Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1431/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, 28 avqust 1973-cü tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12430/2018 saylı, 28 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 18 061 ABŞ dolları əsas borc, 1965.46 ABŞ dolları faiz, 204.80 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20 231.26 ABŞ dolları məbləğində borc və əlavə kredit xətti müqaviləsinə əsasən 1479.60 ABŞ dolları əsas, 109.38 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1588.98 ABŞ dolları məbləğində borc, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq "xxxx" KB ASC-nə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evinə yönəldilməsi, ev ilkin satış qiyməti 35 000 manat məbləği olmaqla açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaitinin borca ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay müddətində Şəxs, X7, X1, X8, X10 və X6 evi tərk etmədikləri halda onların evdən məcburi çıxarılması qərara alınmışdır. Qeyd edilən icra sənədi üzrə borc tam ödənilməmiş və ipoteka predmeti üzrə evi boşaldılması təmin edilməmişdir. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X11 izahatında göstərmişdir ki, icra sənədinin icrası üçün dəfələrlə borclu Şəxs icra şöbəsinə çağırılmış, ev hərracda çıxarılaraq satışa çıxarılmış, alınmadığından banka təklif edilmiş və bankın mülkiyyətinə verilmişdir. Dəfələrlə icra sənədində evin boşaldılması hissəsinin icra olunması üçün evə gedilmiş, borclunun izahatı alınmaq üçün dəvət edilmiş, lakin imtina olunmuş və bu barədə aktlar tərtib edilmişdir. Bu səbəbdən də Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Bu günə qədər heç bir ödəniş edilməmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcun olduğunu səmimi etiraf edir. İcra vərəqəsindən yeni məlumatı olmuşdur. O, dəfələrlə bankın əməkdaşları ilə görüşdə olmuş, borcun ödənilməsi ilə bağlı təkliflər vermişdir. İpoteka predmeti olan yaşadıqları fərdi yaşayış sahəsi onun ata evidir. Həmin evi tərk etmək istəmir, lakin borcu ən yaxın vaxtda ödəyəcəkdir. Ona verilmiş sullara cavabında göstərmişdir ki, icra məmuru tərəfindən evin boşladılması ilə bağlı o, icra şöbəsinə çağrılmış, ona məlumat verilmişdir. Həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır, ev ata evidir. Bankla danışıb pulunu ödəyib evi geri qaytaracaqdır. Məhkəmə iclasında iştirak etmiş tələbkar "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında göstərmişdir ki, məhkəmə qərarları uzun müddətdir ki, icra olunmur. Artıq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Bankın mülkiyyətinə keçmişdir. Dəfələrlə evin boşaldılması üçün icra məmuru ilə evdə olmasına baxmayaraq evin boşladılmasını təmin etmirlər. Borclu evin ata yurdu olduğu üçün boşaldılmayacağını deyərək ailə üzvləri ilə səs küy salmışdır. Borclu barəsində inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12430/2018 saylı, 28 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış Şəxs 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 18 061 ABŞ dolları əsas borc, 1965.46 ABŞ dolları faiz, 204.80 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20 231.26 ABŞ dolları məbləğində borc və əlavə kredit xətti müqaviləsinə əsasən 1479.60 ABŞ dolları əsas, 109.38 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1588.98 ABŞ dolları məbləğində borc, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq "xxxx" KB ASC-nə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evinə yönəldilməsi, ev ilkin satış qiyməti 35 000 manat məbləği olmaqla açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaitinin borca ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay müddətində Şəxs, X7, X1, X8, X10 və X6 evi tərk etmədikləri halda onların evdən məcburi çıxarılması qərara alınmışdır. Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə bildiriş borclu tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, borclu tərəfindən fevral ayına qədər möhlət verilməsi xahiş olunmuş və həmin tarixdə məsələnin həll edilməsi bildirilmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə icra sənədi üzrə məcburi icra barədə bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, Şəxs mənzildə olan iki otaq girovda olduğu üçün həmin otaqları boşalda bilər. Digər otaqları girov predmeti deyil, bu səbəbdən də həmin otaqları boşaltmayacaqdır. Mütəxəssis gəlməsi ilə əlaqədar icra sənədi təxirə salınmışdır. xx.xx.2026-cı il tarixli Aktın surətindən görünür ki, Şəxs Sabunçu rayon İcra şöbəsinə gəlsə də, o izahat yazmaqdan imtina etmişdir. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 111B saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və borcu olduğunu qəbul edir. Məhkəmənin suallarına cavabında bu vaxtadək yaranmış borcun üzürlü səbəbdən icra vərəqəsindən gec məlumatı olduğunu göstərmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən yalnız məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar deyil, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətidə birlikdə məcmu halda nəzərə alınmalıdır. “Aze Mıs” elektron məhkəmə sistemi üzərindən görünür ki, Şəxs əvvələr inzibati məsuliyyətə cəlb edilməmişdir. İcra sənədi üzrə icra edilməli olan tələb mülki mübahisədən doğan borcun ödənilməsi ilə bağlıdır. Məhkəmə Şəxs barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməməsini, himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il və xx.xx.2014-cu il təvvəlüdlü uaşqların olmasını onun şəxsiyyətini müsbət səciyyələndirilən hallar kimi nəzərə alır. Qeyd edilənlərə əsasən işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin (inzibati həbs) tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1431/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1431/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver