Məhkəmə qərarları › İş №3(5-101)-1438/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1438/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1438/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə tiktok sosial şəbəkəsində tanış olduğu X10 30 manat pulunu dələduzluq yolu ilə keçirmiş, xx.xx.2025-ci il tarixdə vətəndaş X6 avtomobilini tez satacağı ilə aldadaraq 10 manat pulunu ələ keçirmiş, xx.xx.2025-ci il tarixdə tik-tok sosial şəbəkəsində tanış olduğu X3 “Bolt” və “Yango” taksi xidmətlərində işləmək üçün 51 manat pulunu dələduzluq yolu ilə keçirmiş, xx.xx.2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, “Bakıxanov Mol”un qarşısında vətəndaş X11 məxsus velosipedin yük yerindən “Volt” şirkətindən aldığı 40 manat dəyərində çantanı oğurlamış və 2025-ci ilin sentyabr ayından xx.xx.2025-ci il tarixədək olan müddətdə vətəndaş X2 məxsus olan ünvan 1 ünvanından 88.58 manat dəyərində su sayğacını gizli yolla talamaqla oğurluq etmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli, MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli, MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli, MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli və MN № ******* saylı, 09 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməklə, barəsində inzibati tənbeh verilməsi üçün 13-cü PŞ-nə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə tik-tok sosial şəbəkəsində tanış olduğu X10 30 manat pulunu dələduzluq yolu ilə keçirmiş, xx.xx.2025-ci il tarixdə vətəndaş X6 avtomobilini tez satacağı ilə aldadaraq 10 manat pulunu ələ keçirmiş, xx.xx.2025-ci il tarixdə tik-tok sosial şəbəkəsində tanış olduğu X3 “Bolt” və “Yango” taksi xidmətlərində işləmək üçün 51 manat pulunu dələduzluq yolu ilə keçirmiş, xx.xx.2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, “Bakıxanov Mol”un qarşısında vətəndaş X11 məxsus velosipedin yük yerindən “Volt” şirkətindən aldığı 40 manat dəyərində çantanı oğurlamış və 2025-ci ilin sentyabr ayından xx.xx.2025-ci il tarixədək olan müddətdə vətəndaş X2 məxsus olan ünvan 1 ünvanından 88.58 manat dəyərində su sayğacını gizli yolla talamaqla oğurluq etmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, vətəndaşlar ona məxsus həyətdən oğurluq və sosial şəbəkə vasitəsi ilə dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı Şöbəyə şikayətçi olmuşlar. Zərərçəkmişlərə dəymiş ziyan ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, oğurluq etməsini və vətəndaşların etibarından sui istifadə edərək xırda məbləğlərdə olan vəsaitlərini ələ keçirdiyini etiraf edir. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, oğurluğu etməsinin səbəbi heç bir yerdə işləmir, gündəlik tələbatını ödəyir. Dəymiş ziyanı ödəməmiş, zərərçəkmişlərlə arasında barışıq əldə edilməmişdir. Əlilliyi yoxdur, müharibə iştirakçısı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün sahə inspektoruna həvalə edilməsi barədə qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti sahə inspektoruna həvalə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti ərazi üzrə sahə inspektoruna həvalə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti sahə inspektoruna həvalə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti sahə inspektoruna həvalə edilmişdir. AZA 016999 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 03:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən yalnız məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar deyil, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətidə birgə şəkildə nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin maddənin sanksiyasında inzibati həbs növündə inzibati tənbehin yuxarı həddi üç ayadək müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 08 fevral 2026-cı il tarixdən saat 03:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 fevral 2026-cı il tarixdən saat 03:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar