Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1208/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 29 iyul 2025-ci il tarixli, EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 29569931 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 40 manat məbləğində cərimə edilmişdir. O barəsində belə bir qərar qəbul edilməsindən xəbərsiz olmuşdur. Yalnız xx.xx.2026-cı il tarixdə müəyyən etmişdir ki, barəsində Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 29569931 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. xx.xx.2026-cı il tarixdə Bakı şəhər DİN BDYPİ-nə müraciət edərək, qərarın surətini götürmüşdür. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, guya o - X5 xx.xx.2025-ci il tarixdə, saat 12:20-də QİS9-Zabrat şossesi-M.Bayramov Zabrat ist 1 ünvanında “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etmədiyimə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, barəsində tərtib edilən inzibati tənbeh barədə qərarla razi deyildir. Çünki o, yol nişanlarının tələblərini pozmamış və heç bir inzibati pozuntuya yol verməmişdir. Göründüyü kimi DİN BDYPİ-nin əməkdaşı yanlış nəticəyə gələrək onu nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə əməl etməməklə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmişdir. Bu hal tamamilə yanlışdır. O belə bir inzibati pozuntuya yol verməmişdir. Göründüyü kimi DİN BDYPİ-nin əməkdaşı heç bir sübuta əsaslanmayan, əsassız qərar qəbul edilmişdir. Hesab edir ki, vətəndaşın inzibati xəta törətməsini sübut etmək inzibati qərar tərtib etmiş orqanının vəzifəsidir. Əgər sübut yoxdursa onun inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda və sair. Qeyd olunanlara əsasən məhkəmədən onun 40 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29569931 saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli qərarda qeyd edilmiş “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində deyildir, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Qeyd edilən nəqliyyat vasitəsi tərəfindən idarə edilməsi üçün "xxxx" MMC tərəfindən ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi gündəlik verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilir. Göstərilən tarixdə avtobus onun tərəfindən idarə edilməmişdir. Qərarı qəbul etmiş orqan tərəfindən xətanın törədilməsini təsdiq edən video görüntü təqdim edilməsinə baxmayaraq həmin nəliyyat vasitəsinin onun tərəfindən idarə edilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmədən qeyd edilən halların nəzərə alınmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X3 28 iyul 2025-ci il tarixdə saat 12:20-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi ideo görüntüyə baxış keçirilmiş, təqdim edilmiş video görüntüdə “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nişanlarının tələblərinə riayət edilməməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X3 28 iyul 2025-ci il tarixdə saat 12:20-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir; İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında qərarda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən iş üzrə təqdim edilmiş sənədlər və video görüntüdə inzibati xətanın olması halı aşkar edilsə də, qeyd edilən nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli qərarda qeyd edilmiş “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində deyildir, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Qeyd edilən nəqliyyat vasitəsi tərəfindən idarə edilməsi üçün "xxxx" MMC tərəfindən ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi ona gündəlik verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli qərarda qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmiş, 28 iyul 2025-ci il tarixdə saat 12:20-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Qərarı qəbul etmiş orqan tərəfindən xətanın törədilməsini təsdiq edən video görüntü təqdim edilməsinə baxmayaraq həmin nəliyyat vasitəsinin onun tərəfindən idarə edilməsini tədiq edən sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmədən qeyd edilən halların nəzərə alınmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə baxış keçirilmiş, təqdim edilmiş video görüntüdə “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nişanlarının tələblərinə riayət edilməməsi halı müəyyən edilməsinə baxmayaraq, həmn nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, həmçinin X5 izahatında əsas gətimişdir ki, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Qeyd edilən nəqliyyat vasitəsi tərəfindən idarə edilməsi üçün "xxxx" MMC tərəfindən ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi gündəlik verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilir. Qeyd edilən tarixdə inzibati xəta onun tərəfindən törədilməmiş, 28 iyul 2025-ci il tarixdə saat 12:20-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu da öz növbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın əsaslı və qanuni olmasında şübhə doğurur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli EQ seriyalı 29569931 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1208/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1208/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver