Məhkəmə qərarları › İş №3(5-101)-1145/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1145/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1145/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşul olan, Bakı şəhəri, Q.Qarayev prospekti, 61, 112 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30 yanvar 2026-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi sağ kənarında yerləşən Şəxs məxsus qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 30 yanvar 2026-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi sağ kənarında yerləşən Şəxs məxsus qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, odur ki, barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30 yanvar 2026-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi sağ kənarında yerləşən Şəxs məxsus qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin 30 yanvar 2026-cı il tarixli 000381 saylı aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması məqsədi ilə bölmənin 26 yanbar 2026-cı il tarixli 010 nömrəli sərəncamına əsasən Sabunçu rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirildi. Monitorinq zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi sağ kənarında yerləşən Şəxs məxsus qeyriyaşayış obyekti müqavilə bağlanmadan, su sayğacı quraşdırılmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkarlanan qanun pozuntusu vətəndaşa izah edildi. Vətəndaş öz növbəsində sənədləri təqdim edərək yazılı izahat verdi. Yazılı izahatında aşkarlanan halı təsdiq edərək qısa müddətə aradan qaldıracağını bildirdi. Nəticədə Şəxs Azərbaycan Respublikası “Su Məcəlləsinin” 40, 45 və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 24, 58, 67, 72-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın müvafiq maddələrini pozmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, video gürüntü və digər sənədlər akta əlavə olunmuşdur; Şəxs 30 yanvar 2026-cı il tarixli izahatından görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi sağ kənarında yerləşən qeyri-yaşayış obyekti ona məxsusdur. Hazırda su xəttinə müqavilə bağlanmadan sayğaca qoşulma halı vardır. Ona müvafiq vəzifələr izah edilmişdir. Qeyd edilən halı müyyən müddətə aradan qaldırcaqdır; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 30 yanvar 2026-cı il tarixli aktından görünür ki, Sabunçu rayonu sukanal idarəsinin Təhlil qrupunun əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, ünvanda D=20 mm-lik boru vasitəsilə sudan qeyriqanuni istifadə olunması faktı tərəflərindən aşkarlanmışdır və dəymiş ziyan 2052 manat hesabat verildi, abonetin su təchizatı tərəflərindən dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, foto və video çəkiliş, akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar