Məhkəmə qərarları › İş №3(5-101)-1210/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1210/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1210/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ seriyalı 31496281 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ seriyalı, 31496281 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 31496281 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 50 manat məbləğində cərimə edilmişdir. Barəsində belə bir qərar qəbul edilməsindən xəbərsiz olmuşdur. Yalnız xx.xx.2026-cı il tarixdə müəyyən etmişdir ki, barəsində Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 31496281 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. xx.xx.2026-cı il tarixdə Bakı şəhər DİN BDYPİ-nə müraciət edərək, qərarın surətini götürmüşdür. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 05:34-də NTS9-Zabrat Şossesi, Zabrat dairəsi yaxınlığı, Zabrat dairəsi ist 1 ünvanda "DAEWOO BS090" AVTOBUS markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsi halı müəyyən olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. X1 idarə etdiyi "DAEWOO BS090" avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. O isə "xxxx" MMC-de sürücü kimi fəaliyyət göstərir, "xxxx" MMC-nin xəttə buraxdığı avtobusları idarə etmək üçün mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək onun vəzifəsi deyildir. Bunu mülkiyyətiçi ya da "xxxx" MMC təmin etməli idi. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən mənim barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31496281 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən mənim barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31166008 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31496281 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31496281 inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31496281 tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair fotogörüntüdən görünür ki, kimliyinin fotoşəkildən müəyyən olunması mümkün olmayan şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 05:34-də NTS9-Zabrat Şossesi, Zabrat dairəsi yaxınlığı, Zabrat dairəsi ist 1 ünvanda "DAEWOO BS090" AVTOBUS markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, həmçinin Konstitusiya prinsiplərinə, beynəlxalq hüquq normalarına və məhkəmə təcrübəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsə qarşı irəli sürülən ittihamların sübut edilməsi dövlət orqanının öhdəliyidir. Baş X4 İdarəsinin nümayəndəsinin məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi, şəxsə qarşı təqsirin sübut olunmaması deməkdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin hüquqlarının tam qorunması üçün dövlət orqanları sübut yükünü tam şəkildə yerinə yetirməli, məhkəmə isə sübutlara əsaslanan ədalətli və qanuni qərar qəbul etməlidir. Baş X4 İdarəsinin nümayəndəsinin məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi inzibati xətanın mövcudluğunu təsdiq etməyə imkan vermir. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ seriyalı, 31496281 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ seriyalı, 31496281 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar