Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1217/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 11 noyabr 2025-ci il tarixli, EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 31924270 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. O barəsində belə bir qərar qəbul edilməsindən xəbərsiz olmuşdur. Yalnız xx.xx.2026-cı il tarixdə müəyyən etmişdir ki, barəsində Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 31924270 nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. xx.xx.2026-cı il tarixdə Bakı şəhər DİN BDYPİ-nə müraciət edərək, qərarın surətini götürmüşdür. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 06:34-də NTS9 -Zabrat Şossesi, Zabrat dairəsi yaxınlığı, Zabrat dairəsi ist 2 ünvanda “DAEWOO BS090" AVTOBUS markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə halı müəyyən olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o - X3 idarə etdiyi “DAEWOO BS090" avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMCnin mülkiyyətindədir. Mən isə "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərirəm, "xxxx" MMC-nin xəttə buraxdığı avtobusları texniki baxışdan keçirmək onun vəzifəsi deyildir. Bunu mülkiyyətiçi ya da "xxxx" MMC təmin etməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə içraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda və sair. Qeyd olunanlara əsasən məhkəmədən onun 50 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31924270 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X6 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarda qeyd edilmiş “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində deyildir, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi ona gündəlik verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də nəqliyyat vasitəsini idarə etmək üçün verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarda qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmiş, 27 oktyabr 2025-ci il tarixdə saat 06:34-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Odur ki, məhkəmədən qeyd edilən halların nəzərə alınmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X3 27 oktyabr 2025-ci il tarixdə saat 06:34-də NTS9-Zabrat şossesi Zabrat dairəsi yaxınlığı Zabrat dairəsi istiqaməti 2 ünvanında “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi DİN-nin DYP web portalından çıxarışdan görünür ki, “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X3 27 oktyabr 2025-ci il tarixdə saat 06:34-də NTS9-Zabrat şossesi Zabrat dairəsi yaxınlığı Zabrat dairəsi istiqaməti 2 ünvanında “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında qərarda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən iş üzrə təqdim edilmiş sənədlərdə inzibati xətanın olması halı aşkar edilsə də, qeyd edilən inzibati xətanın X6 tərəfindən törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X6 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarda qeyd edilmiş “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində deyildir, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi ona gündəlik verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarda qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmiş, 27 oktyabr 2025-ci il tarixdə saat 06:34-də “DAEWOO BS090 AVTOBUS minik” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Odur ki, məhkəmədən qeyd edilən halların nəzərə alınmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki, nəqliyyat vasitəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından və ya texniki baxışdan keçirilməlidir. Məhkəmə iclasında X6 izahatında qeyd etmişdir ki, “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyildir. Həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona yol vərəqəsi verilir və həmin yol vərəqəsi ona gündəlik müddətə verilir. Həmçinin həmin yol vərəqəsi ondan başqa digər sürücülərə də həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilir. X4 “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün yol vərəqəsi verilməsinə baxmayaraq məhkəmə qeyd edir ki, yol vərəqəsi nəqliyyat vasitəsinin hərəkətini, sürücünün işini, yanacaq sərfiyyatını və daşınan yükü, sərnişini sənədləşdirən ilkin uçot sənədidir. O, mövcud olan nəqliyyat və ya xidmət müqaviləsinə əsasən reallaşan işin icrasını təsdiqləyir. Hüquqi mənada müstəqil bir müqavilə hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsini müəyyənləşdirmək mümkün olmamış, həmin nəqliyyat vasitəsinin X6 tərəfindən idarə edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu da öz növbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın əsaslı və qanuni olmasında şübhə doğurur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 11 noyabr 2025ci il tarixli EQ seriyalı 31924270 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli EQ seriyalı 31924270 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1217/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1217/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver