Məhkəmə qərarları › İş №3(5-101)-1044/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1044/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1044/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibib X11 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahid, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 22 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 barəsində tətbiq edilmiş cərimə məbləğinin əmək haqqından tutulması üçün göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-17-5/2-117893/2025 saylı məktubun icrası təmin edilməmişdir. Məhkmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahid izahat verərək bidirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan məlumatlı olmamış, ümumiyyətlə tərəfindən belə bir şirkət açılmamşdır, barəsində belə bir şirkət olduğundan məlumatlı olmadığını bildirmişdir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir neçə il əvvəl onu yenə məhkəməyə çağırmışlar, MMC-nin borcu ilə bağlı mübahisə olmuşdur, onda bilmişlər ki, belə bir MMC onun adından yaradılmışdlr, dayısı ilə birlikdə gedib həmin şəxsləri tapmışlar, onlarda hissə hissə olmaqla həmin borcu ödəmişlər. Məhkmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 izahat verərək bidirmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 barəsində tətbiq edilmiş cərimə məbləğinin əmək haqqından tutulması üçün göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 117893/2025 saylı məktubun icrası təmin edilməmişdir. Odur ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, elektron müqaviləyə keçidlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 425 nömrəli qərarın icrasının təmin edilməsi üçün göndərilən xx.xx.2025-ci il tarixli 3- 17-2-66812/2025 nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. Nəticədə X3 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət məyyən edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid ünvanlanmış 17 dekabr 2025-ci il tarixli 3-17-5/2-117893/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “X13 2016” MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edimişdir. Hazırki dövrə qədər cərimə ödənişi təmin edilməmişdir. Tərəflərindən “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilən zaman X1 hazırda Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis qaynaqçı vəzifəsi üzrə aktiv əmək müqaviləsinin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən X1 əmək haqqından hər ay 50% olmaqla 1000.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin X5nə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyinizi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini Xidmətin X5nə qaytarması xahiş edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş 17 dekabr 2025-ci i il tarixli çıxarışdan görünür ki, inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu 17 dekabr 2025-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin X5 tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid ünvanlanmış 08 yanvar 2026-cı il tarixli 3-17-5/2-2280/2026 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “X13 2016” MMC-nin direktoru X4 oglu barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X5 tərəfindən 22 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hazirki dövrə qədər cərimə ödənişi təmin edilməmişdir. Tərəflərindən “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilən zaman X1 hazırda “Şahid 1998” MMC-də (mühəndis-qaynaqçı) aktiv əmək müqaviləsinin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən X1 əmək haqqından hər ay 50% olmaqla 1000.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin X5nə yazılı formada məlumat verilməsi üçün müvafiq məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma həyata keçirilməmişir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2026-cı il tarixdə saat 11:00-da X9 Xidmətinin X5nə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (024- 244-16-35) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdurlar; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş 08 yanvar 2026-cı il tarixli çıxarışdan görünür ki, inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu 08 yanvar 2026-cı il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir; 22 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 barəsində tətbiq edilmiş cərimə məbləğinin əmək haqqından tutulması üçün göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-17-5/2-117893/2025 saylı məktubun icrası təmin edilməmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Şahid Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində direktor olaraq fəaliyyət göstərir, xx.xx.2026-cı il tarixdə bildiriş çap edilərkən əmək müqaviləsi qüvvədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 22 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 barəsində tətbiq edilmiş cərimə məbləğinin əmək haqqından tutulması üçün göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-17-5/2-117893/2025 saylı məktubun icrası təmin edilməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş 17 dekabr 2025-ci i il tarixli çıxarışdan görünür ki, inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu 17 dekabr 2025-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə iclasında Şahid həmin hüquqi şəxsdən məlumatsız olduğunu, ümumiyyətlə tərəfindən heç bir MMC yaradılmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019cu il tarixdə təsis edilərək qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Şahid Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində direktor olaraq fəaliyyət göstərir, xx.xx.2026-cı il tarixdə bildiriş çap edilərkən əmək müqaviləsi qüvvədə olmuşdur. Göründüyü kimi, 6 ildən artıq müddət ərzində tərəfindən MMC yaradıldığı, əmək müqaviləsinə əsasən həmin MMC-də direktor kimi işləyən bir şəxsin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasından məlumatsız olmasını bildirməsi inandırıcı deyildir. Eyni zamanda, Şahid məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir neçə il əvvəl onu yenə məhkəməyə çağırmışlar, MMC-nin borcu ilə bağlı mübahisə olmuşdur, onda bilmişlər ki, belə bir MMC onun adından yaradılmışdlr, dayısı ilə birlikdə gedib həmin şəxsləri tapmışlar, onlarda hissə-hissə olmaqla həmin borcu ödəmişlər. Buda bir daha təsdiq edirki, Şahid MMC-nin yaradılmasından, özünün direktor olmasından məlumatlı olmuş, lakin buna baxmayaraq hərəkətsizlik edərək lazımi tədbirlər görməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, bu xüsusat MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hal deyildir. Beləliklə, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 22 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar