Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-142/2026 11.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡ barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışından görünür ki,Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡnin hüquqi ünvanı AZ1031, Baki şəhərİ ünvan 1ü kimi, Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡnin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonunda yerləşdiyindən, həmin MMC tərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş, hərəkətsizliklə törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi də məhz həmin ünvanda törədilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqa zidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Belə olan halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material üzrə inzibati xəta hərəkətsizlik formasında törədildiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli idi. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡ barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublı̇ kasinin Dövlət Neft Şı̇ rkətı̇ nı̇ n (SOCAR) Şəxṡ barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-142/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-142/2026
11.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver