Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-133/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X13 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ünvan 1 VÖEN ********** olan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 22 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 və X2 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə xx.xx.2025-ci il tarixli 3-17-5/2-99013/2025, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 105046/2025 və xx.xx.2025-ci il tarixli 3-17-5/2-117047/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər natamam (əmək haqqı hesablama cədvəli 2024-cü ilin oktyabr ayı, əmək haqqı ödənilməsini təsdiq edən sənədlər xx.xx.2023-xx.xx.2024-cü illər üzrə, məzuniyyət haqqında əmr və ərizələr, məzuniyyət haqlarının hesablanması və ödənilməsi təsdiq edən sənədlər) təqdim olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X1 və X2 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə xx.xx.2025-ci il tarixli 3-17-5/2-99013/2025, xx.xx.2025-ci il tarixli 3-17-5/2-105046/2025 və xx.xx.2025-ci il tarixli 3-17-5/2- 117047/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər natamam (əmək haqqı hesablama cədvəli 2024-cü ilin oktyabr ayı, əmək haqqı ödənilməsini təsdiq edən sənədlər xx.xx.2023-xx.xx.2024-cü illər üzrə, məzuniyyət haqqında əmr və ərizələr, məzuniyyət haqlarının hesablanması və ödənilməsi təsdiq edən sənədlər) təqdim olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs MMC-nin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxsndə işləmiş iki işçi tərəflərindən işdən azad edildikdən sonra, həmin işçilər Şəxsndən müvafiq orqanlara şikayət etmişdirlər. Səbəb olaraq isə əmək haqqlarının vərilməməsini və başqa halları göstərmişdirlər. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərfindən tələb edilmiş sənədlər tərəflərindən həmin orqana göndərilmişdir. Sadəcə olaraq həmin işçilərin məzuniyyətdə olduqları zaman onlara ödənilmiş əmək haqqlarını təsdiq edən sənədlərin X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi ilə bağlı problem yaranmasında səbəb o olmuşdur ki, həmin məzuniyyət haqları tərəflərindən işçilərə nağd şəkildə yəni əlbəəl təqdim edilmişdir. Bu səbəbdən bunu təsdiq edən sənəd olmadığından həmin sənədlərin X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş cərimənin şərti olaraq tətbiq edilməsinə etirazları yoxdur, 1 ay müddətində göstərilən pozuntunu aradan qaldıraraq müvafiq sənədləri orqana təqdim edəcəklər, qeyd edilən halın nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 və X2 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə xx.xx.2025-ci il tarixli 3-17-5/2-99013/2025, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 105046/2025 və xx.xx.2025-ci il tarixli 3-17-5/2-117047/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər natamam (əmək haqqı hesablama cədvəli 2024-cü ilin oktyabr ayı, əmək haqqı ödənilməsini təsdiq edən sənədlər xx.xx.2023-xx.xx.2024-cü illər üzrə, məzuniyyət haqqında əmr və ərizələr, məzuniyyət haqlarının hesablanması və ödənilməsi təsdiq edən sənədlər) təqdim olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/2-99013/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X3 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Əks halda tərəflərindən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) DƏMX-nə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər; X9 Xidmətinin Bakı şəhər İdarəsinin reyestrdən görünür ki, 27 oktyabr 2025-ci il tarixli məktub Şəxsnə göndərilmişdir; Poçt göndərişlərinin izlənilməsindən aşkar olunur ki, 27 oktyabr 2025-ci il tarixli məktub 14 noyabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/2-105046/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Əks halda tərəflərindən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) DƏMX-nə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər; X9 Xidmətinin Bakı şəhər İdarəsinin reyestrdən görünür ki, 14 noyabr 2025-ci il tarixli məktub Şəxsnə göndərilmişdir; Poçt göndərişlərinin izlənilməsindən aşkar olunur ki, 14 noyabr 2025-ci il tarixli məktub 17 dekabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/2-117047/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X3 Şəxsndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı müraciətinə X9 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim ediiməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Əks halda tərəflərindən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) DƏMX-nə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/2-113987/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 və X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə, 4 saylı Bakı DOST Mərkəzinə ünvanladıqları müraciətlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən edikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar X3 və X2 müraciətlərinə münasibət bildirilməsi və vətəndaşlara aid sənədlərin 7 (yeddi) iş günü ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsilə əlaqədar xx.xx.2025-ci il tarixli 3-17-5/2-99013/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-105046/2025 nömrəli sorğu məktubları göndərilmiş, lakin tərəflərindən tələb olunan sənədlər natamam (məzuniyyət hüququndan istifadə edilməsinə dair işəgötürənin əmrləri, işçilərin ərizəsi, məzuniyyət haqlarının hesablanma cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti) təqdim edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 5 saylı Bakı DOST Mərkəzinə (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxsndə işləmiş iki işçi tərəflərindən işdən azad edildikdən sonra, həmin işçilər Şəxsndən müvafiq orqanlara şikayət etmişdirlər. Səbəb olaraq isə əmək haqqlarının vərilməməsini və başqa halları göstərmişdirlər. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərfindən tələb edilmiş sənədlər tərəflərindən həmin orqana göndərilmişdir. Sadəcə olaraq həmin işçilərin məzuniyyətdə olduqları zaman onlara ödənilmiş əmək haqqlarını təsdiq edən sənədlərin X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi ilə bağlı problem yaranmasında səbəb o olmuşdur ki, həmin məzuniyyət haqları tərəflərindən işçilərə nağd şəkildə yəni əlbəəl təqdim edilmişdir. Bu səbəbdən bunu təsdiq edən sənəd olmadığından həmin sənədlərin X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi qeyri-mümkün olmuşdur. İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş cərimənin şərti olaraq tətbiq edilməsinə etirazları yoxdur, 1 ay müddətində göstərilən pozuntunu aradan qaldıraraq müvafiq sənədləri orqana təqdim edəcəklər, qeyd edilən halın nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, MMC-nin nümayəndəsinin yuxarıda göstərilən məzmunda vermiş olduğu izahatı özünü müdafiə xarakterli izahat kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs nümayəndəsi təkcə işçilərin məzuniyyətdə olduqları zaman onlara ödənilmiş əmək haqqlarını təsdiq edən sənədlərin təqdim edilmədiyini və səbəb olaraq isə işçilərin məzuniyyətdə olduqları zaman onlara ödənilmiş əmək haqqlarının işçilərə nağd şəkildə yəni əlbəəl təqdim edildiyini bildirmişdir. Halbuki inzibati xəta haqqında protokola, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X5 izahatına və iş materiallarına baxış etdikdə aydın olur ki, Şəxs tərəfindən sənədlər natamam təqdim olunmuş, əmək haqqı hesablama cədvəli 2024-cü ilin oktyabr ayı, əmək haqqı ödənilməsini təsdiq edən sənədlər xx.xx.2023-xx.xx.2024-cü illər üzrə, məzuniyyət haqqında əmr və ərizələr, məzuniyyət haqlarının hesablanması və ödənilməsi təsdiq edən sənədlər X9 Xidmətinin Bakı şəhər İdarəsinə orqan tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Göründüyü kimi, təkcə məzuniyyət ödənişi ilə bağlı sənədlər deyil, digər sənədlərində təqdim edilməməsi protokolda göstərilmiş, hüquqi şəxsin nümayəndəsi həmin sənədlərin təqdim edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilməli və həmin cərimə 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, Şəxsnə törətdiyi hüquqpozmanı aradan qaldırılması üçün 01 (bir) ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxsnə izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1 -ci maddəsinə əsasən Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilsin. Şəxs törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxsnə izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabuçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-133/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-133/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver