Məhkəmə qərarları › İş №3(5-100)-47/2026

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-47/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-47/2026 10.03.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞ-nin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadənin, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Pirallahı rayonunda Gigiyena və Epidemiya Mərkəzində operator işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qediyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10.03.026-cı il tarixli protokola əsasən xx.xx.2026-cı il tarixdə saat 13:40 radələrində Şəxs X2 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞnin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadə inzibati protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 29 yanvar 2026-cı il saat 13:40-da Pirallahı rayon ərazisində yerləşən Gigiyena və Epidemiya Mərkəzinin iş otağında iş yoldaşı X3 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya baş ağrısı ilə müşayət olunan başın küt travması, sol saidin, sağ baldırın sıyrıqlan, sağ budun qançırı ilə nəticələnən xəsarət yetirməklə ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ildən Pirallahı rayonunda Gigiyena və Epidemiya Mərkəzində operator işləyir. İlahə bacısı Aytən ilə 2025-ci ilin dekabr ayının 29-dan küsülü olmuşlar. xx.xx.2026-cı ildə saat 13:40-da bacısı Aytənlə İlahə arasında yenə mübahisə yaranmış, İlahə Aytənin əlindən vurmuş və ayağa qalxaraq sinəsindən itələdikdən sonra onun üstünə gedərkən o, İlahənin qabağını kəsərək sakitləşdirmək istəmişdir. Bu zaman İlahə onun saçından tutaraq dartmış, o da özünü müdafiə etmək üçün İlahənin saçından tutmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, o, 8 ildir ki, Pirallahı rayonu Gigiyena və Epidemiya Mərkəzində operator vəzifəsində işliyir. Onunla bir yerdə kadr üzrə mutəxəssis X5 işləyir və onların münasibəti yaxşı olmadığına görə onlar danışmırlar. xx.xx.2026-ci il tarixdə iş yerində olan zaman onunla Aytən arasında təkrar mübahisə yaranmışdır. Mübahisə zamanı Aytən və bacısı Aytac onu döymüşlər. Daha sonra orada olan digər iş yoldaşları onları ayırmışlar. O, şikayətçidir. Şəxs barəsində inzibati tənbehi tətbiq olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs X2 döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan MTE və PAB-nın Publik Hüquqi şəxsin 10 saylı ekspert rəyindən görünür ki, 1. Vət İ.C.Hüseynovanın bədəni üzərində baş ağrısı ilə müşayiət olunan başın küt travması, sol saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyallar) təsirindən İ.C.Hüseynovanın xx.xx.2026cı il tarixdə “X6” PHŞ-ə müraciətindən bir neçə gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2026-cı il tarixdə və şəraitdə törənmələri istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan MTE və PAB-nın Publik Hüquqi şəxsin 11 saylı ekspert rəyindən görünür ki, 1.Vət.Şəxs sağ saidin qançırı, sol əlin, sol mil-bilək oynağının sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyallar) təsirindən müayinədən 5- 7 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetrilmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar