Məhkəmə qərarları › İş №3(5-101)-1146/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1146/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1146/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7, 327.6-cı və 327.8-ci maddələri ilə barəsində tərtib edilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 20 yanvar 2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 dekbar 2025-ci il tarixdə, saat 07:30 radələrində idarə etdiyi “KİA Sorento minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolunda hərəkətdə olarkən piyada zolağı ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməklə hadisə yerindən qaçmışdır. Nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Səlahiyyətli orqana və barəsində protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o universitetə gedərkən Balaxanı yolu istiqamətində piyada keçidindən istifadə edərkən KİA markalı maşın onu vurmuşdur. Maşının onu vurması nəticəsində yerə yıxılmış, həmin vaxt sürücü sonradan adını bildiyi Şəxs ona yaxınlaşaraq onu günahkar çıxarmağa çalışmışdır. Ona qarşı heç bir yardım göstərməyərək çıxıb getmişdir. Evə qayıdaraq hadisəni atasına danışmış, atası zəng vuraraq 102 xidmətinə məlumat vermiş və o paltarlarını dəyişərək Universitetə getmişdir. Atasının müraciəti əısasında Sabunçu RPİ-nin təhqiqat şöbəsinə dəvət edilmiş, izahatı alınmış və video görüntülər zamanı müəyyən edilmişdir ki, onu vuran şəxs Şəxsdur. Bundan sonra Şəxs onun atasına yığaraq şikayət ərizəsini geri götürməsini xahiş etmiş, bunun qarşılığında çəkmiş olduğumuz xərclərin əvəzini ödəmişdir. Bu səbəbdən də notarial qaydada ərizə verərək Şəxs şikayətçi olmadığını bildirmişdir. Hazırda Şəxs şikayətçi deyil, ona dəymiş ziyan ödənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 19 dekabr 2025-ci il tarixli, 2709 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Ədail oğlunda sol almacıq nahiyyəsinin dərialtı hematoması, hər iki əlin ovuc səthinin əzilmiş yaraları aşkar edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 20 yanvar 2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 dekbar 2025-ci il tarixdə, saat 07:30 radələrində idarə etdiyi “KİA Sorento minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolunda hərəkətdə olarkən piyada zolağı ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməklə hadisə yerindən qaçmışdır. Nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Şəxs təhqiqat orqanına vermiş olduğu izahatdan görünür ki, o idarə etdiyi “KİA Sorento minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolunda hərəkətdə olarkən Saf marketin qarşısında piyada uşağın piyadalar üçün nəzərəd tutulmuş yerdən yolun sol hissəsində sağ kənarına doğru qaçmasını gördükdə əyləcdən istifadə etmişdir. Həmin vaxt azyaşlı uşaq bilmədiyi səbəbdən yolun sağ kənarında yük maşınına dəyib yerə yıxılmışdır. O avtomobili saxlayıb piyadaya yaxınlaşaraq nə etməsini soruşaraq irad bildirmişdir. Bundan sonra o çıxıb getmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.6-cı maddəsinə görə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2– 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını(İXM 32.1.1) və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.6-cı maddələri ilə bağlı qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.7 və 327.6-cı maddələri nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu həmin hissədə məhkəməyə göndərməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar