Məhkəmə qərarları › İş №3(5-101)-1223/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1223/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1223/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC sorğunu rəsmi qaydada aldğı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları verməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs MMC-yə Sabunçu RPİ-dən məktub xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Onlar da xx.xx.2026-cı il tarixdə sürücü barəsində məlumatları təqdim etmişlər. Hətta həmin sürücü yol verdiyi pozuntuya görə inzibati tənbehə də məruz qalmışdır. Yəni, onlar tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Şəxs MMC -nin mülkiyyətində olan “UAZ 315142 012” minik markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “UAZ 315142 012” minik markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs MMC-dən xahiş olunmuşdur; Hüquqi şəxsə ünvanlanmış sorğu məktubuna dair xəbərnamədən görünür ki, xəbərnaməyə şəxsən qeydinin qarşısında “Əliyeva” soyadı qeyd edilərək imzalanmışdır; Elektron məlumat sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ 1034, ünvan 3dır. Şəxs MMC tərəfindən Sabunçu RPİ-nin DYPŞ-nə ünvanlanmış və sonuncu tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmiş sorğuya cavab məktubundan görünür ki, “UAZ 315142 012” minik markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2026-cı il tarixdə saat 08:44-də Bakı-Şamaxı-Yevlax yolunun 14-cü km-də İXM-nin 328.1-ci maddəsi ilə müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə kameraya düşmüş, həmin avtomaşının cəriməsinin qərarlaşdırılması üçün göstəriş verilməsi xahiş edilmiş, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həm hüquqi şəxsin nümayəndəsinin izahatı, həm də poçt xəbərnaməsi əsasında müəyyən edilmişdir ki, Şəxs MMC-yə Sabunçu RPİ-nin DYPŞ tərəfindən ünvanlanmış sorğu məktubu hüquqi şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi sorğu məktubuna cavabdan görünür ki, Sabubçu RPİ-nin DYPŞ-nin sorğu məktubuna xx.xx.2026-cı il tarixdə cavab verilmiş və sonuncu tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin yaranması üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) zəruri məlumatın təqdim edilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə müəyyən olunmuşdur. Hazırki iş üzrə isə qeyd edilən hal müəyyən olunmadığından, əksinə tələb olunan məlumatın 5 gün ərzində səlahiyyətli orqana təqdim edilməsi müəyyən olunduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar