Məhkəmə qərarları › İş №3(5-101)-12/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-12/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-12/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Vəsatət vermiş şəxs X2 ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-101)-12/2026 saylı qərardadına əsasən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilməmiş və vəsatət rədd edilmişdir. Buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilmədiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar