Məhkəmə qərarları › İş №3(5-101)-1129/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1129/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1129/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmamışdır. X3 Məcəlləsinin 100.5 və 100.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar əks olunmalıdır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.6. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir: 100.6.1. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı; 100.6.2. törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi; 100.6.3. sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi. Lakin, məhkəməyə təqdim olunmuş 03 fevral 2026-cı il tarixli MN seriyalı 0480192, MN seriyalı 1963816, MN seriyalı 0480191, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, 03 fevral 2026-cı il tarixli, MN seriyalı 0480189, MN seriyalı 1963810, MN seriyalı ******* nömrəli prokollarda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı və inzibati xətanın törədildiyi yer əks olunmamışdır. Bundan başqa 03 yanvar 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur ki, X1 şikayəti üzrə oğurlanmış su sayğacının dəyərinin müəyyən edilməsi məqsədilə Sabunçu rayon Sukanal İdarəsi üzrə SOCQT və İN -ə rəsmi sorğu göndərilmişdir. Əldə edilmiş məktubdan görünür ki, mexaniki tipli, diametri 20 mm olan su sayğacının ƏDV ilə birlikdə dəyəri 88,58 manatdır. Lakin oğurlanan əşyanın bazar dəyərini müəyyən edən qeyd olunan məktub məhkəməyə göndərilən sənədlərə əlavə olunmamışdır. Eyni zamanda, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda X2 vurulmuş ziyan məbləği 100 manat qeyd olunsa da, 12 yanvar 2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda ziyan məbləği 230 manat qeyd olunmuşdur. Bundan başqa təqdim olunmuş materiallarda çoxsaylı epizodlar üzrə həmin əməllərin məhz Şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır. Zərərçəkən şəxslərin hər biri izahatında onlara qarşı talama əməlinin tanımadıqları şəxs tərəfindən törədildiyini bildirmişlər. Zərərçəkmiş şəxslərin şikayət ərizələrində qeyd etdikləri və onlara qarşı talama əməlini törətmiş şəxs barədə qeyd etdikləri mobil nömrələr, aldanaraq pul köçürdükləri bank kartlarının hər birinin rekvizitləri fərqlidir. Heç bir araşdırma aparılmadan və heç bir epizod üzrə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatı alınmadan, yalnız inzibati xəta haqqında protokollarda “etdiyi əməldən peşmandır” ifadəsi qeyd olunmuşdur. Məlum məsələdir ki, bu talama əməllərini törədən şəxs əməli gizlin və ya əsl kimliyini gizlətməklə zərərçəkmiş şəxslərin həmin əmlləri törətmiş şəxsi görməmələri və ya həmin əməllərin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin inzibati xətaların törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və həmin inzibati xətaların məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslər tərəfindən hüquq mühafizə orqanlarına talama əməlləri barədə məlumat verilməsində məqsəd kiminsə həmin əməllərdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli tənbehə məruz qalmasıdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nə geri qaytarılsın. Hakim: Günel Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar