Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-135/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31883077 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31883077 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində özünə məxsus olan “Ssang Yong" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun 280-ci km-də müəyyən olunmuş 90 km/saat hərəkət sürətinin 24 km/saat həddində aşılması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələblərinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, real vaxt rejimində Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında sözügedən Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barəsində elektron qaydada EQ31883077 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Sözügedən qərarla razı olmadığından inzibati qaydada şikayətlər verilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 06 dekabr 2025-ci il tarixli məktubları 11 dekabr 2025-ci il tarixdə elektron poçt ünvanına göndərilərək, şikayətinin təmin olunmaması bildirilmişdir. Məhkəməyə də təqdim edilmiş şəkillərdən də görünür ki, çəkilişlər "radar" ilə deyil, hər hansı bir telefon və ya digər foto çəkilişi üçün istifadə edilən aparatla çəkilmişdir. Bununla belə çəkilişlər gizli şəkildə, ona heç bir məlumat verilmədən, avtomobilin arxasından və yandan edilmişdir. Məhkəmədən Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31883077 saylı qərar ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ31883077 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 15:29-da "Ssang Yong" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş sürət həddinin aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmiş, yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İş materialları öyrənilərkən inzibati xətanın aşkar edilməsində hansı xüsusi texniki vasitələrdən istifadə olunması aydın deyil. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ31883077 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X4 barəsində İXM-nin 328.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ31883077 nömrəli qərar qəbul edilmiş, lakin buna əsas olmuş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə X2 ərizəsində yol polisi əməkdaşları çəkiliş apararkən onlara məxsus olan avtomobillə deyil, gizli şəkildə mülki şəxslərə məxsus olacağı ehtimal edilən avtomobillə çəkiliş aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş yenidən araşdırılarkən şikayətçinin iştirakı təmin olunmaqla, inzibati xəta pozuntusunun qeydə alındığı video, foto və digər sübutlarla birlikdə araşdırma aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqında Təlimatın 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. 4.4. Patrul avtomobili və motosikletlərindən istifadə etməklə xidmət aparılan zaman aşağıdakı əsas metodlar tətbiq edilir: 4.4.1.nəqliyyat vasitələri axınında hərəkət-yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə; 4.4.2.qəza təhlükəli yerlərdə dayanmaqla xidmət aparma–təhlükənin aradan qaldırılması, eləcə də sürücü və piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməklə; 4.4.3. bütün hərəkət iştirakçıları üçün yaxşı görünən yerlərdə patrul avtomobilinin və ya motosikletinin saxlanması və eyni zamanda YPX inspektorunun hərəkət intensivliyinin yüksək olduğu sahələrdə piyada hərəkət etməsi. Məhkəmə qeyd edir ki, yenidən araşdırma aparılarkən göstərilən hal və ərizəçinin şikayətində göstərilən yol polisi əməkdaşları çəkiliş apararkən onlara məxsus olan avtomobillə deyil, gizli şəkildə mülki şəxslərə məxsus olacağı ehtimal edilən avtomobillə çəkiliş aparması araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31883077 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31883077 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-135/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-135/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver