Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1143/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs(VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs(VÖEN:**********) tərəfindən 20.000(iyirmi min) ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 30 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 20 000(iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və 2 il müddət keçsə də, 20.000(iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclaslarında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, MMC daimi olaraq xaricə pul köçürməklə ölkə ərazisinə tibbi avadanlıqlar gətirir. Onların hər çıxarılan pul üzrə malı ölkə ərazisinə daxil olmuşdur. Əvvəlki məhkəmə iclasına uyğun olaraq xx.xx.2023-cü il tarixli **********0795 saylı və xx.xx.2023-cü il tarixli **********5069 saylı Gömrük bəyannamələrini təqdim edərək yoxlanılmasını xahiş edir. "xxxx"la danışılmış Bank tərəfindən MMC-nə bildirilmişdir ki, **********6234 saylı xx.xx.2024-cü il tarixli və **********4086 saylı xx.xx.2023-cü il tarixli Gömrük Bəyannamələri açıqdır və heç bir hesab bağlı deyildir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, başa düşə bilmir ki, hansı səbəbdən onun təqdim etdiyi Gömrük Bəyannamələri biri saxlancda, digəri isə invoys üzrə düzgün gəlmir. Bankla danışmış və Bankdan onlara yalnız **********6234 saylı xx.xx.2024-cü il tarixli və **********4086 saylı xx.xx.2023-cü il tarixli Gömrük Bəyannamələrinin açıq olması bildirilmişdir. Məhkəmə tərəfindən MMC-nə kifayət qədər vaxt verilmiş, lakin bundan başqa əllərində açıq bəyannamə qalmamışdır. Onun əvvəlki məhkəmə iclaslarında təqdim etdiyi gömrük bəyannamələri başqa ödənişə bağlı olduğu müəyyən edilmişdir. İclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 29 yanvar 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN: **********) tərəfindən 20000(iyirmi min) ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 30 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 20 000(iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və 2 il müddət keçsə də, 20 000(iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" ASC tərəfindən AR Mərkəzi Banka ünvanlanmış 06 yanvar 2025-ci il tarixli KB- 244/2-7/2025 saylı məktubundan görünür ki, Şəxs MMC-in "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 20000(iyirmi min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********0795 saylı, xx.xx.2023-cü il tarixli **********5069 saylı, **********6234 saylı xx.xx.2024-cü il tarixli və **********4086 saylı xx.xx.2023-cü il tarixli Gömrük Bəyannamələri təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 26 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000(on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasında Gömrük bəyannamələrinin doldurulması qaydası nəzərdə tutulmuşdur. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin mövqeyinə görə ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs(VÖEN:**********) tərəfindən 30 dekabr 2023-cü il tarixdə 20000(iyirmi min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 20000(iyirmi min) ABŞ dolları pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Belə ki, məhkəmə iclası Şəxs MMC-nin nümayəndəsinin xahişi ilə dəfələrlə(dörd dəfə) təxirə salınmış və onlara Gümrük Bəyannamələrini təqdim etmək üçün şərait yaradılmışdır. Şəxs MMC-nin nümayəndəsinin nümayəndəsi tərəfindən müxtəlif tarixli Gömrük Bəyannamələri məhkəməyə təqdim edilmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasına təqdim etiyi xx.xx.2023cü il tarixli **********0795 saylı və xx.xx.2023-cü il tarixli **********5069 saylı Gömrük bəyannamələrinə münasibətdə qeyd edir ki, həmin GB Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" ASC ilə yoxlanılmış və həmin bəyannamələrin başqa ödənişlərə bağlı olması müəyyən edilmişdir. Daha sonra Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasına **********6234 saylı xx.xx.2024-cü il tarixli və **********4086 saylı xx.xx.2023-cü il tarixli Gömrük Bəyannamələri təqdim etmiş və GB Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" ASC ilə yoxlanılmışdır. Məhkəmə **********4086 saylı xx.xx.2023-cü il tarixli Gömrük Bəyannaməsinə münasibətdə qeyd edir ki, **********4086 saylı Gömrük Bəyannaməsi saxlancda olan maldır və göndərilən mallara uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının: GB-nin Qrafa 1. «Bəyanamənin tipi» hissəsində “61” kodu qeyd edilmiş, yəni həmin malın müvəqqəti saxlancda olması müəyyən edilmişdir. Həmin GB üzrə mal ölkəyə daxil olmamış, gömrüyün saxlancında saxlanılması müəyyən edilmişdir. Məhkəmə **********6234 saylı xx.xx.2024-cü il tarixli Gömrük Bəyannaməsinə münasibətdə qeyd edir ki, həmin GB ilə müəyyən edilmiş malların eyniləşdirilməsi aparıla bilməmişdir. GB üzrə invoys fərqli olduğundan və müqavilə tarixi fərqli olduğundan malların eyniləşdirilməsi aparıla bilməmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasına uyğun olaraq 44 qrafada 8001(İnvoys (hesab-faktura), proforma-invoys (hesab-proforma)) hissədə olan məlumatların göndərilən invoysun tarixi xx.xx.2024, nömrəsi AZK241028&AZK240807B, pulun göndərilməsi baradə invoysda isə(ödəniş tapşırığı OX3 xx.xx.2023-cü il) AZK230720, tarixi xx.xx.2023 olması müəyyən olunmuş. İnvoyslar fərqli olduğu üçün malların eyniləşdirilməsi aparıla bilməmişdir. Həmin qaydaların 31-ci qrafasında “Malların təsviri”(Eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü) qeyd ediləmlidir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Gömrük Bəyannamələri 20 000(iyirmi min) ABŞ dolları məbləğində vəsaitin bank vasitəsilə 30 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülsə də, həmin pulun qarşılığında malların idxal edilməsini təsdiq edən sənədlər kimi nəzərə alına bilmədiyindən sübut növü kimi qəbul edilə bilməz. Şəxs Məhdud Məsuliyyətli aparılmış əməliyyat üzrə malları(xidməti) ölkə ərazisinə iki il ərzində idxal etməsi barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs (VÖEN: **********) AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (20 000 ABŞ dolları) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 126-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 20 000(iyirmi min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 4000(dörd min) ABŞ dolları(dolların ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1143/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1143/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver