Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-11/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Bakı şəhər Sabunçu Rayon prokurorunun böyük köməkçisi X5, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi X10 əmək müqaviləsi bağlamadan X11 və X2 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, 17 D ünvanında yerləşən və istifadəyə yararsız qurğu və avadanlıqların, habelə nəqliyyat vasitələrinin utilizasiyasını həyata keçirən sexdə 2025-ci ilin avqust ayının 1-dən oktyabr ayının 15-nə kimi müvafiq olaraq operator və ekskavator sürücüsü kimi işlərə cəlb etməklə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin görülməsinə cəlb etməklə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasını göstərilmişdir. Bakı şəhər Sabunçu Rayon prokurorunun böyük köməkçisi X8 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X11 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək, vətəndaş X4 isə 2025-ci ilin avqust ayından 2025-ci ilin sentyabr ayının ortasına kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə araşdırması zamanı MMC-nin direktoru Sahib Əliyev özü məhkəmə iclasında telefonunda olan video görüntünü nümayiş etdirərək Rahil Əliyev tərəfindən müəssisədə olarkən qrefil qurğusunu düzgün idarə etmədiyini, bunun nəticəsində MMC-nə 1200 manat ziyan dəyməsini təsdiq etmiş, bununla bağlı akt tərtib edilməsini bildirmişdir. Bundan əlavə şahidlər tərəfindən təqdim edilmiş “whatsapp” proqramı vasitəsi ilə yazışmalardan və video görüntülərdən də görünür ki, onlar MMC-də işləmiş, lakin onlarla heç bir əmək müqaviləsi imzalanmamışdır. Ona verilmiş suallara cavabında bildirmişdir ki, toplanmış sübutlar qismində şahidlərin izahatı və Sahib Əliyevin məhkəmə iclasında həmin şəxslərin MMC-də işləməsini təsdiq etməsi olmuşdur. Sahib Əliyev məhkəmə iclasında hətta Rahil Əliyevin qrefil aparatını qırması nəticəsində MMC-nə ziyan vurmasını özü etiraf etmişdir. MMC-nin yerləşdiyi ünvana baxış keçirməmiş, giriş çıxış ilə bağlı sənədə rast gəlməmişdir, hər gün işə gedib gəlməməsini araşdırmamış, izahatları ilə təsdiq olunur, əgər əmək müqaviləsi yoxdursa şəxslərin ora-gedib gəlməsinə nəzarət etmək mümükün deyildir. MMC tərəfindən əmək haqqı ilə bağlı ödəniş edilmiş, əldən ələ ödəniş edilmişdir. İnzibati üzrə işə baxış keçirilməsinə ehtiyac yoxdur, baxış keçirilməklə dəyişiklik ola bilməz, çünki şəxslər hazırda orada işləmirlər. Texnikanın MMC-nə aid olub-olmamasını aidiyyatı yoxdur, MMC-nin digər işçilərinin dindirilməsinə ehtiyac yoxdur. İşçilərin əmək haqqının tam alıb-almaması araşdırılmır. Sistem üzərindən baxış keçirilmiş və şəxslərin əmək müqaviləsi mövcud olmamışdır. Həmin şəxslərin kimdən əmr alması Sahib Əliyev və oğlu tərəfindən göstəriş almasını qeyd etmişlər. Onlar işə cəlb edilmiş və onlarla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X10 izahatında bildirdi ki, ümumi məlumat verir ki, MMC tullantıların idarə olunması, əsasən sıradan çıxmış avadanlıqların, qurğuların və elektron tullantıların utilizasiyası sektorunda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə çox hissəsi elektron olmaqla minlərlə ton tullantını utilizasiya edərək yararlı hissələrini yenidən istehsala qazandırmışdır. Utilizasiya sektorunda yeni yanaşma tətbiq edərək tullantıların təbiətə vurduğu zərəri minimuma endirərək yenidən istifadə üçün yararlı hala gətirmişdir. Mahiyyəti üzrə məsələ ondan qaynaqlanmışdır ki, Məmməd adlı şəxs MMC-nə gəlmişdir. MMC-də xalası oğluna məxsus olan texnikalar olmuş və həmin texnikaları təmir etməli idi. Həmin məsələnin şirkətə heç bir aidiyyatı yoxdur. Texnikaları təmir etmədiyi üçün şirkətə 4 000 manat ziyan vurmuşdur. Məhkəmə iclasına gəlmiş şahidi də tanıyır. Qrefel qurğusuna operator axtaranda bir neçə şəxslə görüşülmüşdür. Rahil Əliyevdə özünü texnikanı bilən şəxs kimi təqdim etmişdir. O, MMC-də təxminən 1 gün, amma 24 saatı keçməmiş texnikanı idarə etmişdir. İdarə edərkən qrefilin aparatı qırılmış və yerə düşmüşdür. Bununla bağlı video görüntünü məhkəmə iclasına nümayiş etdirmişdir. Rahil Əliyevin texnikanı qırması nəticəsində şirkətə 1200 manat ziyan dəymişdir. Bununla bağlı Akt tərtib edilmişdir. Şəxsin araşdırsanız psixoloji problemləri vardır. Rasim Əliyev də iş üçün müraciət edən şəxslər arasında olmuşdur. Onlar MMC-də işləməmişdir. Əgər işləsəydi onunla da əmək müqaviləsi bağlanmalı idi. Ona verilmiş suallara cavabında göstərmişdir ki, şirkətə işlə bağlı müxtəlif adamlar müraciət edirlər. Həmin şəxslərlə də MMC-yə gəlmiş, texnikanı idarə etmək bacırığı yoxlanılarkən Rahil Əliyev tərəfindən texnika zədələnmişdir. MMC-də sınaq müddətində olan işçilərlə əmək müqaviləsi bağlanılır. Bir iki saatlıq gələn adam deyir işi bacarır, ola bilsin ki, heç texnikadan başı çıxmır. X15 borcu yoxdur. Texnikanı zədələndikdə, avadanlığıa ziyan vurulduqda, akt tərtib edildikdə heç belə demirdi. Texnika qırılanda akt tərtib edilmiş, vurulmuş ziyanın xərci 1200 manat müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, qərar kobud maddi və prosessual pozuntular olmaqla qəbul edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək münasibətləri üç ünsürlə əlaqələndirir. İş funksiyasının yerinə yetirilməsi, daxili intizam qaydalarına riayət edilməsi və əmək haqqının ödənilməsi Məcəllənin 43-cü maddəsinə əsasən münasibətlərinin mütləq şərtlərini: iş qrafikini, vəzifə öhdəliyi və ödəniş məbləğini müəyyən edir. Prokurorluğun qərarında bu şərtlərin heç biri yerinə yetirilməmişdir. Nə ödəniş tapşırıq vərəqi, nə ödəniş faktoru yoxdur. Hüquq şəxsin subyektiv izahatları ilə təsdiq oluna bilməz. Həmin şəxslərin prokurorluq tərəfindən izahatları alınarkən Met İnvest şirkəti və North Vvest şirkətində işləmələri araşdırılmamışdır. Məcəllənin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi sahəsində işəgötürənin vəzifələri müəyyən edilmişdir. Heç bir sahibkar maddi məsuliyyət daşıma barədə müqavilə imzalamadan tanımadığı şəxslərə texnikanı etibar edə bilməz. Həmin texnikalar xüsusi vəsiqələr tələb edir. Prokurorluq tərəfindən bu hal aydınlaşdırılmamışdır. Qərar yalnız şəxslərin maaş iddiaları üzərində qurulmuş, tələb edilən məbləğin nəyin əsasında olması müəyyən edilməmişdir. Prokurorluq tərəfindən MMC-nin işinə qanunsuz müdaxilə olmuşdur. Ali Məhkəmə plenumunun xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, bir mənalı olaraq işçinin iş rejiminə faktiki tabe olması və ödəniş araşdırılmalıdır. Hazırki vəziyyətdə isə nə iş rejimi, nə də ödəniş mövcud deyildir. İXM-nin tələbinə şübhələr MMC-nin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, inzibati xətanın mövcudluğunu sübut etmək orqanın üzərinə düşür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, ağır texnikalar işlədən “whatsapp” qrupu var və o da həmin qrupun üzvüdür. Uzun müddət həmin sahədə işlədiyi üçün qrupun üzvüdür və ağır texnikalar ilə bağlı iş olduqda qrupa məlumat yazırlar, kim üçün maraqlıdırsa müraciət edir. Şəxs MMC-də iş olması barədə “whatsapp” qrupa Məhəmməd adlı şəxs yazmışdır. İş haqqında ümumi məlumat aldığı və işin Sabunçu rayonu ərazisində yerləşdiyi üçün, yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsinə yaxın olduğundan müraciət etmək istəmişdir. Şəxs MMC-də onu direktor Sahib Əliyev və oğlu qəbul etmişdir. Onu orada direktor Sahib Əliyev qarşılamış və işə götürüləcəyi halda 1000 manat maaş verəcəyini demişdir. Əmək haqqı az olsa da yaşadığı Zabrat qəsəbəsinə yaxın olduğu üçün razılaşmışdır. İş saatlarını səhər saat 08:00-dan 18:00-a kimi razılaşmışlar. Onun işi qrefil aparatı vasitəsi ilə utilizasiya üçün gələn nəqliyyat vasitələrinin qrefil vasitəsi ilə götürülməsi, həmin avtomobillərin əzilməsi və konteynerlərə yüklənməsini həyata keçirmək olmuşdur. İşə başladıqdan sonra axşam saat 8–də işdən çıxmağa başlamış, bununla bağlı şirkətə müraciət etdikdə demişlər ki, 20 gün ağır iş rejimi olacaq, bunu nəzərə almalıdır. Məcbur olub bununla razılaşmışdır. Bunun əvəzində əməkk haqqısının artırılmasını xahiş etmiş, lakin Sahib müəllimin kiçik oğlu baxılacağını demişdir. İşlədiyi müddətdə qrefil aparatı tez-tez sıradan çıxaraq sınıb düşmüşdür. Bir neçə dəfə qrefil aparatı təmirə getmişdir. Çünki bunların qurğusu maşın əzmək üçün deyil, ancaq dəmirləri götürmək üçün nəzərdə tutulmuşdur. Bu barədə bir neçə dəfə Sahib müəllimin kiçik oğlu və sürücüsünə məlumat vermişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qrefil aparatı qırılaraq yerə düşmüş və MMC-dən ona qrefil aparıtının qırılması nəticəsində dəymiş ziyanın ödənilməsi tələb edilməklə işdən uzaqlaşdırılmışdır. Ona yalnız 250 manat pul verilmiş, qalan məbləğ isə verilməmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, onu işə MMC-nin direktoru Sahib Əliyev şəxsən götürmüşdür. İş saatları danışdıqları kimi deyil, artıq olmuş və buna görə də əmək haqqısının qaldırılmasını xahiş etmişdir. İşlədiyi müddətdə bir neçə dəfə qrefil qurğusu qırılmış və təmirə getmişdir. Əmək haqqını “əlbəəl” Sahib Əliyevin müavin olan oğlundan almışdır. Əmək haqqından yalnız 250 manat almış, qalan məbləği hələ də ala bilməmişdir. Onun əmək haqqısının verilməməsi ilə bağlı prokurorluğa şikayət etmişdir. Daha sonra ağır texnikalar işlədən “whatsapp” qrupuna yazmışdır ki, Şəxs MMC işçiləri işlədərək pulunu vermir. Bundan sonra Rasim İsmayılova da ona yazmışdır ki, onu işlədib şirkət pulu verməmişdir. Onu işdən ziyan vurduğu, qrefil aparatını qırdığı üçün çıxarmışlar. Ancaq həmin qurğunu o qrımamışdır, qurğu özü yarasız olmuşdur. Həmin qurğu maşınları əzmək üçün nəzərdə tutulmamışdır. Əmək müqaviləsi bağlanmasını dedim, mənə dedilər ki hələ sınaq müddətindəyəm. Həmin ərazidə işləməsini MMC-nin video kameraları da təsdiq edə bilər, çünki ərazinin demək olar ki, hər hissəsində kameralar mövcuddur. Bu görüntülər MMC-də mövcuddur. Əgər MMC-nin üzərinə şər atsaydı, daha artıq məbləğ deyərdi, o yalnız öz halal əmək haqqını tələb edir. Texnika qırılarkən direktorun oğlu və sürücüsü onu təhqir edərək işdən uzaqlaşdırmışdır. Ona demişdirlər ki, sənin vurduğun ziyan 1200 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X11 və X4 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 Sabunçu Rayon Prokurorluğuna verilmiş izahatından görünür ki, 2025-ci ilin avqust ayında Məmməd ona Sabunçu rayonu, Maştağa ünvanında yerləşən Fors MMC-də ekskavator operatoru vakansiyasının olduğunu demiş, o da onun təklifinə qəbul etmişdir. Şirkətə gedib müraciət etmiş və şirkətin rəhbərliyi onu qəbul etmiş, ondan imtahan götürmüşlər. Ekskavator üzərində müvafiq tapşırıqları yerinə yetirmiş və rəhbərlik onu bəyənmişdir, işə qəbul etmişlər. Ona qısa müddət ərzində müqavilə bağlanacağı bildirilmişdir. 2025-ci ilin avqust ayından ekskavator operatoru vəzifəsində işləməyə başlamışdır. Konkret olaraq vəzifəsi istimara gedən nəqliyyat vasitələrinin yerdəyişməsi, onların müvafiq qaydada əzilməsi və yerdəyişməsini həyata keçirmək olmuşdur. İşlədiyi müddət ərzində hər hansı problem olmamış, normal iş fəaliyyətini həyata keçirmişdir. Rəhbərliklə aylıq 1300 manata razlaşmış və işi bu şəkildə qəbul etmişdir. Təqribi 1 ay yarım işləmiş, ona işlədiyi dövr üçün 150 manat pul vermişlər. O öz maaşını tələb edən zaman isə ona maaş verməmişlər. O maaşı almadığına görə işdən çıxmışdır. Rəhbərliyin qanunsuz hərəkətləri ilə bağlı artıq cana yığılmışdır. İşlədiyi müddət ərzində ancaq 150 manat pulu MMC-nin direktor müavini Seymur Əliyev əlbəəl vermişdir. O işdən ayrıldıqdan sonra isə əmək müqaviləsinin bağlanmadığını öyrənmişdir. Şirkət ona 834 manat pul verməli olmasına baxmayaraq hazırki vaxtadək bu ödənişi etməmişdir. Verilmiş suallara cavabında göstərmişdir ki, MMC tərəfindən onunla əmək müqaviləsi bağlanmamışdır. Ona əmək müqaviləsinin qısa müddət ərzində bağlanacağını desələr də heç bir nəticəsi olmamışdır. Sonradan o axtarış zamanı ümumiyyətlə adına Şəxs MMC ilə müqaviləsinin olmamasını aşkar etmişdir. Ona ödənişləri şirkətin rəhbəri Sahib Əliyevin göstərişi və icazəsi əsasında sonuncunun övladı müəssisənin birinci müavini Seymur Əliyev tərəfindən edilmişdir. Ona 834 manat məbləğində pul vəsaiti verilməlidir. X3 Rayon Prokurorluğuna məhkəmə iclasında verdiyi izahata uyğun izahat vermişdir. Baxış keçirilməsi haqqında 23 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, 22 dekabr 2025-ci il tarixdə Elektron prokurorluq informasiya sisteminin elektron sorğu bölməsindən əldə edilmiş Şəxs MMC-nin əmək müqaviləsi məlumatlarından baxış keçirilmiş və baxış aparılan zaman X4 və X11 ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanması barədə heç bir məlumat aşkar edilməmişdir. X6 Sabunçu rayon prokurorluğuna vermiş olduğu izahatdan görünür ki, Rahil Əliyev və Rasim İsmayılovun izahatlarında göstərdikləri xüsusatlar tamamilə yalandır. O adamları tanımır, Şəxs MMC şirkəti olaraq qrefel qurğusuna operator axtaranda bir neçə şəxslə görüşülüb, bəlkə də həmin adamlar o şəxslərin içərisində olub, amma işə götürülməmişdir. Fikrincə onun tanışı Məmməd Əhmədovla arasında olan problemə görə Məmməd həmin şəxsləri öyrədib yalandan guya Fors MMC-də işlədiklərini göstəriblər. Məmmədlə bağlı nə baş verdiyini əvvəlki izahatında qeyd etmiş, təkrar olaraq qeyd edir ki, Məmməd guya ona borclu olduğunu bildirib ondan əsasız olaraq 1 000 manat pul tələb edir. O da pulu vermədiyinə görə Məmməd öyrədilmiş insanlara ondan şikayət etdirir. Onun rəhbərlik etdiyi şirkətdə heç vaxt qanun pozuntusu ola bilməz, onlar həmişə vergini vaxtında vermiş, işçilərin də hər biri ilə əmək müqaviləsi bağlamışdır. Sabunçu Rayon prokurorunun böyük köməkçisi X8 tərəfindən təqdim edilmiş video görüntülərdən görünür ki, Rasim İsmayılov ekskavatoru video görüntüyə çəkməklə iş yerinə gəlməsini, həmin təkərli ekaskavatoru sürməsini və avtokarı işlətməsini göstərir. Məmməd adlı şəxsə video görüntü təqdim edərək ekskavatorun döymə yerlərini, mator nömrəsini göstərməyə çalışır, nəqliyyat vasitəsinin əyləsində nəyinsə ilişib qalmasını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 54.2-ci maddəsinə əsasən prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 99.3-cü maddəsinə görə bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Pleunumunun 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin:
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin:
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarın aəsasən beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin(xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs MMC ayrı-ayrı şəxslərlə əmək müqaviləsi bağlamaqla işəgötürən kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu onu deməyə əsas verir ki, MMC ayrı ayrı şəxslərlə əmək münasibətləri yaratmaqla fəaliyyət göstərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil izahatında qeyd etmişdir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək münasibətləri üç ünsürlə: iş funksiyasının yerinə yetirilməsi, daxili intizam qaydalarına riayət edilməsi, əmək haqqının ödənilməsi, Məcəllənin 43-cü maddəsinə əsasən münasibətlərinin mütləq şərtlərini: iş qrafikini, vəzifə öhdəliyi və ödəniş məbləğini müəyyən edir. Nə ödəniş tapşırıq vərəqi, nə ödəniş faktoru yoxdur. Hüquqi şəxsin inzibati xəta törətməsinin sübut olunmadığını, iş üzrə icraata xitam verilməli olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən vəziyyətdə tərəflər arasında əmək münasibətlərinin yaranmamasına istinad edilərsə bu hüquqdan sui-istifadə hallarına yol açacaqdır. Belə ki, işəgötürən münasibətlərdə üstün tərəf olmaqla öz üstün mövqeyindən istifadə edərək əmək münasibətlərinin yaranmamasına istinad etməklə ayrı-ayrı şəxsləri işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edəcəkdir. Belə halda işə cəlb edilmiş şəxslərin hüquqlarının məhdudlaşdırılmasına(əmək münasibətləri yaranmadığından), sığorta və digər ödənişlərin ödənilməsindən yayınma hallarına yol açacaqdır. Əmək şəraitini yaratmaq işlə təmin edən şəxs(fiziki, hüquqi şəxs) tərəfindən yaradılmalı olan haldır. İşəgötürən xidmətlərindən istifadə edilən şəxsin zəif tərəfindən istifadə edərək əmək münasibətlərinə şərait yaratmırsa, bu onun gələcəkdə əmək münasibətlərinin yaranmamasında maraqlı olması ilə nəticələnəcəkdir. Hazırki işin hallarından görünür ki, Şəxs MMC-də Rahil Əliyev qrefil vasitəsi işin yerinə yetirilməsinə, Rasim İsmayılov ekskavator operatoru kimi işlərin görülməsinə cəlb edilmişdir. İş qrafiki ilə bağlı Rahil Əliyev MMC arasında razılaşma əldə edilməklə iş saatı 08:00-dan 18:00-a kimi müəyyən edilmiş, əmək haqqı 1000 manat razılaşdırılmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X10 izahatında qrefel qurğusuna operator axtaranda bir neçə şəxslə görüşülmüşdür. Rahil Əliyevdə özünü texnikanı bilən şəxs kimi təqdim etmişdir. Rahil Əliyev MMC-də təxminən 1 gün, amma 24 saatı keçməmiş texnikanı idarə etmişdir. İdarə edərkən qrefilin aparatı qırılmış və yerə düşmüşdür. Bununla bağlı video görüntünü məhkəmə iclasına nümayiş etdirmişdir. Rahil Əliyevin texnikanı qırması nəticəsində şirkətə 1200 manat ziyan dəymişdir. Bununla bağlı Akt tərtib edilmişdir. Şəxsin araşdırsanız psixoloji problemləri vardır. Rasim İsmayılov də iş üçün müraciət edən şəxslər arasında olmuşdur. Onlar MMC-də işləməmişlər. Verilmiş suallara cavabında göstərmişdir ki, Rasim İsmayılov və Rahil Əliyev də MMC-yə gəlmiş, texnikanı idarə etmək bacırığı yoxlanılarkən Rahil Əliyev tərəfindən texnika zədələnmişdir. X15 borcu yoxdur. Texnikanı zədələndikdə, avadanlığıa ziyan vurulduqda, akt tərtib edildikdə heç belə demirdi. Texnika qırılanda akt tərtib edilmiş, vurulmuş ziyanın xərci 1200 manat müəyyən edilmişdir. Göründüyü kimi şahid qismində dindirilmiş şahid Rahil Əliyevin izahatında göstərdiyi xüsusatı, yəni qrefil aparatının Rahil Əliyev tərəfindən zədələnməsi, MMC-də işlərin görülməsinə cəlb edilməsi Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. İXM-nin 192.1-ci maddəsinin dispozisiya hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən X11 və X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri onların izahatları və iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X11 və X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Teymur Həsənov