Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-100)-49/2026 17.03.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli protokola əsasən Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən “Oba Artyom 1” ərzaq mağazasından Şəxs tərəfindən ərzaq mallarının oğurlanması nəticəsində, mağazaya 93 manat dəyərində maddi ziyan dəymişdir. Bununla da X6 İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X5 göstərdi ki, Şəxs 06-07 mart 2026-cı il tarixlərdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən “Oba Artyom 1” ərzaq mağazasından oğurluq etmiş və nəticədə mağazaya 93 manat dəyərində maddi ziyan dəymişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 törətiyi inzibati xətanı etiraf etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, X6 xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, C.R.Cavadovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin birinci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən “Oba Artyom 1” ərzaq mağazasından Şəxs tərəfindən ərzaq mallarının oğurlanması nəticəsində, mağazaya 93 manat dəyərində maddi ziyan dəymişdir. O, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama xətasını törətmişdir. Qeyd olunanı X6 mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2026-ci il tarixli tutma haqqında protokoldan görünür ki, X6 xx.xx.2026-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdə saat 12:00-dan, yəni, X3 tutulduğu tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-ci il tarixdən hesablansın. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə və X8 X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-100)-49/2026
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(5-100)-49/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver