Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1203/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəisi X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu, Bambaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı rayonu, Bambaşı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə M.Nağıyev küçəsində vətəndaş X5 məxsus “Atego” 500 manat dəyərində akumlyatorun Şəxs tərəfindən oğurlanması aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında X5 dəymiş ziyanı tam ödədiyini bildrmişdir. Sonunda əməlindən peşman olduğunu bildirərək barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 çıxış edərək bildirmişdir ki, ona məxsus olan avtomobilinin 500 manat dəyərində akumlyatoru Şəxs tərəfindən oğurlanmışdır. O, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanova həmin Şöbənin təhqiqatçısı Nərman Sadullayev tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanda yaşayan vətəndaş X7 (***- ***-**-** ) ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 20 radələrindən xx.xx.2026-cı il tarixdə səhər saat 09:30 radələrinədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Nağıyev küçəsində etibanamə ilə idarə etdiyi Mersedes Atego markalı, **-GK-*** d.q.n-li yük maşınından iki ədəd akumlyator naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində 500 manat maddi ziyan vurulmuşdur. Hadisəni törədən şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini və ona vurulmuş maddi ziyanın qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən şəxsin barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. X2 tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(5-101)-1203/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1203/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver