Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1347/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Sabunçu RPİ DYPŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququndan məhrum olduğu halda “Daewoo BS 090” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən “İveco” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtobusu və “Toyota Pirus” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili vurub maddi zərər yetirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ DYPŞ-nin axtarış üzrə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sürücülük vəsiqəsi olmadan işlədiyi şirkətin verdiyi yol vərəqəsi əsasında “Daewoo BS” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşımışdır. Şirkətə də sürücülük hüququnun məhdudlaşdırılmasını bildirsə də onlar buna əhəmiyyət verməmiş və ona narahat olmamasını, nəsə baş versə onların həll edəcəyini bildirmişdir. O, da onların sözündən çıxmamışdır. xx.xx.2025-ci il tarixdə Zabrat-Kürdəxanı yolunda yuxarıda qeyd etdiyi avtobusla sərnişin daşımanı həyata keçirən zaman yolda düzgün ara məsafəsi seçmədiyi üçün “İveco” markalı, 99 – RB – 926 dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurub toqquşmuş, həmin avtobus zərbədən qarşıda hərəkətdə olan “Toyota Pirus” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub toqquşmuşdur. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyi, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin DYP web portal çıxarışından görünür ki, Şəxs sürücülük hüququ xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək məhdudlaşdırılmışdır. sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli 1/11926 nömrəli protokoldan görünür ki, həmin tarixdə Şəxs ayıq olmuşdur. Müstəqil ekspert tərəfindən tərib edilmiş avtomobilə dəymiş ziyana dair 06 fevral 2026-cı il tarixli arayışdan görünür ki, “İVECO OTOYOL AVTOBUS” markalı, ** RB *** dövlət nömrə nişanlı avtomobilə zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri üçün 555 manat vəsait tələb olunur. Müstəqil ekspert tərəfindən tərib edilmiş avtomobilə dəymiş ziyana dair 06 fevral 2026-cı il tarixli arayışdan görünür ki, “Toyota Pirus” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri üçün 330 manat vəsait tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.7-ci maddəsinə əsasən bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 06 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X3 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı İXPelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-1347/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1347/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver