaviləsindən görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Podratçı Bakı şəhərində yerləşən Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində layihələndirilən əczaçılıq məhsullarının istehsalı zavodu tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun işləri görm\yi öhdəsinə götürmüş, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd və ya bank köçürməsi ödəniş yolu ilə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, araşdırma zamanı izahatı alınmış Şəxs izahatında, hadisənin baş verdiyi gün, yəni 11 avqust 2025-ci il tarixdə X5madığını, işləri ilə əlaqədar Quba rayonunda olduğunu, axşam saatlarında iş vaxtının bitməsinə bir neçə dəqiqə qalmış ona Faiq Əliyevin ikinci mərtəbədən yıxılaraq xəsarət alması barədə məlumat verildiyini, eləcə də, Faiqin gördüyü işlərə nəzarət və rəhbərlik edən şəxsin özü olduğunu, gördükləri işin iş icraçısının da özü olduğunu, 4 nəfərdən ibarət işçi heyətinə işlərlə bağlı göstərişin də onun tərəfindən verildiyini, onların təhlükəsizliyinə də nəzarət etdiyini və cavabdehlik daşıdığını bildirmişdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X9” PHŞ- nin xx.xx.2025-ci il tarixli 88 saylı rəyindən görünür ki, 1.F.M.Əliyevin bədəni üzərində sol baldır sümüklərinin, sol bud sümüyünün, sirkə kasasının arxa divarının qapalı sınığı, sol bud sümüyünün çıxıqı, oturaq sinir parezi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X19”ə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni X17nın ərazisində tikilisi aparılan binanın ikinci mərtəbəsində beton üzərində dayanıb təmizlik işləri, yəni əvvəlcədən işlər görülən zaman yerdə qalan dəmir parçalarının təmizlənməsi işi apararkən təxminən 6,5 metr hündürlükdən yıxılaraq yerə dəyməsi nəticəsində törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun “müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə, Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, toplanmış materialdan göründüyü kimi, vəzifəli şəxs Şəxs kənarlarında qoruyucu məhəccəri olmayan, döşəmədən 6,5 m hündürlükdə yerləşən iş sahəsində qoruyucu kəmərdən istifadə etmədən işləməsinə yol verildiyinə görə, İİİ-4-80“ "Tikintidə təhlükəsizlik texnikası Tikinti Norma və Qaydaları”nın 2.26-cı bəndinin tələbi, İİİ-4-80“ “Tikintidə təhlükəsizlik texnikası” “Tikinti Norma və Qaydaları"na 1 saylı Əlavənin 12-ci bəndinin “b”, “j” bəndlərinin tələblərini pozmaqla xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə götürdüyü X15 “X17”nın ərazisində yerləşən, həmin Sənaye Parkına məxsus ərazidə əczaçılıq məhsullarının istehsalı zavodunun “C” blokunun ikinci mərtəbəsindən yıxılaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar X3, X4, X6, X11, X8, Şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 88 N-li rəyi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2026-cı il tarixli, 10/7848 N-li rəyi ilə sübut olunur. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(5-100)-21/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-21/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver