Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1207/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi X1 iştirakı ilə, X3 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 24 yanvar 2026-cı il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bilgəh qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən şəxsi yaşayış sahəsində anbar qazıntısı aparmışdır. Qazıntı zamanı çıxan qaya parçalarının ərazidən kənarlaşdırılması üçün müvafiq texnika (yük maşını) ilə öncədən razılıq əldə edilmişdir. Həyətin girişinin darlığı səbəbindən yük maşınının daxil olaraq materialı birbaşa götürməsi mümkün olmadığından, daşınma prosesini sürətləndirmək və operativliyi təmin etmək məqsədilə qaya parçalarını müvəqqəti olaraq hasarının kənarına, yolun kənarına yığdırmalı olmuşdur. Hesab edir ki, hərəkətlərində ətraf mühiti çirkləndirmək niyyəti olmamışdır. Bir vətəndaş kimi hər zaman ərazinin abadlığına diqqət yetirən, hasarının kənarını şəxsi vəsaitilə yaşıllaşdıran və kənar şəxslərin atdığı tullantıları mütəmadi olaraq öz hesabına təmizlətdirən şəxsdir. Öz yaşadığı evin qarşısını zibilləmək həm məntiqi, həm də vətəndaşlıq mövqeyinə ziddir. Qaya parçalarının hasar kənarına çıxarılması tullantı atmaq məqsədilə deyil, onların yük maşınına sürətli yüklənməsi üçün keçid mərhələsi idi. Sahə müvəkkili əraziyə gəldikdə ona yük maşını ilə artıq razılaşdığını, maşının yolda olduğunu və cəmi 1-2 saat ərzində ərazinin tamamilə təmizlənəcəyini bildirməyinə baxmayaraq, o, vəziyyəti obyektiv qiymətləndirmədən dərhal cərimə tətbiq etmişdir. Hadisənin gedişatı sübut edir ki, o sözügedən materialları həqiqətən də qısa müddətdə kənarlaşdırmaq niyyətində olmuşdur. Belə ki, protokol tərtib edildikdən cəmi 1.5 saat sonra yük maşını əraziyə gəlmiş və qaya parçaları tamamilə daşınmışdır. Materiallar nəqliyyatın və ya piyadaların hərəkətinə hər hansı maneə törətməmiş, ətraf mühitə davamlı ziyan vurulmamışdır. Hesab edir ki, sahə müvəkkili inzibati icraat zamanı məsələnin mahiyyətinə varmamış, vətəndaşın xoş niyyətini və təmizləmə planını nəzərə almadan formal yanaşma nümayiş etdirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən xx.xx.2026 tarixində tərtib edilmiş EXP1852109 saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüdə görünən istehsalat tullantılarının onun tərəfindən atılmadığını, video görüntüdəki qaya parçalarının onun tərəfindən küçəyə atıldığını bildirmişdir. Həmin qaya parçaları məişət tullantısı hesab edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş qərarın əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən 24 yanvar 2026-cı il tarixdə saat 15:06-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 24 yanvar 2026-cı il tarixli, EXP seriaylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən 24 yanvar 2026-cı il tarixdə saat 15:06-da ünvan 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X4 tərəfindən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən 24 yanvar 2026-cı il tarixdə saat 15:06-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X4 tərəfindən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X4 tərəfindən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halı aşkar edilmişdir. Lakin məhkəmə iclasında X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüdə görünən istehsalat tullantılarının onun tərəfindən atılmadığını, video görüntüdəki qaya parçalarının onun tərəfindən küçəyə atıldığını bildirmişdir. Həmin qaya parçaları məişət tullantısı hesab edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş qərarın əsassız olduğunu bildirmişdir. X3 şikayətində göstərdiyi həyətindən qazıntı nəticəsində çıxan qaya parçalarının məişət tullantısı sayılmamasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: “Tullantılar haqqında” Azərbaycan Respbublikasının Qanunun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Göründüyü kimi, qanunun mənası baxımından sözügedən qaya parçaları yaşayış yerində həyətyanı sahənin qazılması nəticəsində əmələ gələn material hesab olunmaqla məişət tullantısı hesab olunur. Bundan başqa, X4 şikayətində həyətin girişinin darlığı səbəbindən yük maşınının daxil olaraq materialı birbaşa götürməsi mümkün olmamasını əsas gətirsə də, protokolu tərtib etmiş orqanın təqdim etdiyi videoçəkilişə baxış zamanı həyətin giriş qapısının böyük olduğu, hər hansı yük maşınının daxil olmasına maneə olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın təqdim etdiyi videogörüntüyə baxı zamanı X4 həmin çəkilişdə danışan şəxsin özü olduğunu, qaya parçalarının onun tərəfindən küçəyə yığılmasını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, “Tullantılar haqqında” Azərbaycan Respbublikasının Qanununun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. X2 məhkəmə iclasında verdiyi izahatında və şikayət ərizəsində həmin qaya parçalarının onun tərəfindən atıldığını qeyd etmiş, həmçinin video görüntüdə X4 yenidən həyətindəki qaya parçalarını həmin küçəyə atacağını və həmin inzbati xətanı yenidən törədəcəyini bildirmişdir. Təqdim edilmiş sənədlərə, X3 izahatına və video götüntüyə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2026-cı il tarixli, EPQ seriaylı ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1207/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1207/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver