Məhkəmə qərarları › İş №3(5-101)-1128/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1128/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1128/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Sabunçu RPİ-nin 14-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materialına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:00 radələrində Ramana qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:00 radələrində Ramana qəsəbəsində sərxoş vəziyyətdə xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs AR İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 14-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında və xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokol tərtib edən Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, avtomobillə ailəsi ilə birlikdə qonaqlıqdan gələn zaman polislər saxla əmri vermişdir. Avtomobili dayısıoğlu idarə etmişdir. O, dayısıoğluna avtomobili sürməsini, dayanmamasını bildirmişdir. Bundan sonra polislər onların arxasınca gələn zaman o, nalayiq ifadələr işlətmişdir. Yaşadıqları məhləyə daxil olanda isə polislərlə mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Videogörüntüdə görünən hərəkətləri edən şəxs odur. O, içkili vəziyyətdə olduğu üçün bu cür hərəkətlərə yol vermişdir. Bu günə kimi heç bir hüquq pozuntusuna yol verməmişdir, polisə qarşı qanunsuz hərkətlər etməmişdir. Etdiyi əməldən çox peşmandır. Polislərdən üzr istəyir. Bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə avtopatrulda xidmətdə olan zaman Ramanı qəsəbəsində “Mercedes” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, yəni Şəxs kəmər istifadə etmədən maşın idarə etdiyini görüb saxla əmri verdik. Lakin şəxs maşını saxlamayaraq tabesizlik göstərdi və polisin ünvanına söyüş söyərək hərəkətini davam etdirdi. Məhlədə daxil olduqdan sonra evlərinin qarşısında maşını saxladı və maşından düşərək polisin üzərinə hücüm etməyə, qışqıraraq nalayiq ifadələr işlətməyə başladı. Bu zaman kənar evlərdən şəxslər səs-küyə küçəyə çıxmağa başladı. Hətta daş və dəmir parçası ilə polislərin üzərinə hücum etməyə çalışdı, çətinliklə həmin şəxsi sakitləşdirib bölməyə təmin etmişlər. Bütün bunların videogörüntüsü də vardır, disk şəklində məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 01:00 radəlrində Ramana qəsəbəsində polis əməkdaşları qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 01:00 radələrində Ramana qəsəbəsində sərxoş vəziyyətdə xırda xuliqanlıq hərəkətləri etmişdir, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur; Hadisə anının videogörüntülərinə baxış keçirən zaman Şəxs digər şəxslərin gözü qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi, əlinə dəmir parçası alaraq üzərilərinə hücum etdiyi müəyyən edilmiş, Şəxs videogörüntüdəki hərəkətləri sərxoş olduğu üçün etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs ona istinad edilən inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və Şəxs etirafedici izahatı və iş materillarında olan digər sənədlər, videogörüntü ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs sərxoş olması səbəbindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi, tabesizlik göstərməsi ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, şəxsin sərxoş olması onun hüquqa zidd hərəkətlərə yol verməsinə əsas vermir və onu məsuliyyətdən azad etmir, əksinə qanunvericiliyin tələbinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X2 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar