Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-136/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, 11 fevral 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmməd Xiyabani küçəsi küçəsi, ev 19-da qeydiyyatda olan və yaşayan-X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən qaydada pozuntusunu o etməmişdir. Qanunvericiliyə əsasən bu barədə yol polisinə bildirmiş, lakin tədbir görülməmişdir. Bununla əlaqədar ona cərimə balları tətbiq edilmiş və sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. Həmin qayda pozuntusunu X6(Fin 1FQKW0R) törətmişdir. O taksi fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli qərarın ləğv edilməsini, həmin qayda pozuntusunun X3 qeyd edilməsini, ona tətbiq edilmiş cərimə balllarının ləğv edilib sürücülük vəsiqəsini məhdudiyyətdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 izahatında göstərmişdir ki, “BYD QİN plus Plug-in” minik markalı 77UD125 d.q.n avtomobilə onun da adına etibarnamə olmuş və xx.xx.2025-ci il tarixdə həmin avtomobil onun istifadəsində olmuşdur. Bu səbəbdən də həmin qayda pozuntusunu o törətmişdir. Həmin avtomobilə dair onun adına olan etibarnamə qüvvəsindədir və sonuncu etibarnamə Xəyal Nəsirovun adına olduğu üçün onun tərəfindən törədilmiş cərimə Xəyal Nəsirovun adına gəlmişdir. Hazırda cərimənin onun adına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli qərardan görünür ki, X8 “BYD QİN plus Plug-in” minik markalı 77UD125 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4-cü və 327.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı şahid X6 izahatında göstərmişdir ki, “BYD QİN plus Plug-in” minik markalı 77UD125 d.q.n avtomobilə onun da adına etibarnamə olmuş və xx.xx.2025-ci il tarixdə həmin avtomobil onun istifadəsində olmuşdur. Bu səbəbdən də həmin qayda pozuntusunu o törətmişdir. Həmin avtomobilə dair onun adına olan etibarnamə qüvvəsindədir və sonuncu etibarnamə Xəyal Nəsirovun adına olduğu üçün onun tərəfindən törədilmiş cərimə Xəyal Nəsirovun adına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın(vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə qeyd edir ki, iş yenidən araşdırılarkən “BYD QİN plus Plug-in” minik markalı 77UD125 d.q.n avtomobilin X6 və ya X8 tərəfindən idarə edilməsi hadisəni özündə əks etdirən video görüntü, foto və digər sübutlarla araşdırıldıqdan sonra nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə göndərilməlidir. Yenidən araşdırma aprılarkən “BYD QİN plus Plug-in” minik markalı 77UD125 d.q.n avtomobilin X6 və ya X8 tərəfindən idarə edilməsi araşdırıldıqdan sonra nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31243946 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-136/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-136/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver