Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-30/2026 10.03.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi Socar İB Nəqliyyat Departamentində işləyən, BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, SÜLEYMAN BAĞİROV KÜÇƏSİ, EV 118 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə yaşadığı ünvanda dini mərasim keçirməklə toplantı keçirmişdir. Bununla da Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədov göstərdi ki, xx.xx.2026cı il tarixdə saat 18:30 radələrində İnzibati ərazidə xidmət etdiyi zaman S.Bağırov küçəsi ev 118 ünvanında kütləvi şəkildə şəxslərin yığılması aşkar edilmişdir. Qeyd olunan ünvana baxış keçirərkən məlum olmuşdur ki, S.Bağırov küçəsi ev 118 ünvanında yaşayan Şəxs evində iftar süfrəsi, daha sonra namaz və xütbə təşkil etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək göstərdi ki, onlar iftar süfrəsinə yığışmışlar. İftardan sonra çay süfrəsini gözləmişlər. 2 ildir ki, Ramazan ayında ay boyu yığıncaqlar olur. Əvvəllər məsciddə həmin yığıncaqlara icazə verilsədə hazırda onlara icazə verilmir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2026-ci il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 18:30 radələrində İnzibati ərazidə xidmət etdiyi zaman S.Bağırov küçəsi ev 118 ünvanında kütləvi şəkildə şəxslərin yığılması aşkar edildi. Qeyd olunan ünvana baxış keçirərkən məlum olmuşdur ki, S.Bağirov küçəsi ev 118 ünvanında yaşayan,xx.xx.1980-ci il təvəllüdlü, Şəxs evində iftar süfrəsi,daha sonra namaz və xütbə təşkil edildiyi üçün Pirallahı RPİ-nə dəvət olunmuşdur. İXM-in 515.0. və 515.0.2-ci maddəsinə əsasən Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə -fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati cərimə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(5-100)-30/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-30/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver