Məhkəmə qərarları › İş №3(5-101)-1144/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1144/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1144/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Haciağa oğlunun iştirakları ilə, Şəxs Haciağa oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 30 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayon, Maştağa qəsəbəsində yerləşən “Gül” mağazasında sudan qanunsuz olaraq, müqaviləsiz, sayğacsız istifadə edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs Haciağa oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərüffatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər rəhbər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq tədbirləri həyata keçirilir. Belə ki, bölmənin xx.xx.2026-cı il tarixli, 001 nömrəli sərəncamına əsasən, Sabunçu rayon, Maştağa qəsəbəsində yerləşən “Gül” mağazasında sudan qanunsuz olaraq, müqaviləsiz, sayğacsız istifadə faktı aşkar olunmuşdur. Fakt araşdırıldıqdan sonra bizə rəsmi sənəd təqdim edilmədiyi üçün təsərrüfat obyektində fəaliyyət göstərən vergi ödəyicisinə dair məlumatın təqdim edilməsi üçün Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə sorğu ünvanlanmışdır. Rəsmi məktuba əsasən, sözügedən obyektin fərdi sahibkar Şəxs Haciağa oğlunun (VÖEN-**********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə Şəxs Haciağa oğluna sudan istifadə ilə bağlı qanunvericiliyin tələblərini və araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs Haciağa oğlu tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 40 və 45-ci maddələrinin, “Su Təchizatı və X3” qanun 24, 58, 65, 67,72-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəfimizdən aparılmış video-çəkiliş və foto şəkillər iş materiallarına əlavə edilmişdir. Beləliklə, Şəxs Haciağa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs Haciağa oğlu bildirmişdir ki, Sabunçu rayon, Maştağa qəsəbəsində ona məxsus icarə müqaviləsi əsasında istifadə etdiyi gül düükanında istifadə olunun su müqaviləsiz və sayğacsızdır. Obyektin sahibi burda olmadığından sənədləşmə işi gecikir, qısa müddət ərzində obyektin istifadəsində olan suyun qeydiyyatı üçün müqavlə bağlanması və sayğac quraşdırılması üçün müvafiq qurumlara müraciət ediləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 30 yanvar 2026-cı il tarixli , MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Sabunçu rayon, Maştağa qəsəbəsində yerləşən “Gül” mağazasında sudan qanunsuz olaraq, müqaviləsiz, sayğacsız istifadə edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs Haciağa oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 30 yanvar 2026-cı il tarixli, 000391 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə bvə onların mühafizəsi qaydalarının, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinin yoxlanması məqsədilə Bölmənin xx.xx.2026-cı il tarixli, 005 nömrəli sərəncamına əsasən Sabunçu rayon ərazisi üzrə tərəfimizdən monitorinq-nəzarət tədbirləri keçirildi. Monitorinq ilə əlaqədar Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində keçirilən baxış zamanı 1 mərtəbəli qeyri-yaşayış obyektində (gül mağazası) sudan qanunsuz istifadə faktı müəyyən edildi. Monitorinq zamanı özünü sözügedən obyektin icarəçisi kimi təqdim edən Şəxs Haciağa oğlu yazılı izahatında “obyektin onun tərəfindən icarə müqaviləsi əsasında icarəyə götürülərək işlədildiyini və hazırda sudan qanunsuz istifadə etdiyini” bildirərək faktı təsdiq etdi, lakin icarə müqaviləsini və vergi ödəyicisi barədə məlumatları təqdim etməkdən imtina etdi. Tərəflərindən xx.xx.2026-cı il tarixli monitorinq aktı tərtib olunmuş və bununla bağlı müvafiq əldə edilməsi və inzibati araşdırma məqsədilə inzibati Xətalar Məcəlləsinin 99.1.1 və 102.1-ci maddələri əsasında inzibati icraata başlanıldı. İnzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması haqqında xx.xx.2026-cı il tarixli qərardad qəbul edilmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində küçəsində keçirilən baxış zamanı 1 mərtəbəli qeyri-yaşayış obyektində (gül mağazası) fəaliyyət göstərən subyekt, yəni vergi ödəyicisi barədə məlumatların əldə edilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixində X4 və Uçotun Təşkili Baş İdarəsinə 3-53-/-1/2-90/2026nömrəli məktub göndərildi. X4 və Uçotun Təşkili Baş İdarəsinin tərəfindən göndərilən xx.xx.2026-cı il tarixli 3-21-4/2-37020/2026 nömrəli cavab məktubunda sözügedən obyektin fərdi sahibkar Şəxs Haciağa oğlunun (VÖEN- **********) fəaliyyət göstərdiyi bildirildi. Araşdırma müddətində Şəxs Haciağa oğluna sudan istifadə ilə bağlı qanunvericiliyin tələblərini və araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs Haciağa oğlu tərəfindən Azərbaycan Respublikasının “Su Məcəlləsinin 40 və 45-ci maddələrinin, Su Təhcizatı və X3 Azərbaycan Respublikasının Qanununun 24, 30, 58, 65, 67, 72-ci maddələrinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qanunlarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli Qərarı ilə rəsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” Qərarının müvafiq maddələrinin tələbləri pozulmuşdur. Monitoriq aktı, ziyan aktı və cədvəli, izahat məktublar ərazidən çəkilmiş fotoşəkillər, video görüntülər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Haciağa oğlu Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati materialda olan sənədlər və videodiskdə olan görüntülərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Haciağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Haciağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar