Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-23/2026 10.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Pespublikası DNŞ “Neft Kəmərləri İdarəsi”də işləyən, BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, K.Rzayev küçəsi, ev 13, mənzil 36 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında göstərdi ki, 5 saylı Notariat kontorunun 8İ-44465 saylı xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən 1585 manat pul Şəxs alınaraq X5 ödənilməlidir. Hazırda tələbkar ərizə təqdim etmiş və borclu ilə qarşılıqlı razılıq əldə etdiyini, razılaşmaya əsasən borclu 2 ay ərzində borcunu tam ödəyəcəyini öhdəsinə götürdüyünü qeyd etmiş və inzibati protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcunu qaytarmaqdan yayınmır. Tələbkarla qarşılqlı razılıq eldə etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Notariat kontorunun 8İ-44465 saylı xx.xx.2025ci il tarixli icra qeydinə əsasən 1585 manat pul Şəxs alınaraq X5 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, Şəxs tələbin könüllü icrasi barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin aidiyyatı üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinə əsasən 5 Saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Kontorunin 8İ-44465 nömrəli, xx.xx.2025-ci il tarixli sənədi və Pirallahı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı borclunun gəlirlərindən hər ay 50% miqdarında pul tutulması üçün ARDNŞ-nın "Neft Kəmərləri" İdarəsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs 158,50 manat icra ödənişi tutulmalıdır. İş materiallarında olan X4 xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, borclu Şəxs ilə borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişdir. Həmin razılığa əsasən Şəxs borcunu 2 ay ərzində ödəməsini öz öhdəsinə götürmüşdür. Bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, icra qeydi üzrə Şəxs tərəfindən ödəniləcək məbləğ onun əmək haqqısına yönəldilmişdir. Onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarından da müəyyən edilmişdir. Bundan başqa, tələbkar ərizə təqdim edərək bildirmişdir ki, o, borclu Şəxs ilə borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişdir. Həmin razılığa əsasən Şəxs borcunu 2 ay ərzində ödəməsini öz öhdəsinə götürmüşdür. Bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(5-100)-23/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-23/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver