Məhkəmə qərarları › İş №3(5-101)-1442/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1442/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1442/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X21 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X14 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X18 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 09 fevral 2026-cı il tarixli MN seriyalı 2310104, MN seriyalı 1963817, MN seriyalı 2310107, MN seriyalı ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokollardan görünür ki, Şəxs 26 dekabr 2025-ci il tarixində Bakıxanov qəsəbəsində vətəndaş X4 məxsus 20 manat dəyərində olan nağd pul, debit kartı pul kisəsini, 02 yanvar 2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində tanış olduğu X6 100 manat pulunu, 17 yanvar 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində X2 məxsus 25 manat dəyərində 5 ədəd “sobranie” markalı siqareti, 31 yanvar 2026-cı il tarixində Bakıxanov qəsəbəsində vətəndaş X9 məxsus 480 manat dəyərində velosipedi oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 26 dekabr 2025-ci il tarixində Bakıxanov qəsəbəsində vətəndaş X4 məxsus 20 manat dəyərində olan nağd pul, debit kartı pul kisəsini, 02 yanvar 2026-cı il tarixdə tiktok sosial şəbəkəsində tanış olduğu X6 100 manat pulunu, 17 yanvar 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində X2 məxsus 25 manat dəyərində 5 ədəd “sobranie” markalı siqareti, 31 yanvar 2026-cı il tarixində Bakıxanov qəsəbəsində vətəndaş X9 məxsus 480 manat dəyərində velosipedi oğurlamışdır. Əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X18 protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X3 26 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, 26 dekabr 2025-ci il tarixdə özünə məxsus pul qabı tanımadığı şəxs tərəfindən oğurlanmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X19 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Azər Əhmədov tərəfindən tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X7 ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraiciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində rəfiqəsi Xanımın işlədiyi ünvan 4 ünvanında fəaliyyət göstərən “JV” fitness zalına yaxınlaşmışdır. Təxminən 20 dəqiqə orada gözlədikdən sonra özünə məxsus avtomobilə yaxınlaşıb əyləşmiş və oradan uzaqlaşmışdır. Bir qədər sonra müəyyən etmişdir ki, özünə məxsus içərisində 1 (bir) manat nağd pul, 01 ədəd debit kart, 02 ədəd özünə və tanışına məxsus təqaüd kartı olan 20 (iyirmi) manat dəyərində pul qabını itirmişdir. Həmin vaxt zala geri qayıdır və zalın kameralarına baxış keçirir, baxış zamanı müəyyən edir ki, tanımadığı şəxs onun yolun kənarında düşən pul qabını götürərək oradan uzaqlaşmışdır. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X18 tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 26 dekabr 2025-ci il tarixində Bakıxanov qəsəbəsində vətəndaş X4 məxsus 20 manat dəyərində olan nağd pul, debit kartı pul kisəsini oğlurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; X6 02 yanvar 2026-cı il tarixli ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə saat 23:00 radələrində “Tik-tok” sosial şəbəkəsində yerləşdirilmiş “TuranBank” kredit elanı səhifəsinə daxil olmuşdur. Orada yerləşdirilən (***-***-**-**) nömrəli mobil telefonla əlaqə saxlamış və ona kredit verəcəyini bildirmiş, ondan 100 manat pulu ona aid olan (**********545916) nömrəli “LeoBank” kartına yükləməyini bildirmiş və sonra həmin pul kartından çıxarılmış, onun mobil nömrəsini də bloka ataraq onu aldatmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Dəyanət İbrahimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Dəyanət İbrahimov tərəfindən tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, nömrəsiz evdə yaşayan vətəndaş X10 ***-***-**-** nömrədən DİN-nin 102 xidmətinə zəng edərək və ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə sosial şəbəkə “tiktok.az” saytında tanış olduğu şəxs (***-***-**-**) etibardan suiistifadə edərək ona kreditə pul verəcəyi adı ilə yalan vəd verib adadaraq həmin şəxsin dediyi “Leo Bank” tərəfindən verilmiş 5411 2498 1254 5916 nömrəli bank kartına göndərdiyi 100 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməmişdir. Həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini və dəymiş ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X18 tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, 02 yanvar 2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində tanış olduğu X6 100 manat pulunu ələ keçirmişdir; F X1 17 yanvar 2026-cı il tarixli ərizəsindən görünür ki, 17 yanvar 2026-cı il tarixdə təxminən saat 03:30 radələrində Sabunçu rayonu, ünvan 5 ünvanında işlədiyi “OBA” marketə tanımdaığı şəxs oğurluq məqsədi ilə xdaxil olaraq 5 ədəd “sobranie” markalı siqaret götürməklə 25 manat maddi ziyan vurmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən tərtib edilmiş 22 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 03.54-də X16 DİN-in 102 Xidməti-Zəng mərkəzinə zəng edərək naməlum şəxsin qapını sındıraraq OBA marketə daxil olması oğurluğa cəhd edən zaman səs siqnallarının işə düşməsi səbəbilə uzaqlaşması barədə məlumat vermişdir. Daxil olmuş məlumat Sabunçu RPİ-nin 13-cü PŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı»nda HK1-106 sayı ilə qeydə alınaraq xx.xx.2026-cı il tarixdə icraatına daxil olmuşdur. Araşdırma zamanı Sabunçu rayonu, ünvan 6 ünvanında yaşayan X5 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 03.30 radələrində Sabunçu rayonu, ünvan 5 ünvanında işlədiyi OBA marketdən tanımadıqları şəxs oğurluq məqsədilə daxil olaraq 5 ədədd Sobranie markalı siqareti götürməklə 25 manat maddi ziyan vurmuşdur. Hadisəni törədən şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əməli törətmiş şəxsin müəyyən olunması barədə 13-cü PŞ-nin aidiyyəti əməkdaşlarına tapşırıq verilsə də, təhqiqat müddətində müsbət nəticə əldə edilməmişdir. Lakin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, hadisəni törədən şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yaranmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X18 tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, 17 yanvar 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində X2 məxsus 25 manat dəyərində 5 ədəd sobraniya markalı siqareti oğurlamışdır; X8 31 yanvar 2026-cı il tarixli izahatında görünür ki, 30 yanvar 2026-cı il tarixdə özünə məxsus övladı Hüseynin istifadəsində olan 480 manat dəyərində “panther” markalı qara rəngli velosiped saat 23:00 radələrində yaşadığı mənzilin dəhlizində saxlamışdırlar. 31 yanvar 2026-cı il tarixdə saat 08:00 radələrində dəhlizə baxdıqda velosipedin orada olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X19 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Azər Əhmədov tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli raportdan görünür ki, 31 yanvar 2026-cı il tarixdə ünvan 7 ünvanında yaşayan X12 şikayət ərizəsi ilə Sabunçu RPİnin 13-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, təhqiqat araşdırması zamanı izahatı alınmış X12 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 23 radələrində özünə məxsus, övladı hüseynin istifadəsində olan, qara rəngli, “Panther” markalı, 480 manat dəyərində olan velosipedi yaşadığı mənzilin dəhlizində saxlamış və yaşadıqları mənzilə daxil olmuşdur. xx.xx.2026-cı il tarixdə saat 08 radələrində dəhlizə çıxdıqda, velosipedin dəhlizdə olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. X12 baş vermiş oğurluq hadisəsi nəticəsində ona 480 manat maddin ziyan vurulmasını bildirmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir; 09 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 fevral 2026-cı il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 09 fevral 2026-cı il tarixdən saat 11:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 fevral 2026-cı il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar